Münafiqlər Dini Çətinləşdirmək İstəyirlər, Allahın Dini Asandır


Allah yolunda layiqincə cihad edin. O, SİZİ SEÇDİ VƏ DİNDƏ SİZİN ÜÇÜN HEÇ BİR ÇƏTİNLİK YERİ QOYMADI – ATANIZ İBRAHİMİN DİNİ KIMI. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)

…Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)

And olsun ki, Biz Quranı ibrət almaq üçün belə ASANLAŞDIRDIQ. Amma heç bir ibrət alan varmı?! (Qəmər surəsi, 17)

Biz sənə ən ASAN OLANI müyəssər edərik. (Əla surəsi, 8)

Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,Və ən gözəl sözü təsdiq etsə,BIZ ONA ƏN ASAN OLANI  MÜYƏSSƏR EDƏCƏYİK! (Leyl surəsi, 5-7)

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. ALLAH SIZIN ÜÇÜN AĞIRLIQ DEYİL, YÜNGÜLLÜK İSTƏR ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. BİZ ONA ASAN BİR ŞEY ƏMR EDƏCƏYİK!” (Kəhf surəsi, 88)

Biz onu ancaq sənin dilinlə ASANLAŞDIRDIQ. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr! (Duxan surəsi, 58)

(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu ölçüb saya bilməyəcəyinizi bildiyi üçün sizi əfv etdi. QURANDAN SİZƏ MÜYƏSSƏR OLANI OXUYUN. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır. Elə isə ondan (QURANDAN) SİZƏ MÜYƏSSƏR OLANI OXUYUN, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Müzəmmil surəsi, 20)

Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışadı. Allah bağışlayandır, həlimdir! Sizdən əvvəl bir tayfa soruşmuş, sonra da buna görə kafir olmuşdu. (Maidə surəsi, 101-102)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma