Mömin insan Allahın və Onun elçisinin əmrlərini qəlbən və boyun əyərək yerinə yetirir, onun sözlərinə itaət edərkən qəlbində ən kiçik bir sıxıntı və şübhə hissi keçirməz. Mömin insan Allahın və Onun elçisinin hökm etdiyi hər şeyin ən doğru, ən yaxşı və ən xeyirli olduğunu bilir. Bəzən şeytan elçinin dediyindən fərqli işlər yerinə yetirməsini əmr etsə də, mömin ən xeyirli yolun öz elçisinin əmr etdiyi yol olduğunu bilərək hərəkət edir. Bu qəlbdən gələn səmimi münasibət isə möminin imanından qaynaqlanır.
Əks halda, yəni zahirən itaət edib qəlbən tam səmimiyyətin olmaması isə ayələrdə bildirildiyinə görə, həmin insanın əslində iman gətirmədiyinin sübutudur:
«Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar» («Nisa» surəsi, 65).
Bir insan İslamın və möminlərin gücündən çəkindiyi üçün zahirən itaətli davrana və deyilənləri qüsursuz olaraq yerinə yetirə bilər. Lakin həmin insanın qəlbi tam mənası ilə itaət etmədikcə, o, həqiqətən iman gətirmiş sayılmaz. Çünki belə bir davranış o insanın qəlbində hələ də Allah və elçisi haqqında bəzi şəkk-şübhənin olduğunu göstərir. Qəlbən, yaxud başqa sözlə, «batini» bir itaətə malik olmaması, yalnız fiziki itaət göstərməsi həmin insanın gördüyü işlərin də boşa getməsinə səbəb ola bilər. O, zahirən itaət etmiş kimi görünsə də axirətdə bunların əvəzini almaya bilər. Buna görə də mömin, öz dünyəvi mənfəətlərinə zidd olsa belə, Allahın elçisindən gələn hökmü sevinclə qarşılamalı, imanının və təslimiyyətinin ləzzətini sidqi-ürəklə hiss etməlidir. Haqq olan bir şeyin qarşısında sıxıntı çəkmək, şübhə və tərəddüd hissləri keçirmək imana zidd olan davranışdır.
salam. size saygilarimi sunuyorum. velakin men düşününrem ki, insan cahillikden bazen bir takım düşüncelerde buluna bilir, amma sonra onun cevabını bulduktan sonra kalbi ferahlarsa, bu onun inkarcı olmadığını sübut edir. sizce bu belemidir? bir insan öz elinin quruluşina, dərisinə, barmaqlarına baxanda çiçeklerin rənglərindəki gözellik, qəliblerindeki müxteliflik ağcaqanad və s. və i.a şeylər insana Allahın var oluşunu sübut edir.