Qarışqa Otelləri


Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat olacağı mühiti hazırlayaraq ehtiyaclarını ödəyirsə, bu birliyin təsadüfən əmələ gəlməsi, əlbəttəki iddia edilə bilməz. Şüuru olmayan canlıların bir-birinə yaxınlıq göstərmələri, bir-birlərinə fayda qazandıracaq şəkildə davranmaları bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar bir Yaradan, yəni Allah tərəfindən bir-birlərinə uyğun şəkildəki xüsusiyyətlərlə yaradılmışlar. Bu cür canlılara ən bariz nümunlərdən biri kimi bitkiləri və qarışqaları göstərmək olar.

Bəzi bitkilərdə bioloji dillə “domatia” adı verilən dərin oyuqlar vardır. Bu oyuqların tək funksiyası qarışqalara sığınacaq verməkdir. Bu bitkilərdə qarışqaların asanlıqla bitkinin içərisinə girib-çıxmalarını təmin edən dəliklər və ya toxumalardan ibarət zərif pərdələr var. Bu bölmələrdə də qarışqalar tərəfindən toplanaraq yeyilməsi üçün bitkinin xüsusi olaraq hazırladığı qida vardır. Bu qidaların tək funksiyası da yenə qarışqaları yedirməkdir. Bitkinin özünə fayda verən funksiyası yoxdur.

Beləliklə, “domatia”lar qarışqaların həyatı üçün yaradılmış xüsusi formalardır. Temperatur və nəmin miqdarı və tarazlığı qarışqalar üçün ideal mühit hazırlayır. Qarışqalar özləri üçün hazırlanmış bu mühitdə insanların lüks otellərdə dincəldikləri kimi rahatlıq hiss edirlər.

Başqa bir misal kimi bir qarışqa növü olan Philidris ilə onun ev sahibi bitkisi olan Dischidia major-u göstərə bilərik. Bu canlılar bütün həyatları boyu ortaq “kimyəvi fəaliyyət”göstərirlər. Bu bitkinin torpağa işləyən kökləri yoxdur və buna görə digər bitkilərə sarmaşaraq uzanır. Bitki karbon və azot almaq üçün çox maraqlı üsuldan istifadə edir. Qarışqaların bu bitkinin içində balalarını yerləşdirmək və “üzvi artıqlar” (ölü qarışqalar, böcək hissələri və s.) gizlətdikləri “qarışqa yarpağı” adlandırılan anbarları var. Bitki bu artıqlardan azot mənbəyi kimi istifadə edir. Bundan başqa yarpaq boşluqlarının daxili səthləri də qarışqa tərəfindən xaric edilən karbon-oksidi sorur və beləliklə, məsamələrdən çıxan su itkisini azaldır. Bu bitki tropik iqlimdə bitməsinə baxmayaraq, su itkisinin qarşısını almaq onun üçün çox vacibdir. Çünki bu cür bitkilərin kökləri olmadığına görə torpaqdakı suya heç vaxt çata bilmirlər. Beləliklə, qarışqalar onlar üçün sığınacaq verən bu bitkiyə əvəzində onun iki ehtiyacını ödəyir.

Hər iki misalda görünən quruluşların təsadüfən meydana gəldiklərini, təsadüfən qarışqalara uyğun qida hazırladıqlarını və onlara uyğun formalara düşdüklərini əsla iddia etmək olmaz. Qarışqa-bitki əlaqələri yer üzündə tək Yaradan, yəni Allah tərəfindən yaradılan möhtəşəm tarazlığın dəlillərindən biridir.

Qarışqa Otelləri” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma