DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: Oxumağa davam et

Səmimilik Sevgi Yaradır

Al­lah­dan qor­xub çə­kin­mə­yən bə­zi in­san­lar çox asan­lıq­la ya­lan danışırlar. Bir in­sa­nın ya­lan söy­lə­di­yi­nin an­la­şıl­ma­sı ona qar­şı sev­gi ya­ran­ma­sı­na ma­ne olur. Çün­ki, ya­lan söy­lə­yən in­sanın han­sı sö­zü­nün doğ­ru, han­sı sö­zü­nün yan­lış ol­du­ğu­ bi­lin­mə­di­yi­nə gö­rə güvənilən deyil. İn­san inan­ma­dı­ğı birinə qar­şı sev­gi də du­ya bil­məz.

Mö­min­lər isə, bö­yük it­ki­yə uğ­ra­sa­lar və ya mad­di-mə­nə­vi zi­yan­la qar­şı­laş­sa­lar da, heç vaxt ya­lan da­nış­mırlar. On­lar hər za­man, hər möv­zu­da səmimi olan in­san­lar­dır. Heç vaxt doğ­ru ola­nı giz­lət­məz, mən­fə­ət­lə­ri na­mi­nə doğ­ru ola­nı də­yiş­dir­məz, ye­ri­nə ye­ti­rə bil­mə­yə­cək­lə­ri­ni söz ver­məz­lər. Bun­dan baş­qa, İs­lam əx­la­qı­nı ya­şa­yan in­san üçün ya­la­nın bö­yü­yü-ki­çi­yi də yox­dur. Bu­na gö­rə də mö­min­lər heç bir za­man qar­şı tə­rə­fə yax­şı gö­rün­mək, eti­ba­rı­nı qazanmaq, mad­di qa­zanc əl­də et­mək və ya hər han­sı bir şə­kil­də zə­rər ver­mək ki­mi məq­səd­lər üçün də əs­la ya­lan danışmırlar. Oxumağa davam et