İman Gətirən İnsanların Həyatı Başqa Cür Olur


İmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmiş, onların ixlasla axirətə yönəlmiş, təslim olmuş mənəviyyatlarını, çətinliklər qarşısındakı səbrlərini, insanlara qarşı xoşniyyətli, bağışlayan olmalarını və daha bir çox xüsusiyyətlərini tərifləmişdir. Belə ki, Allahdan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan bu təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzürlü səbəbi olmadığı halda dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allahın insanları çəkindirdiyi pis əxlaq xüsusiyyətlərindən əl çəkməyən, ancaq bütün bunlara baxmayaraq iman gətirdiklərini söyləyən insanlar da vardır. Bu vəziyyət Quranda işarə edilən iman dərəcələrinə nümunədir.

Əlbəttə, Allah iman gətirən hər kəsə cənnətini vəd etmişdir. Bir ayədə Allah heç bir üzürlü səbəbləri olmadığı halda Onun yolunda fikri mübarizəyə qoşulmayan bəzi şəxslərə də cənnəti vəd etdiyini belə bildirir:

Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Nisa surəsi, 95)

Ayədə də bildirildiyi kimi, Allah bütün möminlərə cənnəti vəd etdiyini, ancaq Onun yolunda malları və canları ilə ortaya qoyaraq dinsizliyə qarşı fikri mübarizə aparanların daha üstün əcrə malik olacaqlarını xəbər verimşdir. Bu da onu göstərir ki,  bir müsəlman üçün Allah rizasının ən çoxu Allah yolunda fikri mübarizə aparmaq lazım gəldikdə bu mübarizəyə var gücü ilə dəstək olmaq, bu elmi mübarizəyə qoşulmaqdır. Belə bir mübarizə şərt olduqda üzürlü bir səbəb olmadan daha az cəhd göstərməyin və ya geri çəkilməyin isə Allah Qatında dəyəri daha azdır.

Həqiqi iman Allaha qeyd-şərtsiz təslim olmağı, Onun əmr və tövsiyyələrinə qəti şəkildə riayət etməyi, Allahın əmrlərini yerinə yetirərkən şeytanın hiyləgər tələlərinə və nəfsinin xudbin oyunlarına heç cür boyun əyməməyi, Allahın dinini yaşamaq üçün həyat boyu davam edən sağlam qətiyyət göstərməyi də ehtiva edir. Ona görə də şeytanın aldadıcı oyunlarına qarşı Allah yolunda lazımi qətiyyəti göstərə bilməyən, Allahın əmr və tövsiyyələrinə əməl edərkən bəzən  zəiflik göstərən insanların bu vəziyyətlərini dərhal düzəltməyə çalışmaları, imanlarını vaxt itirmədən gücləndirmələri, Allah qorxularını və Allah sevgilərini artırmaları, Allaha təslim olaraq və axirətə yönələrək sadəcə Allah rizası üçün yaşamağa başlamaları Allahın rizasına ən uyğun, ən doğru davranışdır.

Zəif imanı gücləndirmək üçün nə etmək lazımdır?

Əlbəttə zəif bir imana malik olan bir şəxsin imanını artırmaq üçün bir sıra səbəblərə üz tutması, məsələn, imanının artmasına vəsilə olacaq iman həqiqətlərini öyrənməsi, iman məsələlərində dərinləşmək ümidilə bu mövzuda çox şey oxuması, Qurana dörd əllə sarılması lazımdır.

Belə ki, bu vacib cəhəti də unutmaq olmaz: əslində həqiqi imana sahib olmaq istəyən şəxs hər şeydən əvvəl Allaha bütün səmimiyyəti ilə yönəlməlidir. İnsan Allahın onu eşitdiyini, onu gördüyünü bilərək Ona bütün qəlbi ilə yönəldikdə və Ondan güclü bir iman dilədikdə Allahın mütləq onun duasına qarşılıq verdiyini görəcəkdir. Allah bütün duaları eşidən, bütün qullarını tövbə etməyə və Ona yönəlməyə çağırandır. Allahın varlığı son dərəcə açıq, qəti və aydındır. Göy üzündəki nəhəng qalaktikalardan insan orqanizmindəki hüceyrənin tərkib hissələrinə qədər kainatın hər tərəfini əhatə edən Yaradılış möcüzələri Allahın varlığının dəlillərini açıq-aşkar göstərir. Bu möcüzələrdən sadəcə birinə belə şahid olmaq Allaha qəti bir imanla iman gətirmək üçün kifayətdir. Digər tərəfdən, Allah insana öz nəfsində də dəlillər yaratmışdır. Belə ki, əslində hər insan vicdanının dərinliklərində Allahın varlığından son dərəcə əmindir. Əsas olan şey vicdanın üzərini dünyəvi istəklərə meyl edərək örtməmək, vicdanı təmiz saxlamaq və vicdanın əmr etdiyi kimi yaşamaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma