Bədiüzzaman hər əsrdə Hz. Mehdi Mövzusundan Bəhs Etməyin Vacib Olduğunu Bildirmiş, Hz. Mehdi Mövzusunu Gizlətməyə Ehtiyac Olmadığını Açıqlamışdır


Bütün bunlara baxmayaraq, müəyyən şəxslər tərəfindən Bədiüzzamanın əsərlərində geniş yer alan Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin yanlış olduğu deyilir. Halbuki, Mehdiyyət məsələsi gizlədilməli deyil, müjdələnməlidir. Hz. Mehdinin gəlişi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda səhih qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən olan biridir” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisində “Hz. Mehdi zühur edər, hər kəs sadəcə Ondan danışar, Onun sevgisini içər və Ondan başqa heç nədən bəhs etməzlər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə Hz. Mehdinin zühur edəcəyi dövrdə hamının bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırkı dövrdə reallaşmağa başlayıb. Hamı Hz. Mehdidən bəhs edir.

Bədiüzzaman da əsərlərinin yüzlərlə səhifəsini bu mövzuya həsr etmişdir.  Əgər Bədiüzzaman bu mövzunun gizlədilməsini və ya oxunmasını istəməsəydi bu izahları risalələrinə yerləşdirməzdi. Çünki, Bədiüzzamanın da dediyi kimi “gizli olan nəşr edilməz” (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 187) Lakin Mehdiyyət mövzusunda bunun əksi labüddür. Bədiüzzaman “Hz. Mehdinin zühurunu izah edərək bu mövzunu gizlətməyin düzgün olmadığını bildirmişdir.” Belə ki, risalələr illərdir milyonlarla insan tərəfindən oxunur. Deməli bu mövzu gizli deyil, hamının bildiyi mövzudur. Bədiüzzaman Hz. Mehdi haqqında olan sözlərinin birində bu həqiqəti belə ifadə etmişdir:

Həm bu sirdəndir ki, Hz. Mehdi, Süfyan kimi axır zamanda gələcək eşhasları (şəxsləri) lap çoxdan, hətta Tâbiîn zamanından gözləmişlər, onlara çatmaq istəmişlər. Hətta bəzi ehl-i velayət (vəlilər) “Onlar gəlib getmiş” demişlər. Bu da, qiyamət kimi, hikmet-i İlahiye (İlahi məqsəd) daşıyır ki, vaxtları taayyün etməsin (ortaya çıxmasın). ÇÜNKİ HƏR ZAMAN, HƏR ƏSR, QÜVVƏ-İ MƏNƏVİYYATIN (Mənəvi gücün) TAKVİYƏSİNƏ (gücləndirilməsinə) MEDAR (səbəb) OLACAQ VƏ YEİSTEN (ümidsizlikdən) QURTARACAQ “HZ. MEHDİ”YƏ MÖHTACDIR. BU MƏNADA, HƏR ƏSRİN BİR HİSSƏSİ OLMAQ LAZIMDIR… (Sözler, s. 344)

Bədiüzzaman bu sözləri ilə “Hz. Mehdi mövzusundan bəhs etməyin” deyənlərə ən gözəl cavabı verib. Bədiüzzaman Hz. Mehdi mövzusunu gizlədin demir, əksinə hər əsrdə və bu əsrdə möminlərin buna ehtiyacı olduğunu bildirmiş və bu mövzunun əhəmiyyətini xatırlatmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma