Münafiqlər Cəhd Etmək -Yəni İslam Əxlaqının Hakim Olması Üçün Fikri Mübarizə Aparmaq- İstəmirlər


Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. ONLAR ORADAN ÇIXMAYINCA BİZ ORA GİRMƏYƏCƏYİK. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. (Maidə surəsi, 22)

Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. SƏN VƏ RƏBBİN GEDİB ONLARLA VURUŞUN. BİZ İSƏ BURADA OTURACAĞIQ”. (Maidə surəsi, 24)

ARXADA QALANLAR (MÜNAFQİLƏR) ALLAHIN RƏSULUNA QARŞI ÇIXARAQ (EVDƏ) OTURUB QALMALARINA SEVİNDİLƏR, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə surəsi, 81)

“Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “QOY BİZ DƏ (DÖYÜŞƏ ÇIXMAYIB EVDƏ) OTURANLARLA BİR YERDƏ QALAQ!” – DEYƏRLƏR. Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də anlamazlar. (Tövbə surəsi, 86-87)

Ey iman gətirənlər! Sizə nə oldu ki, “ALLAH YOLUNDA DÖYÜŞƏ ÇIXIN!” – DEYILDIKDƏ YERƏ YAPIŞIB QALDINIZ. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir! (Tövbə surəsi, 38)

ARANIZDA ELƏLƏRİ DƏ (MÜNAFİQLƏR) VARDIR Kİ, AĞIR TƏRPƏNƏR və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım”, – deyər. (Nisa surəsi, 72)

O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “EY RƏBBİMİZ! CİHAD ETMƏYİ NƏ ÜÇÜN BİZƏ VACİB ETDİN, NƏ OLARDI Kİ, BİZİ YAXIN ZAMANA QƏDƏR YUBANDIRAYDIN!” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çəyirdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!” (Nisa surəsi, 77)

Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!… (Muhəmməd Surəsi, 20)

Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. ONLAR (CİHADA GETMƏYİB) ARXADA QALANLARLA (QADINLAR VƏ UŞAQLARLA) BİR YERDƏ QALMAĞA RAZI OLDULAR. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar bilməzlər! (Tövbə surəsi, 93)

Əgər o, asan əldə edilən mənfəət və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: “ƏGƏR GÜCÜMÜZ ÇATSAYDI, BİZ DƏ SİZİNLƏ BƏRABƏR SƏFƏRƏ ÇIXARDIQ”, – deyə Allaha and içəcəklər. Onar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “And içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!” (Nur surəsi, 53)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma