Risale-i Nur Külliyatında Hz. İsa Və Hz. Mehdi Həqiqəti


Allah (əzəldən) belə yazmışdır: “MƏN VƏ ELÇİLƏRİM HÖKMƏN QALIB GƏLƏCƏYİK !” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.(Mücadələ surəsi, 21)

İslam əxlaqının dünyaya hakim olacağı Quranda vədd edilib. Quranda İslam əxlaqının hakimiyyətinə açıq-aşkar işarə edilir. Bu ayələrdən bəziləri belədir: Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi YER ÜZÜNÜN VARİSLƏRİ EDƏCƏYİNİ, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi, 55)

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün DİNLƏRDƏN ÜSTÜN ETMƏK ÜÇÜN ÖZ PEYĞƏMBƏRİNİ HİDAYƏT  (Quran) VƏ HAQQ DİNLƏ GÖNDƏRƏN ODUR! (Saff surəsi, 8-9)

Onlar Allahın nurunu ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) BÜTÜN DİNLƏRİN FÖVQÜNDƏ (bütün dinlərdən üstün) ETMƏK ÜÇÜN ÖZ PEYĞƏMBƏRİNİ DOĞRU YOLLA VƏ HAQQ DİNLƏ GÖNDƏRƏN ODUR! (Tövbə surəsi, 32-33)

Günahkarlar istəməsələr də, ALLAH ÖZ SÖZLƏRİ İLƏ HAQQI BƏRQƏRAR EDƏCƏK.(Yunus surəsi, 82)

Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq. ONLARIN ARDINCA YER ÜZÜNÜN VARİSLƏRİ SİZİ TƏYİN ETDİK ki, görək özünüzü necə aparacaqsınız. (Yunus surəsi, 13-14) Peyğəmbərimizdən (s.ə.v.) sonrakı dövrlərdə yaşayan bir çox İslam alimi də Hz. İsanın nüzulu, Hz. Mehdinin zühuru və İslam əxlaqının hakimiyyəti haqqında müxtəlif izahlar veriblər. Böyük mücəddid Bədiüzzaman Səid Nursi də əsərlərində bu mövzu ilə bağlı ayələrə və hədislərə geniş yer verərək Hz. İsa və Hz. Mehdinin gəlməsi ilə bağlı bütün müsəlmanlara yol göstərən vacib məlumatlar vermişdir.

Bədiüzzamanın izahları çox sadədir. Ancaq müxtəlif səbəblərdən Bədiüzzamanın bu sözlərindəki mənaya əhəmiyyət verilmir, Hz. İsa və Hz. Mehdinin gəlişi müxtəlif formalarda şərh edilir. “Fərd olaraq gələcəkləri” Peyğəmbərimiz (s.ə.v.) tərəfindən qəti şəkildə bildirildiyi halda bu mübarək şəxslərin “fərd olaraq gəlməyəcəkləri” iddia edilir, hədislər və İslam alimlərinin izahları bu yanlış fikirlər əsasında şərh edilir. Bu məqsədlə böyük İslam alimi Bədiüzzaman Səid Nursi tərəfindən istifadə edilən “şəxsi mənəvi” anlayışı da təhrif edilir, Hz. İsa və Hz. Mehdinin “mənəvi şəxs” olaraq gələcəkləri kimi səhv fikir formalaşdırılır.

“Şəxsi mənəvi” olaraq xarakterizə edilməkdən savayı Hz. İsa və Hz. Mehdinin gəlişi haqqında Peyğəmbərimizin (s.ə.v.) hədisləri və İslam alimlərinin izahları ilə ziddiyyət təşkil edən bir çox fikir bildirilir. Bundan əlavə Hz. İsa və Hz. Mehdinin keçmişdə gəlib vəzifələrini yerinə yetirdikləri, mənəvi olaraq gələcəkləri, Hz. Mehdinin üç ayrı mücəddiddən ibarət olacağı kimi yanlış fikirlər mövcuddur.

Halbuki, Hz. İsa və Hz. Mehdinin şəxs olaraq gələcəkləri bilinən həqiqətdir. Bu həqiqətə Peyğəmbərimizin (s.ə.v.) hədislərində və böyük İslam alimlərinin izahlarında  rast gəlinir. Hədislərdə adı çəkilən bütün axır zaman şəxsləri kimi bu dəyərli insanlar da “şəxs olaraq” gələcək, ətrafındakı insanlarla birlikdə Allahın qədərlərində təyin etdiyi vəzifəni yerinə yetirəcəklər.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Hz. İsanın xüsusiyyətləri və mübarizəsi haqqında ətraflı məlumat verilmiş və Allahın izni ilə yenidən yer üzünə gələcəyi müjdələnmişdir. Hz. Mehdi də Allahın Peyğəmbərimizə (s.ə.v.) 1400 il bundan əvvəl əxlaqını, fiziki xüsusiyyətlərini, fəaliyyətlərini, dünyada meydana gətirəcəyi təsiri bildirdiyi və qədərdə təqdir etdiyi mübarək şəxs olacaq. Bu xüsusiyyətləri təqlid etmək, yaxud Hz. İsa və Hz. Mehdiyə mane olmaq Allahın izni ilə qeyri-mümkündür. Hz. İsa və Hz. Mehdi Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi bütün vəzifələri yerinə yetirəcək,  Allahın izni ilə Quran əxlaqını yer üzünə hakim edəcəklər. Bu Allahın təyin etdiyi qədərdir.

İslam əxlaqının hakimiyyəti Allahın ayələrdə bildirdiyi haqq vəddir. Şübhəsiz Rəbbimiz bu vədini yerinə yetirəcək. Bundan əlavə, Quranda möminlərin başında mütləq bir lider olduğu bildirilir. Bütün peyğəmbərlər, nəbilər və ya elçilər göndərildikləri cəmiyyətə öndərlik ediblər. Tarixi nümunələrdə olduğu kimi hakimiyyət dövründə də müsəlmanların başında bir lider olacaq. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrdə möminlərin liderinin Hz. Mehdi olacağı bildirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma