Münafiqlər Batil Dinlərində Qərarlıdırlar: Peyğəmbərin Tətbiq Etdiyi Dini Bəyənmirlər


O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir! (Ənfal surəsi, 49)

Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm olun. (Bizdən) istənilən şey budur (tövhiddir). Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad surəsi, 6-7)

Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu, uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” – dedilər. (Qəsəs surəsi, 36)

(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!” (Əraf surəsi, 70)

Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunus surəsi, 78)

Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”. (Hud surəsi, 62)

Onlara : “Allahın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə surəsi, 104)

(Şeytanla dost olanlar) ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” ,- deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” (Əraf surəsi, 28)

Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!” (Hud surəsi, 87)

(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu, sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)

Onlara: “Allahın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma