Doğru yoldan çıxmış, Allaha üsyana söykənən həyat tərzini mənimsəyən fasiqdir. Bu səbəbdən ondan Quran hökmlərinə riayət etməyi, ədalət, doğruluq, dürüstlük, etibarlılıq kimi möminə xas xüsusiyyətləri gözləmək mümkün deyil. Həmçinin fasiq Allah qorxusu olmayan, möminlərin imanına qısqanclıqla yanaşan, möminləri yoldan çıxarmaq istəyən, onlara zərər vurmaqdan və əziyyət verməkdən zövq alan biridir. Buna görə də Oxumağa davam et
Ay: May 2010
Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız?
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. Oxumağa davam et