Sevgidə Səbrin Önəmi

Qu­ra­nın «…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur…» («Ni­sa» su­rə­si, 128) ayə­si hər in­sa­nın nəf­sin­də bir ne­çə mən­fi xü­su­siy­yət­lər ola bi­lə­cə­yi­ni xa­tır­la­dır. İn­san nəf­si­ni ma­lik ol­du­ğu bu mən­fi xü­su­siy­yət­lər­dən çə­kin­dir­mə­li və cən­nət əx­la­qın­da­kı mü­kəm­məl­li­yə çat­maq üçün səy gös­tər­mə­li­dir. An­caq bu­na bax­ma­ya­raq, in­san hə­ya­tı­nın so­nu­na qə­dər ya­şa­dı­ğı hər an səhv edə bi­lə­cək bir var­lıq­dır.

Hə­qi­qi sev­gi və dost­lu­ğun ya­şa­na bil­mə­si üçün in­san­la­rın bunu  unut­ma­ması vacibdir. Hər kəs sev­di­yi in­sa­na qar­şı çox səbr­li və ba­ğış­la­yan ol­ma­lı, dos­tu­nun qü­sur­la­rı­na qar­şı səbr­li ol­ma­lı və onu ba­şa düş­mə­li, onun nöq­san­la­rı­nı dü­zəlt­mə­yə ça­lış­ma­lı­dır. Çün­ki Oxumağa davam et

Sizi Yaradanı Nə Qədər Tanıyırsınız?

Sizi kim yaratdı? Bədəninizi, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara tək bir cavab verərsiniz: “Allah”. Sizin kimi digər insanlara da bu suallar soruşulduğunda, onlar da “Allah” deyə cavab verərlər. Necə ki, Allah Quranda Oxumağa davam et

Qüllə Və Zirvəsindəki Bağlı Otaq

Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.

Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.

Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək: Oxumağa davam et

Dinimiz Nə Qədər Asandır?

Son­suz mər­hə­mət və şəf­qət sa­hi­bi olan Rəb­bi­miz, gön­dər­di­yi ki­tab­lar və pey­ğəm­bər­lər va­si­tə­si­lə in­san­la­rı ən gö­zə­lə və ən asan ola­na ça­ğır­mış­dır. Al­la­hın bi­zi ça­ğır­dı­ğı din əx­la­qı çox asan­dır; iba­dət­lər hər in­sa­nın gü­cü ça­ta­ca­ğı şə­kil­də­dir. Al­lah gü­cü çat­ma­yan­lar üçün də bir çox asan­lıq bil­dir­miş, on­la­ra Rəb­bi­mi­zin razılığını qa­za­na bi­lə­cək­lə­ri yol­la­rı gös­tər­miş­dir. Al­lah di­ni­nin asan ol­du­ğu­nu ayə­lə­rin­də be­lə bil­di­rir:

«Biz sə­nə ən asan ola­nı mü­yəs­sər edə­rik» («Əla» su­rə­si, 8).

«…O si­zi seç­di və din­də si­zin üçün heç bir çə­tin­lik ye­ri qoy­ma­dı – ata­nız İb­ra­hi­min di­nin­də ol­du­ğu ki­mi…» («Həcc» su­rə­si, 78). Oxumağa davam et

Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi

Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı  xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə “hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Oxumağa davam et

Romantizm Xəstəliyi

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər Surəsi, 61)

Dindən uzaq əxlaq yaşayan insanlarda ən köklü dəyişikliklər yaradan xüsusiyyətlərdən biri olan romantiklik – əslində zənn edildiyi kimi adamın doğuşdan sahib olduğu ya da tərk edə bilməyəcəyi bir  xüsusiyyət  deyil.

Bu ruh halı insanın şüurlu ya da şüursuz təlqinlə əldə etdiyi xüsusiyyətdir. Bu səbəbdən hislərə qapılmanın, ağlamağın, kədərlənmənin, hirslənmənin iradələri xaricində olduğunu, buna etiraz edə bilmədiklərini iddia edənlər də səmimi olaraq düşündüklərində bunun bu şəkildə olmadığını görəcəklər.

Məsələn ağlayan, kədərli bir insana Oxumağa davam et

Yaşadığımız Hər Saniyə Allahın Bizə Verdiyi Böyük Fürsətdir

İnsanların əksəriyyətində təxirə salma vərdişi vardır. Şeytan insanın etmək istədiyi doğru və gözəl fəaliyyətləri təxirə saldıraraq müəyyən zaman içərisində insana bunları etməyi unutdurmağa və bu istiqamətdə olan istəyini qırmağa çalışır. İnsan şeytanın bu hiyləgər taktikasına qarşı diqqətli olmalıdır.

İnsanın nəfsi təxirə salmağa meyllidir. İnsanların böyük əksəriyyəti nələrisə təxirə salır. Allah üçün yaşamağı, səmimi olmağı, Allahın istədiyi kimi həyat sürməyi, Quran oxumağı, namaz qılmağı, fədakar olmağı, səhvlərini düzəltməyi, səmimi qəlbdən tövbə etməyi, Allaha dua etməyi, Allahın sevgisini qazanmaq üçün yaşamağı, səmimi dostlar əldə etməyi, Allahın razılığı və cənnəti üçün çalışmağı, Allahın yaratdıqlarını dərin düşünməyi, əxlaqlarını gözəlləşdirməyi təxirə salırlar. Bunları etmək üçün təyin etdikləri zaman isə “gələcəkdə bir gün”dür. Oxumağa davam et