“Onsuzda da Mən Cənnətə Gedərəm” Düşüncəsində Olanlar


Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də, özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi, özlərinin mütləq cənnətə gedəcəklərini düşünmələridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir.

Ən təəccüblü olanı da, bu insanlar “yaxşılıq” anlayışını, Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allahın məmnun olacağı bir həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin məmnun olacağı həyatı və əxlaqı seçirlər. Nəticədə də, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.

Şübhəsiz ki,  Allahdan cənnəti ümid etmək və istəmək gözəl şeydir. Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri, insanın həyatının hər anında cənnətə yaraşacaq əxlaq göstərməsi və Allahdan qorxub çəkinərək hərəkət etməsidir. Əks halda, yəni Allahın razı olmayacağı həyat tərzi keçirərək, qulluq vəzifələrini yerinə yetirmədən cənnətə gedəcəyini düşünmək insanın özünü aldatmasından başqa bir şey deyil.

Bu düşüncəyə görə, insan həm Allaha qulluq etmədən ömrünü öz nəfsinin istək və ehtiraslarına görə keçirər, həm də axirətdə Allahın səmimi və saleh qulları üçün hazırladığı cənnətində, onların arasında, nemətlər içində olacağı düşüncəsinə malik olar. Belə bir düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı yoxdur deməkdir. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan, bu şəkildə xilas olmasının mümkün olmadığını, bu yolla yalnız özünü aldatmış olacağını çox yaxşı anlaya bilər.

Bir insan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etsə, bir an belə cəhənnəmdə olmağı gözə almaz. Hətta cəhənnəmdə olmaqdan başqa, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm, insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrılarla, əzablarla, çirkinliklərlə dolu bir məkandır. Allah Quranda cəhənnəm əzabının, insanların yox olmaq istəyəcəkləri qədər şiddətli bir əzab olduğunu bildirmişdir:

Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman, özlərinə bəd dua edib ölümü diləyərlər.(FurqanSurəsi,13)

(Cəhənnəmin gözətçisinə) “Ey Malik! Qoy Rəbbin bizi öldürsün” (bu əzabdan qurtaraq)! deyəcəklər. O isə “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!

Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb, bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki heç bir insanın -Allahın istəyi olmadan – belə bir zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir.

“Necə olsa bir müddət qalar cəhənnəmdən çıxaram” deyə  düşünənlər, Allahdan qorxmayan, Onun əzabını düşünüb qavramayan şəxslərdir. Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda söz etmişdir:

Onlar : “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. “De ki:” “Allahdan belə bir vəd almısınızmı?Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”Beli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə Surəsi,80-82)

Bu halda heç kim özünü aldatmasın: Allaha boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddətcə heç kim cənnətin qapılarından içəri girə bilməyəcək.

“Onsuzda da Mən Cənnətə Gedərəm” Düşüncəsində Olanlar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma