Həll yolu: Quran Əxlaqı


İnsanlar haqq din olan İslama uyğun davranmadan nə şəxsi, nə də ictimai problemlərə əsaslı və qaneedici çarələr tapa bilməzlər.Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan insanların çarə tapa bilmədikləri problemlər bu həqiqəti bir daha təsdiqləyir. İnsanlar din əxlaqından uzaqlaşdıqca qarşılığını özü və yaşadığı cəmiyyətin yaşadığı əzab və problemlərlə alacaq.

Çarə isə bəllidir. Hər şeyin Yaradıcısı olan Allaha yönəlmək və bizim üçün seçdiyi dini yaşayaraq həqiqi xoşbəxtliyə çatmaq. Allah dünyada qurtuluş yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına din əxlaqını yaşadıqları halda dünyada qorxuyla qarşılaşmayacaqlarını müjdələmişdir. Cəmiyyətin xilası Rəbbimizin bizə əmr etdiyi şəkildə birlikdə İslama yönəlməkdədir.

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə Surəsi, 208)

Unudulmamalıdır ki, tarixin bu əhəmiyyətli dövrü müsəlmanlara çox vacib məsuliyyətlər gətirir. Qədərdə olduğu üzrə cəmiyyət materialist düşüncədən xilas olur, bunun nəticəsində Allaha və dinə yönəlir. Bu da təbii olaraq “hansı din?” sualını gündəmə gətirir. Bu vəziyyət müsəlmanların bütün dünyaya İslamı izah etmək və təbliğ etmək üçün ciddi səy göstərməli olduqlarını göstərir. İnternet, televiziya, mətbuat kimi kütləvi informasiya vasitələrinin böyük sürətlə yayıldığı, bütün dünyanın bir-birini gördüyü və tanıdığı bir dövrdə Haqq Din olan İslamın doğru başa düşülməsi və doğru izah edilməsi şübhəsiz ki, çox böyük vəzifədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma