Münafiqlər Allahın asan dinini çətinləşdirmək üçün dillərini əyib bükürlər.


Ey iman gətirənlər! ALLAHIN SİZƏ HALAL BUYURDUĞU PAK NEMƏTLƏRİ (ÖZÜNÜZƏ) HARAM ETMƏYİN VƏ HƏDDİ AŞMAYIN. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi, 87)

Diliniz yalana vərdiş etdiyi üçün : “BU HALALDIR, O HARAMDIR!” – DEMƏYİN, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116)

De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, ONUN BİR QİSMİNİ HARAM, BİR QİSMİNİ İSƏ HALAL ETDİNIZ?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus surəsi,59)

Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O, (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! (Ənam surəsi, 119)

Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zümər surəsi, 3)

Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, – deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali imran 78)

Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (Ənam surəsi, 148)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma