Romantizm Xəstəliyi


Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər Surəsi, 61)

Dindən uzaq əxlaq yaşayan insanlarda ən köklü dəyişikliklər yaradan xüsusiyyətlərdən biri olan romantiklik – əslində zənn edildiyi kimi adamın doğuşdan sahib olduğu ya da tərk edə bilməyəcəyi bir  xüsusiyyət  deyil.

Bu ruh halı insanın şüurlu ya da şüursuz təlqinlə əldə etdiyi xüsusiyyətdir. Bu səbəbdən hislərə qapılmanın, ağlamağın, kədərlənmənin, hirslənmənin iradələri xaricində olduğunu, buna etiraz edə bilmədiklərini iddia edənlər də səmimi olaraq düşündüklərində bunun bu şəkildə olmadığını görəcəklər.

Məsələn ağlayan, kədərli bir insana böyük məbləğdə pul təklif edilsə,  ya da başqa bir mənfəət təqdim edilsə birdən birə sevinə bilməsi, insanın istədiyi təqdirdə bu ruh halından asanlıqla çıxa biləcəyinin ən dəqiq göstəricisidir. Ona görə də romantiklik insanın həm ətrafına qarşı vicdansızlıq, həm də Allahın Quranda xəbər verdiyi kimi insanın öz-özünə zülm etməsidir:

Şübhəsiz Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunus Surəsi, 44)

Ancaq romantik insanlar bu düşüncəni qavraya bilməzlər. Onlar hər zaman kədərli  və ümidsizdirlər. İstənilən şəraitdə özlərinə kədərlənəcək və sıxıntı hiss edə biləcəkləri bir mövzu taparlar. Əslində bu insanlar öz əlləriylə özlərinə zülm edirlər. Bu gerçək bir ayədə belə bildirilir:

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum Surəsi, 36)

Bu tip insanların romantik ruh halından çıxması, bu xəstəlikdən xilas ola bilməsi üçün şeytanın vədlərinə, aldatmalarına qarşı oyanıq, ağlının və vicdanının da tam açıq olması lazımdır. Bu isə ancaq insanın iman dərəcəsi ilə mümkün olar.

Həddindən artıq romantik, pessimist insanlar dünyadakı gözəlliklərin və nemətlərin fərqinə vara bilməzlər.  Ətraflarında müxtəlif gözəlliklər olduğu halda onlar həmişə hər şeyin mənfi tərəfini görər, daha da bədbəxt olarlar. Halbuki Allah, rəhməti və şəfqəti ilə insanlar üçün dünyada saysız-hesabsız nemətlər yaratmışdır. Ağıl və vicdan sahibi möminlər bunların fərqində olub, nemətlərin sevinci ilə Allaha şükr edərlər.

Həqiqi müsəlman özünə romantizmin acizliyini yaraşdırmaz; ağılla düşünər, problemlərin həllini tapar, ətrafındakılara nümunə olar. Həmçinin müsəlman gözəl əxlaqı yaşamasından zövq alar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər Surəsi, 61)

Həmçinin möminlərdəki sevinc, xoşbəxtlik, rahatlıq və güvən onlar üçün cənnətin dünyadakı əksidir. Dünyada başlayan bu sevincləri axirətdə Allahdan ümid etdikləri cənnəti qazanmış olmaları ilə daimi olar. İnananların axirətdəki sevincləri belə bildirilmişdir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər (İnsan Surəsi, 11)

Bir başqa ayədə isə Allah axirət günü möminlərlə inkarçılar arasındakı fərqi belə bildirir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir.Məhz onlardır kafirlər, günahkarlar!  (Əbəsə Surəsi, 38-42)

İnkarçılar da axirətdə dünyada şeytana uyaraq yaşadıqları cəhənnəm həyatının əslini, qat qat şiddətlisini və sonsuza qədər sürəcək olanını yaşayarlar. Eynilə möminlərin sevinc və xoşbəxtliklərinin cənnətdə kəsilməz və sonsuz davam edəcəyi kimi:

(Qiyamət) gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır.  (Hud Surəsi, 105-108)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma