Postmodernizmin Səbəb Olduğu Xaos Ancaq Quran Əxlaqı İlə Aradan Qaldırıla Bilər


Postmodernizm axır vaxtlarda bəlkə də ən çox müzakirə edilən, haqqında çox bəhs edilən bir nəzəriyyədir. Hər nə qədər mütəfəkkirlər bu nəzəriyyə haqqında hələ də həmfikir olmasalar da ümumi olaraq postmodernizmi, “modernizmdən sonra, modernizmə qarşı çıxan hərəkət” şəklində qiymətləndirə bilərik.

Postmodernizmin incəsənət, fəlsəfə və bu kimi digər elmi sahələrlə əlaqədar necə bir fikir ortaya qoyduğu çox müzakirə edilir. Ancaq əsas olan, bu fikir necə bir cəmiyyət quruluşu nəzərdə tutur, sualına veriləcək cavabdır. Bunu görmək üçün müasir dövrdə insanların içində yaşadığı xaosu, qarışıqlığı xatırlamaq kifayət edəcək. Bu gün dünyada geniş şəkildə qəbul edilən postmodernizm, özündə cəmləşdirdiyi fikirlərə və dünyagörüşünə görə insanları daima xaosa və çətinliyə salır. Postmodernizm insanları çıxılmaz vəziyyətə salan müasir mədəniyyətin tənqidi kimi görünsə də, əslində öz fikirlərini müasir dövrün səbəb olduğu mənəvi boşluq və çöküntünün üzərində qurur. Bəhs etdiyimiz mənəvi boşluq aradan qaldırılmadan bu sistemin tənqid edilməsinin heç bir mənası yoxdur. Buna görə də əvvəlcə bu fikrin təməli olan ”modernizm” ilə nəyin nəzərdə tutulduğu aydın olmalıdır.

Ümumiyyətlə, demək olar ki, modernizm Qərb mədəniyyəti və bu mədəniyyətə aid dəyərlərlə  sinonim olaraq qəbul edilir. Modernizm Avropada, yəni Qərb dünyasında ortaya çıxan, əsasını Maarifçilik dövründən götürən ideologiya və hərəkətlərin meydana gətirdiyi bir sistemdir. 19-cu əsrdə inkişaf etməyə başlayan və güclənən bu sistemin “müasir” olaraq adlandırılmağına əsas kimi göstərilən cəhət isə bu sistem ilə birlikdə Avropanın ənənələrinə və keçmişinə aid hər şeyin bir kənara qoyulması və yeni dünya görüşünün mənimsənməsidir. Bəs bu fəlsəfə hansı dünya görüşünə sahibdir və Qərb dünyasında nələri dəyişdirmişdir? Bu suallara verəcəyimiz cavablar postmodernizm ideologiyasının mənşəyini də qavramağımıza kömək edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma