Müsəlmanlar və Elm 2


Materialistlər elm qarşısındakı məğlubiyyətlərini gizlətmək üçün hər zaman müxtəlif təbliğat üsullarını işə salırlar. Bunların önündə materialist mətbu orqanlarının əsas mövzusuna çevrilən “elm-din qarşıdurması” iddiası gəlir. Bu iddianı dilə gətirən mənbələrdə, dinin tarix boyu elmə qarşı olduğu, elmin ancaq din tərk edildikdə inkişaf edə biləcəyi kimi, həqiqətdən kənar hekayələr danışılır.

Əslində isə elm tarixinə bir az nəzər salmaq bütün bu iddiaların yalan olduğunu görmək üçün kifayət edir.

İslam tarixinə  nəzər salsaq, Quranla birlikdə Orta Şərqə elmin də daxil olduğunu görərik. İslamdan əvvəlki dövrdə ərəblər cürbəcür batil inanclara və xurafata inanan, kainat və təbiət haqqında heç bir müşahidə aparmayan bir cəmiyyət olublar. Lakin İslamla birlikdə bu cəmiyyət mədəniləşmiş, biliyə qiymət vermiş və Quranın əmrlərinə riayət edərək kainatı və təbiəti müşahidə etməyə başlamışlar. Sadəcə ərəblər deyil, iranlılar, türklər, şimali afrikalılar kimi bir çox cəmiyyətlər İslamiyyəti qəbul etməklə maariflənmişlər. Allahın Quranda insanlara öyrətdiyi kamillik və bilgilər, xüsusilə IX-X əsrlərdə böyük bir mədəniyyətin təşəkkül tapmasına yol açmışdır. Bu dövrdə yetişən çoxlu sayda müsəlman alimləri astronomiya, riyaziyyat, həndəsə, tibb kimi elm sahələrində çox əhəmiyyətli kəşflər etmişlər.

Elmi fəaliyyətlərin Avropaya ötürülməsində əsas yer tutan və müsəlman elm adamlarının çoxunun yetişdiyi Əndəlus xüsusilə tibb sahəsində çox böyük yeniliklərin və irəliləyişlərin beşiyi olmuşdur. Müsəlman həkimlər təkcə bir sahədə peşəkarlaşmamışlar, xüsusilə farmakologiya, cərrahlıq, göz, doğuş, fiziologiya, bakteriologiya və gigiyena kimi çox geniş sahələrdə də ixtisaslaşmışdılar. Uzun illər tibbi əhəmiyyət daşıyan bitkiləri tədqiq edərək tibb tarixi və tibbi əhəmiyyətli bitkilər haqqında əsərlər yazmış İbn Cülcül (?-992) ilə diaqnostika və müalicə sahəsində şöhrət qazanmış və bu gün də tanınan otuza yaxın əsəri olan tunisli həkim Əbu Cəfər İbn Cəzzar (?-1009) tibb mövzusunda ən tanınmış elm adamları arasındadır. Abdullətif əl-Bağdadi (1162-1231) anatomiya sahəsindəki fəaliyyətləri ilə tanınır. Alt çənə və döş sümüyü kimi bədəndə bir çox sümüyün anatomiyası haqqında keçmişdə edilmiş xətaları düzəltmişdir. Bağdadinin «Əl-İfadə və’l-İtibar» adlı əsərin müəllifi olmuş 1788-ci ildə təkmilləşdirilərək, latın, alman və fransız dillərinə tərcümə edilmişdir. «Məqalətün fi’l-Havas» adlı əsəri isə beş duyğu orqanından bəhs edir.

Müsəlman anatomiyaçılar insan kəlləsindəki sümüklərin düzgün sayını və qulağın içində üç kiçik sümüyün olduğunu da müəyyən etmişlər. Anatomik fəaliyyətlərlə məşğul olan müsəlman elm adamlarının önündə İbn Sina (980-1037) gəlir. Hələ kiçik yaşlarında ədəbiyyat, riyaziyyat, həndəsə, fizika, təbiət elmləri və məntiq öyrənən İbn Sina sadəcə Şərqdə deyil, Qərbdə də tanınmışdır. Ən məşhur əsəri olan «Əl-Qanun fi’t-Tibb» ərəbcə yazılmış və XII əsrdə latın dilinə tərcümə edilərək Avropa universitetlərində XVII əsrə qədər əsas dərs kitabı olaraq qəbul edilmiş və istifadə edilmişdir. Bundan başqa fəlsəfə və təbiət elmləri sahəsində yüzdən çox əsər yazmışdır. Əl-Qanunda bəhs edilən tibbi biliklərin böyük bir hissəsi bu gün də öz əhəmiyyətini itirməyib.

1203-1283-cü illərdə yaşayan Zəkəriyya Qəzvini isə Aristotelin dövründən bəri davam edən beyin və ürəklə bağlı bir çox səhv fikirləri aradan qaldırmışdır. Ürək və beyinlə bağlı bilikləri bugünkü biliklərimizə son dərəcə yaxındır.

Zəkəriyya Qəzvini, Həmdullah Müstəvfi əl-Qəzvini (1281-1350) və İbnü’n-Nəfisin anatomiya sahəsindəki fəaliyyətləri müasir tibb elminin təməlini qoymuşdur. Bu elm adamları hələ XIII və XIV əsrlərdə ürək və ağciyərlər arasındakı əlaqəni, arterial damarların təmiz qan, venoz damarların isə çirkli qan daşıdığını, qanın ağciyərlərdə təmizləndiyini, ürəyə qayıdan təmiz qanın aorta tərəfindən beyinə və bədənin digər orqanlarına ötürüldüyünü göstərmişlər.

Əli bin İsanın (?-1038) göz xəstəlikləri haqqında yazdığı üç cildlik  «Təzkirətü’l-Kəhhalin fi’l Ayn» və «Əmraziha» adlı əsərlərinin birinci cildi tamamilə göz anatomiyasına həsr olunmuş və bir çox dəyərli məlumatlar verir. Bu əsər sonralar latın və alman dillərinə tərcümə edilmişdir.

Muhəmməd Əbu Bəkir Zəkəriyya Razi (865-925), Burhanəddin Nəfis (?-1438), İsmail Cürcani (?-1136), Qütbəddin Şirazi (1236-1310), Mansur bin Muhəmməd, Əbu’l Qasım Zöhrəvi astronomiya, riyaziyyat, tibb və anatomiya elmlərinin tarixində əhəmiyyətli yerləri olan müsəlman alimlərindən bəziləridir.

Tibb və anatomiya elmləri ilə yanaşı, bir çox başqa sahələrdə də  müsəlman alimləri öz əhəmiyyətli töhfələrini vermişlər. XI əsrdə yaşamış Biruni Qalileydən 600 il əvvəl Yerin fırlandığını təsdiq etmiş, Nyutondan 700 il əvvəl Yerin diametrini hesablamışdır. XV əsrdə yaşamış Əli Quşçu Ayın ilk xəritəsini çəkmiş və bu gün Ayda bir əraziyə onun adı verilmişdir. Sabit bin Kurra IX əsrdə yaşamış və Nyutondan əsrlər əvvəl riyazi differensial funksiyanı kəşf etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə  triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya “sekant-kosekant” terminlərini gətirmişdir. Xarizmi IX əsrdə ilk cəbr kitabını yazmışdır. Məğribi bu gün “Paskal üçbucağı” kimi tanınan düsturu Paskaldan 600 il əvvəl tapmışdır. XI əsrdə yaşayan İbn Heysəm optika elminin banisidir. Rocer Bekon və Kepler onun əsərlərindən faydalanmışlar, Qaliley də onun əsərlərindən faydalanaraq teleskopu icad etmişdir. Kindi isə Eynşteyndən 1100 il əvvəl nisbi nisbilik nəzəriyyəsini irəli sürmüşdür. Pasterdən təxminən 400 il əvvəl yaşamış Ağşəm­səd­din ilk dəfə mikrobların varlığını kəşf etmişdir. Əli Bin Abbas X əsrdə yaşamış və ilk dəfə xərçəng əməliyyatını həyata keçirmişdir. Həmin dövrdə yaşamış İbn Cəssar cüzamın səbəb və müalicə üsullarını açıqlamışdır. Göründüyü kimi, bir neçəsinin adları sadalanan müsəlman alimləri müasir elmin təməlini qoyan əhəmiyyətli kəşflər etmişlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma