Allahdan və Cəhənnəmdən Qorxmaq Möminin Əsas Xüsusiyyətidir


Allah Quranın bir çox ayəsində Ondan qorxmağı insanlara əmr etmişdir. Bu ayələrdən bəziləri belədir:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)

… Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmişdir. (Talaq surəsi, 10)

Başqa bir ayədə Allah insanlara bacardıqları qədər Ondan qorxmağı, Allah qorxusunu əllərindən gəldiyi qədər artırmağı tövsiyə etmişdir:

Alladan bacardığınız qədər qorxun, qulaq asın, itaət edin… (Təğabun surəsi, 16)

Quran əxlaqını bilməyən və ya tam yaşamayan bəzi insanlar isə Allahdan qorxmağın əhəmiyyəti və lazımlılığını kifayət qədər yaxşı anlamırlar. Bu, Quranı kifayət qədər yaxşı bilməmələrindən və Allah qorxusunun əsl mənasını anlamadıqlarından qaynaqlanır.

Allah qorxusu Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə kök salmış qorxulara bənzəmir. Quran əxlaqından uzaq yaşayan insan cəmiyyətləri din əxlaqından uzaq qalmalarının təbii nəticəsi olan ümidsiz ruh hallarına görə bir çox qorxunun əsiri olmuşlar. Gələcək qorxusu, yaşlanma qorxusu, uğursuzluq qorxusu, zəlzələ qorxusu, ölümcül xəstəliyə yaxalanma qorxusu və daha bir çox qorxu növünün tələsinə düşən bu insanlar son dərəcə bədbəxt həyat sürür, hər an başlarına pis bir şey gələcəyi narahatlığı içərisində həddindən çox gərgin bir halda yaşayırlar.

Elə bu insanlar Allah qorxusunun da öz qaranlıq dünyalarında yaşadıqları qorxular kimi olduğunu hesab edib yanılırlar. Əslində Allah qorxusunun bu cür qorxularla heç bir əlaqəsi və bənzərliyi yoxdur. Allah qorxusu Allahın Uca əxlaqını bilən, Allahı tanıyan, Onu çox sevən bir insanda əmələ gələn, hörmətli, insanda coşğunluq və həyəcan əmələ gətirən çox alicənab hissdir. Yuxarıda sadalanan qorxuların əksinə, insanı böyük rahatlıq və xoşbəxtliyə sövq edən, ağlını və cəsarətini artıran, bitmək bilməyən şövq və coşğun bir imana malik olmasını təmin edən, insana dərin bir anlayış, hikmət və heybət verən bir qorxudur. Allahdan qorxan şəxs gələcək qorxusu, ölüm qorxusu, xəstəlik qorxusu, tənhalıq qorxusu və buna bənzər dünyəvi qorxulara qapılmır. Çünki başına nə gələrsə, nə ilə qarşılaşırsa qarşılaşsın, bunun tək həqiqi dostu olan Allahın onun üçün yaratdığı ən xeyirli qədər olduğunu bilir. Allahı özünə vəkil etməkdən rahatlıq duyur, hər işində sadəcə Allaha yönəlib dönür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma