Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi


Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı  xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə “hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Halbuki hara baxılsa, hara gedilsə düşünülməsi vacib olan tək varlıq, aləmlərin Rəbbi olan Allahdır.

Göründüyü kimi xalq arasında geniş yayılmış bu sevgi növü, əslində Allah Qatında lənətlənmiş olan “şirk qoşmanın” bir növüdür. Hər bir məsələdə olduğu kimi şeytan bu tip sevgi anlayışını da təhrif edərək insanlara bəzəkli göstərir və insanların əksəriyyəti şeytanın yolunu izləyir:

Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar! (Nəhl Surəsi, 63)

…Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı. (Ənkəbut Surəsi, 38)

Quranda, qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə xüsusilə diqqət çəkilir. Bu qadın, insanın həyat yoldaşı, sevgilisi, hətta “platonik” olaraq sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Əgər bu, Allahı unutduran, Allahı lazımı kimi xatırlamağa maneə törədən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi növüdürsə, insanı birbaşa şirkə aparır. Bu təkcə kişilər üçün deyil, qadınlar üçün də eyni dərəcədə təhlükəlidir.

Romantik qadın-kişi münasibətlərini yaşayanlar çox vaxt bu gerçəklərdən xəbərsizdir. Özlərini öz əlləri ilə içinə atdıqları təhlükənin şüurunda deyillər. Çünki uşaqlıqdan cəmiyyətdən alınan yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək tək rəhbər – Qurandan xəbərsiz olmanın nəticəsi olaraq etdiklərinin Allah Qatında günah olduğunun fərqində deyillər.

Allahın dinindən uzaq yaşadıqları üçün, böyük bir bataqlığın içində olmalarına baxmayaraq özlərini doğru yolda zənn edirlər.

Ağılsızlıq içində yaşanan şirk sevgisi, bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyür. Məsələn, bir-birinə aşiq iki gənc eşqlərini sözdə “əbədiləşdirmək”, “ruhlarının sonsuza qədər birlikdə olması” kimi mənasız təlqinlərlə  özlərini körpüdən ata bilirlər. Halbuki bunu edərkən, əslində özlərini cəhənnəm çuxuruna atdıqlarının fərqində deyillər. Haram olan bir hərəkəti edərək Allaha qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Amma ölüm mələklərini gördükləri zaman artıq iş işdən keçir. Qəzetlərdə tez-tez ümidsiz aşiqlərin intiharlarından, bir-birlərinə yazdıqları romantik məktublardan bəhs edən xəbərlərə rast gəlmək mümkündür. Bütün bunlar romantizmin insanların ağıllarına və şüurlarına nə dərəcə təsir etdiyinin konkret nümunələridir.

İnsan bu dünyada bağlandığı, ilah etdiyi sevgilisini axirətdə öz nəfsini qurtarmaq üçün fidyə olaraq verməyə qalxacaq. Çünki gözündəki pərdə qalxmış, özünə vəd edilən əzabın gerçək olduğunu anlamışdır. Ayələrdə bu şəxslərin axirətdəki rəftarları belə təsvir edilir:

Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını, övrətini və qardaşını, (çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını)  (Məaric Surəsi, 11-14)

Bir başqa ayədə də eyni vəziyyət belə təsvir edilir:

O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).  (Əbəsə Surəsi, 34-37)

Şirkə söykənən romantik sevgi anlayışı cəmiyyətdə “eşq”, “romantizm”, “saf və təmiz duyğular” vs. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə gənc yaşdakı insanları təsirinə bu romantizm təlqini ağıl və şüurun inkişafını maneə törətdiyi üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş nəsillər ortaya çıxarır.

Televiziyalarda və filmlərdə romantizm və romantik mövzular insanlara təlqin edilir. Romantizm sanki insanın təbii ehtiyacı kimi göstərilir. Romantizm – mahnılarda, şerlərdə, kitablarda ən əsas mövzudur. Şeytan, romantizmin insanların gerçəkləri görmələrini, Allahı xatırlamalarını, yaradılış məqsədlərini və axirəti düşünmələrini maneə törədən, onları dini yaşamaqdan uzaqlaşdıran, şirkə aparan xəstəlik olduğunu çox yaxşı bilir. Buna görə bütün vasitələrdən istifadə edərək insanlara romantizmi təlqin edir.

Bu səbəbdən şirk qoşmağı yalnız daşdan, taxtadan yonulmuş bütlərə səcdə etmək olduğunu sananlar, bu dünyada özlərini günahsız görüb axirətdə də “Rəbbimiz olan Allaha and olsun biz müşriklərdən deyildik” (Ən’am Surəsi, 22) deyənlərdən olmaqdan çox çəkinməlidirlər.

Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi” üzərinə 10 şərh

  1. Yəni insanlardakı bu təşbeh və metamorfik söz və cümlələrin şirk kimi göstərilməsi tamamilə gülüncdür. O zaman bütün şair və yazarlarlar şirk içindədir. Bu birincisi.
    İkincisi bu yazılanlar sevginin tamamilə mahiyətindən uzaqdır, çünki bir qadına olan sevgi ilə Allaha olan sevgi eynidir ancaq neticəsi fərqlidir, Allaha olan sevgidə bir ilahi, saflıq məqsədi güdülür ancaq qadına olan sevgidə sexual fəaliyyətlər güdülür.

    Bunu məncə ən gözəl bu əhvalatla demək mümkündür.

    Rasûl-i Ekrem Efendimiz bir gün Hz. Ali’ye:
    – Yâ Ali, Allah Teâlâyı sever misin? buyurmuştu. O da:
    – Severim yâ Rasûlallah!
    – Peygamber’ini sever misin?
    – Severim yâ Rasûlallah!
    – Peygamber’in kızı Fatımâ’yı sever misin?
    – Severim yâ Rasûlallah!
    – Hasan’la Hüseyn’i sever misin?
    – Severim yâ Rasûlallah!
    – Yâ Ali! Gönül bir, sevgi dört. Bir tek gönle bu kadar sevgiyi nasıl sığdırdın? Buyurunca,

    Hz. Ali hemen cevap vermeyip, üzülerek evine dönmüştü. Hz. Ali’nin üzüntüsünü yüzenden sezerek sebebini sormuştun. Hz. Ali durumu anlatınca: “Yâ Ali! Sorunun cevabı şöyledir: “Babama de ki: Yâ Rasûlallah! Bir kişinin nasıl sağ, sol, ön, arka, alt, üst gibi yönleri varsa, gönlün de öyle türlü yönleri vardır. İşte Ben Allah’ı aklım ve imanımla, sizi ruhum ve imanımla, Fâtıma’yı, insânînefsim (şehfetim) ile, Hasan ve Hüseyin’i de babalık şefkâtiyle severim.” Hz. Ali bu cevabın üzerine doğruca Rasûl-i Kibriyanın huzuruna gelerek senin cevabını aynen arz etmişti de Efendimiz:

    “Yâ Ali, bu getirdiğin senin değil; ancak Peygamberlik ağacının dalından toplanmış bir yemiştir.” buyurarak kısa kelimelerle akıllara durgunluk verecek cevabından dolayı ilâhî ilim ve hikmet bakımından ne kadar üstün olduğunu ifade etmişti.

  2. FUAD QARDAWIM MEN YAZIYLA RAZILAWIRAM AMMA, GORMURSUZ BES NE GUNE QALIR OGLANLA QIZ BIR BIRINI SEVENDE? ELE DANIWIRSAN KI ELE BIL DUNYADAN BIXEBERSEN!!! INDIKI CAVANLAR TAMAMILE ELEDILER, ALLAHI ZIKR ELEMEKDENSE YALNIZ BIR BIRLERINI ZIKR EDIRLER!!! ALLAH HIDAYET VERSIN ELELERINE!!!

  3. Salamun aleykum. Bagishlayin Riki men sadece yanashmani duzgun saymıram, deyilenlərdə həqiqət vardır ancaq bunu şirk kimi böyük bir günahla müqayisəsi gülüncdür. Məntiqi yeritmə üsul düzgün deyil. O zaman bütün sufi alimləri şirkin içində olan olardı çünki hətta bu bir birini sevən iki insandanda böyük metaforik sözlər cümlələr işlədiblər. Mən dedim Allaha olan sevgiylə əks cinsə olan olan sevgidə nəticə ilə fərq var. Birini inkar etmək qəbul etməmək sevginin mahiyyıtinə toxunmuş sayılırsınız. Bu məqalədə toxunulan problem artıq fiqhin problemidi, qadınla kişinin evlilikdən əvvəlki münasibi problemlərinə. Bunun heç bir şirklə əlaqəsi yoxdur. Bu arqumenti ortaya qoyan yalnız faktla danışmalıdır, bunu təstiqləyən ayə vəyə hədis.
    Çox sağolun.

  4. Menim fikrimce her bir sevgi – ister hayat yoldashina, valideyinlere, evladlara ve s. oz yeri var, ve yalniz Allah xatirine olmalidir, o zaman bu artiq shirk deyil-Allahin rehmeti olacaq. Amma Allah xatirine sevgi – Ibrahim peygemberin qurban kesmek istediyi Ismaila olan sevgisidir-bu chox chetindir, her adam bacarmaz bele sevmeye.

  5. Bu dunyada her sey geldi-gederdir.Pul,para,ogul-usaq ve s.kimi seyler mueyyen bir vaxtdan sonra omayacaq.Insan ele hesab edirki onu sevgilisinden yaxsi basa dusen yoxdu.Duzur bezi dunyevi seylerde sevgilisi ona rahatliq vere biler.Amma o bilmir ki,her zaman onun yaninda olan,onu hamidan yaxsi anlayan,onu dunya uzerinde olanlarin hamisindan heqiqi cox seven biri vardir.O da ALLAHDIR.Esl sevgide mehz ona aiddir.Cunki Allaha olan sevgi hem bu dunyada,hem de o dunyada Movcuddur.Allah hamimizi Seytanin serinden qorusun!!!

  6. mence heyatda sevgi olmasa yasamaq mumkun olmaz, men Allahimi da sevirem, valideyinlerimi de, sevdiyim wexsi de, ozumu de… ama bunlar ferqli sevgilerdir…bunlari muqaise etmek olmaz axi…Elbette icimizdeki en boyuk sevgi,en uca sevgil Allaha olan sevgi olmalidir…bu Ilahi sevgidir…Allahi herseyden herkesden cox sevmeliyik,Allahi sevmekle yanasi sevdiklerimizi de sevirik…Hetta sevdiklerimiz ucun de Allaha dua edirik… heyatda insanlar birbirini sevmese nece olar? ana balasini, er arvadini, ovlad valideyinini, ya da iki sevgili bir birileri sevmese? onda ne heyat olar, ne yasamaq…sadece sevdiyimiz insanlari ilahilesdirmemeliyik…yeni Allah bizi sevdiyimiz insanlardan ayirsa da ona nawukurlik etmek olmaz…ALLAH heckimi sevdiklerinde ayirmasin INSALLAH…Hamini sevdiyine qovusdursun Amin!

    • Mən hal hazırda sevdiyim insan var və mən hər gün onun varlığına görə Allaha şükr edirəm.onu çox sevirəm ama Həmişə demişəm bildiyim ən dəyərli varlığım birinci Allahım sonra valideynlərim və o.yenə deyirəm bu şablon da deyil birinci onu mənə sevdirən sonra o.bir də ki içimizdə daima şübhələrlə sevmək mümkün deyil yəni adı sevgi olmaz sadəcə rahat bir şəkildə həqiqətən nə hiss ediriksə onu deməyi bacaraq.Allah hər qarşılıqlı sevəni qovuşdursun.Amin

  7. bu meqaledeki yazının hamısı doqrudur ancaq bizim yeterince dini bilgimiz yoxdu biz evvelce müellifi yeni BÖYÜK YARADANI və onun xatrine yaratdıqlarını sevmeliyik heyif ki genclikde bunu anlamırıq amma ALLAHIN rehmetinden ümidini birce şeytan keser ümüdvaram ki ALLAH bizi bağışlayacaq və rəhmətinden uzaq tutmayacaq .ÇÜNKİ QURANdeyir son dönüş yalnızca ONADIR ÖZÜ DE TƏK YAPAYALNIZ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma