Münafiqlərin Aldatma Üsulları


Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:

“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)

Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:

“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12)

Özlərini fitnə törətmək istəməyən, yaxşı niyyətli insanlar kimi göstərməyə çalışırlar:

“Onlardan (münafiqlərdən): “Mənə izin ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar fitnəyə düşmüşlər…”(Tövbə surəsi, 49)

Möminlərin parçalanıb ayrılmalarını istəyirlər:

“Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər anlamazlar.” (Münafiqun surəsi, 7)

Möminləri qorxutmaq istəyirlər:

“O kəslər ki, xalq onlara: “Sizə qarşı insanlar  toplanmışdır, onlardan qorxun!” – dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.” (Ali İmran surəsi, 173)

“O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır” – deyə Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13)

Ailələri və işləri olduqları üçün mübarizə edə bilmədikləri yalanını söyləyir, yaxşı niyyətli kimi görünmək istəyirlər:

“Geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!” (Fəth surəsi, 11)

Allah yolunda mübarizə aparmağı bilmədiklərini iddia edərək yalan danışır, özlərini yaxşı niyyətli kimi göstərməyə çalışırlar:

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun!– deyildi. “Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir!” (Ali İmran surəsi, 167)

Ailəyə dəyər verirmiş kimi görünürlər, halbuki tək məqsədləri mübarizədən qaçmaqdır:

“O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır” – deyə Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13)

Mübarizədən geri qalanda sevinirlər, bunu qazanc zənn edirlər, möminləri də əngəlləmək istəyirlər:

“Arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tövbə surəsi, 81)

Andlarını sipər edib, Allah yolundan döndərirlər:

“Onlar andlarını özlərində sipər edib Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!” (Münafiqun surəsi, 2)

Möminlərin dağılması üçün yalan danışıb öz yanlarına çağırırlar:

“Şübhəsiz ki, Allah içərinizdən mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin!” – deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr, (Gəldikdə də) sizdən əsirgəyərlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!” (Əhzab surəsi, 18-19)

“Onlar, oturan və qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, – deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!” (Ali-İmran surəsi, 168)

İnkarçıların maddi gücünə güvənərək özlərinin güclü olduğu yalanını söyləyir, möminləri narahat etməyə çalışırlar:

“Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər, ən zəifləri, əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər!” (Münafiqun surəsi, 8)

“… Qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa surəsi, 139)

Möminləri Peyğəmbərimizə (s.a.v.) qarşı üsyana təşviq edir, ancaq Peyğəmbərimizin (s.a.v.) yanına getdiklərində müsəlman kimi davranırlar:

Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır və ürəklərində: “Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir! (Mucadilə surəsi, 8)

Möminlərin yanında müsəlman kimi görünərək onları aldatmağa çalışırlar:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onlar ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Bəqərə surəsi, 8-10)

“Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.” (Bəqərə surəsi, 14)

Danışanda Allahın adını çəkərək insanları aldatmağa çalışırlar:

İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.” (Bəqərə surəsi, 204)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma