Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında zəkanın hamısında zəkanın insanın anadangəlmə malik olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir. Oxumağa davam et
Ay: İyul 2010
Təkamülçülərin Nəzəriyyələrinə Dair Heç Bir Elmi Dəlili Yoxdur
Təkamülçülər insanın meymunlarla ortaq əcdaddan təkamül yolu ilə əmələ gəldiyi iddiasını dəlilsiz surətdə qəbul edirlər, ancaq bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
İnsanlarla (insanın təkamülü ilə) bağlı ən vacib dörd sirr budur:
Nə üçün iki ayaq üzərində gəzirlər?
Nə üçün bədənlərindəki qalın tükləri tökmüşlər?
Nə üçün bu qədər böyük beyinləri var?
Nə üçün danışmağı öyrənmişlər? Bu suallara verilən standart cavablar belədir: Oxumağa davam et
Dünyanın Ən Böyük Paylama Şəbəkəsi: Qan Dövranı Sisitemi
100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə bu şəhərdəki evlərin hər birinin istəklərini bir anda yerinə yetirən bir paylama şirkəti ola bilər? Bir çoxunuz buna “əlbəttə, ola bilməz” cavabını verəcəksiniz. Ancaq buna bənzər bir sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sistemi işçiləri insan bədənindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə pompalanmasını təmin edən dörd fərqli kamerası, təhlükəsizlik vəzifəsini görən qapaqcıqları ilə son dərəcə həssas qurulmuş bir nizama malikdir.
Ürəyi tədqiq etdikdə onun yalnız bir pompadan ibarət olmadığını, Oxumağa davam et
Allah İnsana Öz Ruhundan Üfürmüşdür
Kaliforniya Universitetindən neyroloq və psixiatriya professoru Cefri M. Şvartz beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən fərqli şəkildə qavranıldığını və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) belə qavrama işinin mexanizmi haqqında heç bir dəlil vermədiyini öyrənməyə çalışdıqdan sonra bu sualı vermişdir:
… niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir? Oxumağa davam et
Qarışqa Otelləri
Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat olacağı mühiti hazırlayaraq ehtiyaclarını ödəyirsə, bu birliyin təsadüfən əmələ gəlməsi, əlbəttəki iddia edilə bilməz. Şüuru olmayan canlıların bir-birinə yaxınlıq göstərmələri, bir-birlərinə fayda qazandıracaq şəkildə davranmaları bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar bir Yaradan, yəni Allah tərəfindən bir-birlərinə uyğun şəkildəki xüsusiyyətlərlə yaradılmışlar. Bu cür canlılara ən bariz nümunlərdən biri kimi bitkiləri və qarışqaları göstərmək olar.
Bəzi bitkilərdə Oxumağa davam et
Suda Yeriyən Kərtənkələ
Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır. Ayaqları suya dəydiyi anda hər bir barmaq qısılaraq ayağın üst hissəsinin genişlənməsini və suyu asanlıqla itələməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını asan şəkildə tarazlaşdırır. Kərtənkələnin ayaqları suyu itələdiklə kiçik hava şarı əmələ gətirərək artıq dəstək yaradır və digər ayağın hərəkətini tamamlayaraq suya dəyməsi üçün vaxt qazandırır. Ağırlıq ikinci ayağa ötürülərkən kərtənkələ kiçik hava şarı yox olmadan əvvəl birinci ayağını sudan çəkir. Kiçin hava şarı çox vacibdir, çünki ayaq birbaşa suya toxunarsa, kərtənkələ suya düşə bilər. Oxumağa davam et
Uçan Sincablar
“… yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır.” (Casiyə surəsi, 4)
Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 santimetrdir. Bədənlərinin arxasında, demək olar ki, öz boyları qədər uzun, yuxarıya doğru dikəlmiş, geniş və topa tüklərdən ibarət quyruqları var. Sincap bu uzun quyruğu vasitəsilə müvazinəti pozulmadan ağacdan ağaca tullanır.
Balaca sivri dırnaqları ilə ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilir, başı aşağı vəziyyətdə yellənir və o şəkildə hərəkət edə bilir. Xüsusilə, boz sincablar bir ağacın ən təpədəki budağından 4 metr uzaqlıqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən qollarını və ayaqlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm müvazinətlərini təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan vəzifəsini həyata keçirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yüngülcə enirlər.
Bəs sincab bu çətin hərəkətləri necə bacarır? Oxumağa davam et
Sevgidə Səbrin Önəmi
Quranın «…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur…» («Nisa» surəsi, 128) ayəsi hər insanın nəfsində bir neçə mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan nəfsini malik olduğu bu mənfi xüsusiyyətlərdən çəkindirməli və cənnət əxlaqındakı mükəmməlliyə çatmaq üçün səy göstərməlidir. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv edə biləcək bir varlıqdır.
Həqiqi sevgi və dostluğun yaşana bilməsi üçün insanların bunu unutmaması vacibdir. Hər kəs sevdiyi insana qarşı çox səbrli və bağışlayan olmalı, dostunun qüsurlarına qarşı səbrli olmalı və onu başa düşməli, onun nöqsanlarını düzəltməyə çalışmalıdır. Çünki Oxumağa davam et
Sizi Yaradanı Nə Qədər Tanıyırsınız?
Sizi kim yaratdı? Bədəninizi, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?
Siz bütün bu suallara tək bir cavab verərsiniz: “Allah”. Sizin kimi digər insanlara da bu suallar soruşulduğunda, onlar da “Allah” deyə cavab verərlər. Necə ki, Allah Quranda Oxumağa davam et
Qüllə Və Zirvəsindəki Bağlı Otaq
Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.
Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək: Oxumağa davam et
Dinimiz Nə Qədər Asandır?
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır; ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin razılığını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:
«Biz sənə ən asan olanı müyəssər edərik» («Əla» surəsi, 8).
«…O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dinində olduğu kimi…» («Həcc» surəsi, 78). Oxumağa davam et
Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi
Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.
Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.
Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə “hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Oxumağa davam et