Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. Ayədə bu hal belə bildirilir:
«(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!!» («İnşirah» surəsi, 7).
Ayənin hökmünə görə, mömin insan Allah yolunda bir işi görüb başa çatdırdığı zaman dərhal başqa bir iş üçün çalışmağa başlayacaq. Mömin insanın həyatı boyunca davam etdirəcəyi bu davranışın istisnası isə Quranda Allahın bildirdiyi kimi, dini gücləndirmək üçün lazımi qədər dincəlməsi və ya Allahın ona verdiyi nemətlərdən şükür etmək, şövq və həyəcanını artırmaq üçün dini qanunlar çərçivəsində istifadə etməsidir.
Mömin insanın Quran əxlaqını təbliğinə yönələn fikir mübarizəsini dayanmadan aparması ilə cahiliyyənin həyat mübarizəsi adı verdiyi çətinlik, sıxıntı, bədbəxtlik və ümidsizlik içindəki cəhdləri arasında zərrə qədər də olsa oxşarlıq yoxdur. İnkar edənlərin sıxıntı, yorğunluq və əzabları onların axirətdə qarşılaşacaqları sonsuz əzabın dünyadakı çox kiçik başlanğıcıdır. Halbuki Allahı hər şeydən üstün tutan, Onu böyük coşqu və bağlılıqla sevən mömin insanın Allah yolunda çalışması onun üçün hələ cənnətə daxil olmadan bu dünyada əldə etdiyi və cənnətdəkilərə bənzər böyük bir mənəvi zövqdür. Eyni zamanda bu fəaliyyət Allahın diləməsi ilə axirətdə onun qarşısına çox böyük və sonsuz mükafat kimi çıxacaq.
[…] Mənbə: dusunek.net […]
bu melumatlari bilmek menim ucun xosdur.size cox tesekkur edirem