Modernizmin, Başqa İfadə İlə Materializmin Süqutu


Bu gün modernizm olaraq adlandırılan dövr, yuxarıda da qeyd etdiyimiz kimi Maarifçilik dövrü ilə başlayan müddətdir. Maarifçilik dövrü Qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin səhv olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq Maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncə təşkil edirdi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi. Fəlsəfə, sosiologiya, iqtisadiyyat, psixologiya kimi müxtəlif elmi sahələrdə materialist və ateist inanca sahib olan nəzəriyyəçilər ortaya çıxırdı.

İlk olaraq, 18-ci əsr Avropasında ortaya çıxan Diderot, Baron de Holbach kimi materialistlər kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu və maddəndən kənarda heç bir şeyin olmadığını qarşıya qoydular. 19-cu əsrdə materializm və ateizm daha da inkişaf etdi. Feuerbach, Marx, Engels, Nietzsche, Durkheim, Freud kimi mütəfəkkirlər ateist düşüncəni müxtəlif elm sahələrinə tətbiq etdilər.

Materializmə ən böyük dəstəyi verən adam isə yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini qarşıya qoyan Charles Darvin oldu. Darvinizm, ateistlərin əsrlərdir cavab verə bilmədikləri “canlılar və insan necə yaranıb” sualına guya elmi bir cavab gətirdi. O, təbiətdə cansız maddələri canlandıran və sonra da ondan müxtəlif canlı növləri əmələ gətirən mexanizmin məhz bu nəzəriyyə olduğunu iddia etdi və bir çox adamı bu yalana inandırdı.

19-cu əsrin sonlarında ateistlər hər şeyi açıqladığını zənn etdikləri bir “dünya görüşü” meydana gətirmişdilər: Kainatın yaradıldığını inkar edir, buna qarşı “kainat sonsuzdan bəri vardır, başlanğıcı yoxdur” deyirdilər. Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir məqsəd olmadığını iddia edirdilər. Canlıların və insanın necə yarandığı sualının Darvinizmlə cavablandığını zənn edirdilər. Tarix və sosiologiyanın Marx və Durkheim, psixologiyanın isə Freud tərəfindən ateist əsaslarla açıqlandığını düşünürdülər. Halbuki, bu iddiaların hər biri 20-ci əsrdə elmi, siyasi və sosyal kəşflərlə yıxıldı. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədəki kəşflər, diaqnoz və analizlər ateizmin bütün fərziyyələrini kökündən çürütdü.

Ancaq materialist ideoloqların məğlubiyyətinin ən böyük sübutlarından biri yaşanan qırğınlar oldu. Materializmi əsas alan ideolgiyalar, başda faşizm və kommunizm olmaqla məhv edici güclər olaraq ortaya çıxdılar. Bir tərəfdən də əxlaqi degenerasiya yaşandı.

Materialist fikirin hakim olduğu illərdə şəfqət, sədaqət, qürur, şərəf, dürüstlük, fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər yox olmağa başladı. Cəmiyyət içində əxlaqi degenerasiya, bu gözəl əxlaqi keyfiyyətlərin bir növ “sadəlövlük” kimi göstərilməsi ilə nəticələndi. Eqoizm, mərhəmətsizlik, haqsızlıq, ədalətsizlik adi hal kimi qarşılanmağa başlandı. Yardımsevərliyin unudulduğu, hamının daha çox pul qazanmaq və daha çox xərcləmək istədiyi bu Sosyal Darvinist mühitdə zəifləri əzmək, yazıq insanlardan mərhəmətsizcə sui-istifadə etmək, şikəstləri, yaşlıları və ehtiyac içində olanları cəmiyyətdən xaric etmək kimi zalımlıqlar normal hesab edilirdi.

Modernizmlə birlikdə meydana çıxan ideologiyaların ən böyük səhvlərindən biri də din olmadan da əxlaqın olacağını, insanların dinsiz də gözəl əxlaq göstərəcəklərini düşünmələri idi. Halbuki, bu çox böyük bir yalandır. Din olmadan, Allah qorxusu yaşanmadan, Axirət günündə etdiklərinin hesabını verəcəyinə inanmadan həqiqi mənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyil. Din əxlaqı olmayan bir yerdə insan sevgisi olmaz, dostluq olmaz, gözəl əxlaq olmaz. Çünki, əgər din əxlaqı yaşanmırsa, demək ki, Allah qorxusu da yoxdur. Bu isə insanın ancaq öz istək və arzularını həyata keçirməyə, öz mənfəətləri ilə zidd olan hər şeyi heç bir sərhəd tanımadan yox etməyə çalışacağı mənasını verir. Belə bir insan sevgini də, şəfqəti də, mərhəməti də ancaq öz mənfəətinə uyğun olduğu müddət ərzində göstərir. Özünə fayda verən insanı sevir, verməyəni isə əzməkdən, ona pis davranmaqdan çəkinmir. Bu adamın ədaləti də ancaq öz mənfəətlərinə uyğundur. Özünə fayda verməyənlərə qarşı ədalətli olmağı da vacib bilmir. Əgər özü üçün qazanclı olacağını düşünürsə yardımsevər olur. Bir mənfəəti yoxdursa, aclıq çəkən insanlar, zülm görənlər, mərhəmətsizcə qətl edilən günahsızlar onun üçün heç bir məna kəsb etmir. Bu mənzərələr vicdanına təsir etmir. Çünki, din əxlaqını yaşamayan insan vicdanına görə yox, öz nəfsinin istəklərinə görə hərəkət edir.

Tarix dinin insan ruhuna qazandırdığı həqiqi tərbiyəni və Allahın yol göstərici hökmləri olmadıqdan sonra heç bir həqiqi əxlaqdan söz gedə bilməyəcəyini sübut edən nümunələrlə doludur.Buna nümunə kimi, 1789-cu ildə, Fransız İnqilabında azadlıq, bərabərlik, qardaşlıq naminə meydana çıxanların minlərlə günahsız insanı öldürmələri, ya da guya sosyal ədalət naminə ortaya çıxan kommunist rejimlərin milyonlarla insanı qətl etməsi və s. göstərə bilərik.

Postmodernizm isə modernizm tərəfindən əsası qoyulan dəyər, meyar və hədəflərin mənasızlığını dərk edən, ancaq bu doğru diaqnozdan yola çıxaraq heç bir mütləq dəyər, meyar və hədəf olmadığı kimi səhv nəticəyə gələn düşüncədir. Postmodernistlərin ən böyük səhvi haqqında danışılan “relativizmdir”. Yəni bütün dəyər və inancların müxtəlif insanlara görə dəyişən, mütləq düzgünlük ifadə etməyən “relatif”(nisbi) fikirlərdən ibarət olduğunu deyən bir yalandır.

Halbuki, insanın var olma məqsədini göstərən çox əhəmiyyətli bir həqiqət var. İnsanı Allah yaratmışdır və insan bütün həyatını Ona borcludur. Modernizm bu həqiqəti tamamilə rədd etmiş və ya gözardı etmişdi. Postmodernizm isə bu həqiqəti “relatif fikir” kimi göstərməklə eyni səhvi təkrar etmişdir.

Buna görə də postmodernizm cəmiyyət üçün çarə deyil. Cəmiyyəti heç bir mütləq dəyərin və məqsədin olmadığı xaosa aparan başqa bir yalandır. İnsanlar həm bu yalandan, həm də hələ də gücünü qoruyan modernist düşüncədən xilas ola bilmək üçün öz var olma məqsədlərini dərk etməlidirlər.

Modernizmin, Başqa İfadə İlə Materializmin Süqutu” üzərinə 4 şərh

    • Zaman, mekan ve madde 14 milyard il bundan evvel Big bang adli partlayisla kainatin yaranmasi merhelesinde yaradilib. Big bangdan evvel madde ve zaman yox idi. Allah zamani yaradib, zaman yalniz bize aid olan bir anlayisdir. Allah zamana tabe deyil. Ona gore de eger kimse “Allahi kim yaradib?” sualini verirse bu suali zaman daxilinde vermis olur. Allah ise zamansizliqda movcuddur, yani zamana tabe deyil. “Allahi kim yaradib?” suali verdiyimiz zaman Allahi zamanin icine aid edirik. Halbuki zaman yalniz bizim ucun var, Allah ucun zaman yoxdur. Kecmis ve gelecek de bizim ucun var, Allah ucun kecmis ve gelecek yoxdur.

  1. Dünyada çoxlu sayda dinlər mövcuddur. Onların heç birində kainatın yaranışı barədə anlaşıqlı bir məlumat yoxdur. Ancaq məntiqə,həqiqətə uyğun gəlməyən məlumatlar vardır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma