“Elm Materialist Olmalıdır” İddiası Yanlışdır


Materialistlərin əsas iddiası  “elm sadəcə maddəni tədqiq edir, ona görə də materialist olmalıdır”  kimi şablon iddiadır.

Bu, əslində, bir az düşünən bir insanın dərhal anlayacağı kəlmə oyunundan başqa bir şey deyil. Elmin maddəni tədqiq etdiyi doğrudur, ancaq bu, “elm materialist olmalıdır” demək deyil. Çünki “maddəni tədqiq etmək” ilə “materialist olmaq” çox fərqli şeylərdir.

Maddəni tədqiq edərkən maddənin öz-özünə qədər çox böyük elm və dizayn nəticəsində meydana gəldiyi qənaətinə gəlirik. Bu elm və dizaynın dizaynerini görməsək də, şüurlu şəkildə meydana gətirildiyini anlayarıq. Məsələn, bizdən əvvəl bir insanın girib-girmədiyindən əmin olmadığımız bir mağara düşünək. Bu mağaraya girdikdə əgər mağaranın divarlarında çox böyük məharətlə çəkilmiş, heyranedici rəsmlər varsa, onda “bizdən əvvəl burada ağıllı bir varlıq olub, burada əsərlər yaradıb” deyə fikirləşərik. O ağıllı varlığı heç görməsək də, onun mövcudluğunu  əsərlərindən anlayarıq.

Elm də elə bu üsullarla təbiəti tədqiq edir və təbiətdə əsla maddi cəhətdən açıqlamaq mümkün olmayan bir nizam olduğunun və onun maddənin fövqündə duran üstün bir Ağıl tərəfindən yaradıla bilən bir dizayn olduğunu ortaya çıxarır. Başqa sözlə, maddi dünyanın hər tərəfində Allahın mövcudluğunun və hakimiyyətinin açıq aşkar  dəlillərini görür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma