İman Gətirən İnsanın Həyatının Hər Anı Gözəl Keçir


Həqiqət budur ki, qəti və güclü şəkildə iman gətirən bir insan həyatı iman gətirməyən insanlardan çox fərqli qavrayır və yaşayır. Hər an xoşbəxt və şən olmaları, heç bir şeyə görə kədərlənməmələri, heç cür ümidsizliyə düşməmələri, heç bir səbəblə əhvallarının pozulmaması, mənfi görünən şeylər başlarına gəldikdə belə son dərəcə rahat və sakit olmaları iman gətirənlər və iman gətirməyənlər arasındakı fərqi vurğulayan ən aşkar xüsusiyyətlərdəndir.

Bəzi insanlar Allahın əmr və tövsiyyələrinə əsasən yaşadıqda bədbəxt olacaqlarını hesab edərək dindən uzaq qalırlar. Əslində isə məhz din əxlaqından uzaq qalaraq bədbəxt olurlar. Bədbəxtliklrəinin səbəblərini də heç cür anlaya bilmir, süni üsullarla bunun qarşısını almağa çalışırlar. Ancaq nə etsələrdə, əsl mənada xoşbəxt ola bilməzlər. Əsl xoşbəxtlik ancaq Allaha yönəlməklə mümkündür. Allah bir ayəsində bu vəziyyəti belə ifadə edir:

… dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rad surəsi, 26)

İman gətirən insanlar isə hər an xoşbəxt və şəndirlər. Xoşbəxt olmaq, sevinmək üçün xüsusi səbəb axtarmağa ehtiyac duymurlar, onlar onsuz da iman gətirməyin, Allahın varlığının dəlillərini hər yerdə görməyin və Allahın cənnət vədini sevinclə gözləməyin daimi sevinci içərisindədirlər. İman gətirməyən insanlar da iman gətirənlərin hər an xoşbəxt, şən, təvəkküllü vəziyyətlərinə təəccüblənir, bunun ardındakı səbəbi heç cür anlaya bilmirlər. Xüsusilə də müsəlmanların başlarına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin çox dərhal kədərləndikləri, ümidsizliyə qapıldıqları bir hadisə qarşısında müsəlmanların kədərlənməmələri, hər zaman müsbət yönlü, səbirli, təvazökar davranmaları, nə baş versə də, hadisələrdə daima xeyir, hikmət görmələri, həyatları boyu tez-tez çətinliklərlə qarşılaşmalarına baxmayaraq rahat və sakit olmaları onları çox təəccübləndirir. Belə ki, möminlər başqalarının heç cür dözməyəcəyi qədər cürbəcür çətinliklərlə qarşılaşırlar. Məsələn, qınanırlar, tənqid edilirlər, ələ salma, iftira kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyu inkar edənlərin müxtəlif təzyiqlərinə məruz qalan, hətta ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna açıq bir nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə aparmalarına vəsilə olmuşdur. Ona görə, qarşılaşdıqları çətinliklər peyğəmbərlərin ardınca gedən möminlərin də sevincini artırır, onlar da imanın sevincini əzab və çətinliyin içində daha qüvvətli şəkildə yaşayırlar. Hər şeyin Allah tərəfindən olduğunu bilir, Allahın yaratdığı qədərə tam təslim olurlar. Bu iman Allahın Quranda təriflədiyi, vacib olduğunu vurğuladığı iman şəklidir. Allah bir ayəsində belə buyurur:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! (Ali-İmran surəsi, 146)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma