1979-cu İldən 2006-cı İlə Qədər Olan Dövrdə Olan Qiyamət Əlamətləri


QİYAMƏT vaxtı, dünya həyatının son günü olmaqla birlikdə axirətdəki sonsuz həyatın da başlanğıcı olacaq. Qiyamət günü yaşanacaq bir-birindən dəhşətli hadisələr zamanı, Allahın qüdrəti bütün insanlar tərəfindən idrak ediləcək.

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) qiyamətdən əvvəl baş verəcək  əlamətləri 1400 il bundan əvvəl hədislərdə ətraflı olaraq təsvir etmişdir. Hədislərə görə müharibələr, hərcmərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər sıxlaşacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra, Allah Hz. Mehdi vasitəsi ilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

Peyğəmbərimiz (s.ə.v)in hədislərində qeyd edilən  bu məlumatların həqiqi olmasını bizə göstərən ən əhəmiyyətli dəlil, bu hadisələrin vaxtı gələndə tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir. Hədislərdə bildirilən çox sayda əlamət, 1979-cu ildən 2006-cı ilə qədər  bir-birinin ardınca baş vermişdir.

Bu işarələri anlamaq üçün qiyamət günü və əlamətləri ilə əlaqədar Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) on dörd əsr əvvəl bildirdiyi hədisləri diqqətlə düşünmək lazımdır. Rəbbimiz bir ayədə, Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!” (Nəml Surəsi, 93) şəklində vəd vermişdir.

İlk öncə qeyd etmək lazımdır ki, hər şeyin ən doğrusunu Allah bilir. Hər mövzuda olduğu kimi qiyamət haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Qəti olaraq baş verəcək qiyamətin vaxtını yalnız Allah bilir:

De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm! Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz.(Cinn Surəsi 25-26)

Əfqanıstanın Rusiya tərəfindən işğalı (1979)

“Talikana (Əfqanıstana) hayıf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə tanıyan insanlar vardır. Onlar axır zaman Hz. Mehdinin köməkçiləridir.”(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 59)

Hədisdə Əfqanıstanın axır zamanda işğal ediləcəyinə işarə vardır. Həqiqətən də rusların Əfqanıstanı işğalı 1979-cu il – hicri 1400-cü ilə, digər bir ifadə ilə isə, hicri 14-cü əsrin başlanğıcına təsadüf edir. Həmçinin bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə diqqət çəkilmişdir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə işlədilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.

Dördüncü Sülh (Ərəb-İsrail Sülhü) (1979)

“Sizinlə insanlar (bir nüsxədə Rumlar deyilir) arasında dörd sülh olacaq. Dördüncü sülh, Herakl əhlindən bir adam vasitəsi ilə olacaq və bu yeddi il davam edəcək…” (Qiyamət Əlamətləri, Osman Çataklı, 299/8)

Hədisdə Hz. İsa ilə birlikdə Hz. Mehdinin çıxış əlamətlərindən biri xəbər verilmişdir. Bu əlamətə görə müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında 4 dəfə sülh razılaşması imzalanacaq, bu razılaşma 7 il davam edəcək. İslam aləmindən bir çoxlarının qənaəti, hədisdə keçən “4-cü Sülh”ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Camp Daviddə  imzalanmış razılaşmadır. (Ən doğrusunu Allah bilir.)

Kəbədə Qan axıdılması (1979)

“Onun çıxacağı il, insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabe Cemresinin üzərinə axacaq.” (Qiyamət Əlamətləri, s. 168-169)

“İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar.” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 35)

Hədislərdə “onun çıxacağı il” cümləsi istifadə edilərək, Hz. Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilmişdir. 1979-cu ildə, Həcc əsnasında baş verən Kəbə basqınında eyni ilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da axır zamanın başlanğıcının və Hz. Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün düz əvvəlində yəni, hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400 cü- il (21 Noyabr 1979) tarixində meydana gəlmişdir.

Hədisdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar məmular arasında meydana gələn döyüşdə 30 nəfərin öldürülməsi, bu rəvayətin yerdə qalan hissəsini də təsdiq etmişdir.

İran-İraq Müharibəsi (1980)

Şevval ayında qiyam, Zilkadedə hərb danışıqları, Zilhiccedə isə hərb baş verəcək.” (Qiyamət Əlamətləri, Berzenci, s. 166)

Hədisdə göstərilən Şevval, Zilkade və Zilhicce ayları İran-İraq döyüşünün pik mərhələləri ilə eyni tarixə uyğun gəlir. İran Şahına qarşı olan ilk qiyam, bilindiyi kimi, hədisdə göstərilən 5 Şevval 1398-cı ildə (8 Sentyabr 1976) olmuşdur. Hicri 1400-cü ilin Zilhicce (1980 Oktyabr) ayında İran-İraq arasındakı döyüş artıq başlamışdır.

Zəlzələlərin Çoxalması

“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…” (Ramıq-Əl Ehadis, 476/11)

“Qiyamətdən əvvəl iki böyük hadisə vardır… və sonra da zəlzələli illər.” (Ramıq-Əl Ehadis, 187/2)

Son bir neçə il ərzində meydana gələn böyük və aramsız zəlzələlər, dünya ictimaiyyətin gündəmində  ilk sıralarda yer almışdır. Amerikan Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına baxsaq 1999-cu ildə, dünyada 20.832 zəlzələ qeyd edilmişdir. Bu zəlzələlərdə təxminən  22.000 insan həyatını itirmişdir. (Əfqanıstan və İndoneziya zəlzələlərində ölən təxminən 500 min adam bu statistikaya  daxil edilməmişdir)

Amerika Milli Zəlzələ İnformasiya Mərkəzi tərəfindən aparılan hesablamalara görə;

1556-cı il ilə 1975-ci il arasındakı 400 illik dövrdə meydana gələn zəlzələ sayı: 110 (5.0 baldan yüksək)

1980-cı il ilə 2003-cü il arasındakı 23 illik dövrdə meydana gələn zəlzələ sayı 1685 olmuşdur. (6.5 baldan yüksək)

Bununla yanaşı 400 ildə qeydiyyatda olan zəlzələrin sayı 110 olsada,

Hz. Mehdinin çıxış əlamətlərinə işarə edən 23 illik dövrdə 1685 zəlzələ qeydə alınmışdır.

(AĞIL Geological Survey National Earthquake Information Center, “Earthquake Facts and Statistics”, 2000, http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.html http://wwwneic.cr.usgs.gov/neis/bulletin/1999_stats.html)

Misir Məliyinin Öldürülməsi (1981)

“Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək…” (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 49)

Misirin yaxın tarixi araşdırıldığında hədisdə də qeyd edildiyi kimi, bir “məliyin” öldürüldüyü göstərilmişdir: 1970-ci ildə Misirin hökümdarı olan və 11 il iqtidarda qalan Enver Sədat.

Enver Sədat 1981-ci ildə  rəsmi yürüş əsnasında müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

Ramazan Ayında Günəş və Ay Tutulmaları (1981-1982)

“Hz. Mehdi üçün 2 əlamət vardır ki… Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın; ikincisi də, Ramazanın ortasında Günəşin tutulmasıdır.”

(əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”

(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)

“Ramazanda iki dəfə tutulma olacaq…”

(əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 49-53)

Hədislərdə diqqəti çəkən ən mühüm məsələ Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay içində “Ay”ın və “Günəş”in iki dəfə tutulmasının baş verməsidir. Bu hadisənin müəyyən dövrə uyğun gəlməsi normal vəziyyətdə reallaşmayacaq bir haldır.

Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqlərin olduğu diqqəti cəlb edir. Belə vəziyyətdə, eyni hadisəyə işarə edən fərqli rəvayətlərin ortaq nöqtələrini təsbit etmək lazımdır. Buna əsasən, hədis rəvayətlərindən çıxan ortaq nəticələr bunlardır:

1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

2. Bu tutulmalar ortalama 14-15 gün ara ilə olacaq.

3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.

Buna uyğun olaraq, 1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günün  də isə Günəş tutulmuşdur.

1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan Ayının 14-cü günü Ay, 28-ci günün də isə Günəş tutulmuşdur.

Bundan başqa bu hadisədə “Ay”ın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulmasına diqqət çəkilir .

Bu hadisələrin Hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində, dalba-dal iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin bu hadisələr ola biləcəyini təsdiqləyir.

Şam Məliyinin Öldürülməsi (1982)

“Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək…”

(əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 49)

Şam sözü, yalnız Suriyadakı Şam şəhəri üçün istifadə edilmir. Şam, Ərəb dilində  “sol” mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində yerləşən ölkələri göstərir. Şam bölgəsi idarəçilərindən də sui-qəsdə uğrayan bir çox insan olmuşdur.

Quyruqlu ulduzun görsənməsi (1986)

“Hz. Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq.” (Qiyamət Əlamətləri, s. 200)

“O gəlmədən əvvəl, şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək.” (əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)

“O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq.”

(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 32)

Hədislərdə göstərildiyi kimi:

1986-cı ildə (hicri 1406 cı-ildə) yəni 14-cü əsrin əvvəllərində “Halley” quyruqlu ulduzu Yer kürəsinin  yanından keçmişdir. Bu quyruqlu ulduz parlaq, işıqlı bir ulduzdur.

Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.

1981 və 1982-ci (1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.

Bu ulduzun doğuşu digər əlamətlər ilə eyni zamanda meydana gəlmişdir və Halley kometasının hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.

Tozlu Dumanlı Fitnə olacaq (2001)

“Tozlu dumalı, qaranlıq bir fitnə görsənəcək,

bunu digərləri izləyəcək…” (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 26)

Bu hədisdə  Hz. Mehdinin çıxışından əvvəl, tozlu və dumanlı, qaranlıq bir fitnənin olacağından danışılır. Fitnə, “insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən azdıracaq şey, müharibə, qarışıqlıq, ixtilaf, savaş” kimi mənalar verən sözdür. Hədisdə, bu fitnədən sonra toz və duman olacağı göstərilir. Həmçinin bu fitnənin “qaranlıq” olaraq xarakterizə edilməsi, haradan gəldiyi bilinməyən, gözlənilməz bir hadisə olduğuna işarə edilir. Bir tərəfdən  baxıdıqda  hədisin, 11 Sentyabr 2000-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının New York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə edir. Televiziya ekranlarında və qəzetlərdə də qeyd edildiyi  kimi, bu iki böyük terror hadisəsindən sonra böyük bir toz buludu və dumanı ətrafı bürümüşdü. Partlayışlar nəticəsində çökən binalar isə, daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanların üzərləri tamamilə bu tozla örtülmüşdür. Bu hadisə, hədisdə xəbər verilən və Hz. Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən “tozlu duman, qaranlıq fitnə” ola bilər. (Ən doğrusunu Allah bilir.)

Bağdadın Alovlar içində Yox olması ( 2003)

“Axır zamanda Bağdad alovlar içində yox olar…” (Risalət-ül Huruc-ül Hz. Mehdi, Dəri 3, sf. 177)

2003-cü il İraq Müharibəsində, müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi alovlar nəticəsində yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görüntüləri, yuxarıdakı hədisdə diqqət çəkilən “alovlar içində yox olar” izahı ilə tam uyğundur. Bu da axır zamanda olan  açıq əlamətlərdən biridir.

İraq Xalqı Üç Təriqətə Bölünər (2003)

İraq xalqı üç təriqətə ayrılar. Bir qisimi soyğunçulara qatılar. Bir qisimi ailələrini buraxıb qaçar. Bir qisimi döyüşər və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın.”

(Fera İdu Fevaidi’l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)

Axır zaman əlamətlərindən biri də İraq xalqının üç yerə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qoşulacaq. Müharibədən sonra İraqda böyük yağmalanma hadisələri olmuşdur. Həqiqətən də xalqın bir qismi, oğurluq, qəsb, yağmalanma kimi soyğunçuluq edən qruplara daxil olmuşdur.

Hədisdə xalqın bir hissəsinin isə, olduqları yerdən qaçmağa cəhd edəcəkləri, hətta ailələrini belə yada salmayacaqları xəbər verilmişdir. Qəzetlərdə bu barədə xəbərlər diqqəti cəlb edir.

Hədisdə xalqın bir hissəsinin isə, müharibədə iştirak edəcəyini və öldürüləcəyi bildirilmişdir. İraq müharibəsində də, bir çox insan müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda iştirak etmiş və həyatını itirmişdir.

Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, “İraqın üç yerə ayrılması” məsələsi fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra da, İraq coğrafi olaraq üç hissəyə ayrılmışdır. 32 və 36-cı paralelin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq bilinən bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi məqamlardan biri ola bilər. (Ən doğrusunu Allah bilir.)

İraq və Şama Embarqo qoyuluşu(2003)

Əbu Nadre (r.ə.) dedi ki; Cabirin (r.a.) yanında idik, belə dedi: “Elə bir zaman yaxınlaşır ki, İraq əhalisində bir kafiz (ölçək), bir dirhəm (bir ağırlıq ölçüsüdür) sövq olmayacaq”. Dedik ki: “Bu kimdən ötəri olar.” Dedi ki: “Acemler (‘Ərəb olmayanlar) bunu məhrum’ edərlər.” Sonra dedi: “Şam əhalisində bir dayanar, bir müdy (gilə, bir ölçü vahididir) sövq olmayacaq”. “Bu kimdən ötəri olar” dedik. “Rumlardan ötəri” dedi. (et/ət-Tac, Əli Nasıf əl-Hüseyni)

İraq və Şama embarqo qoyulması qiyamətdən əvvəl yaşanan hadisələrdən, yəni, Hz. Mehdinin çıxış əlamətlərindən biridir. Hədisdə xəbər verildiyi kimi, İraqa on ildən çoxdur ki, embarqo qoyulub. Bununla yanaşı, Suriyaya da embarqo qoyulması  ehtimalı tez-tez gündəmə gəlir.

İraq Xalqı Şama və Şimala Qaçır (2003)

“Günahsız və təmiz İraq xalqı Şama qaçar.” (Risalət-ül Huruc-ül Hz. Mehdi, s. 210)

2003-cü ildə İraq Müharibəsi başlamamışdan  əvvəl on minlərlə İraqlının, Suriya başda olmaq üzrə müxtəlif ölkələrə köçmələri bu hədisdəki hadisələrlə uyğun gəlir. Bu mövzu ilə əlaqədar  müxtəlif xəbərlərə mediada yer verilmişdir.

İraqlıların Pulu Qalmayacaq (2003)

“İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri  pul  olmayacaq.” (Kenzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, c. 5, s. 45)

Axır zaman və dolayısı ilə Hz. Mehdinin çıxış əlamətlərindən biri də, İraqlıların pulunun dəyərinin itirməsidir. Bu hədis iki ayrı hissələrə işarə edə bilər.

Bunlardan birincisi, İran-İraq və Körfəz müharibəsindən sonra İraqda meydana gələn iqtisadi böhran ola bilər. Müharibədən böyük ziyan  çəkən İraq iqtisadiyyatı, müharibədən sonra da davam edən embarqolar səbəbindən  dirçələ bilməmişdir.

Ordunun İtməsi (2003)

“Hz. Mehdinin beş əlaməti olacaq. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (çağırış, nərə), Bəydədə bir ordunun batışı və “Hz. Mehdinin beş əlaməti tapılar. Bunlar Süfyani, Yeməni, səmadan bir sayha (çağırış, nərə), Bəydədə bir ordunun batışı və günahsız insanların öldürülməsidir”. (Naim Min Hammad)

“…Üzərlərinə bir ordu göndəriləcək. Bunlar  səhrada olarkən yerə batırılacaqlar.” (Müslimdən; Gələcəyin Tarixi 4, s. 31)

“Bir ordu döyüş üçün gəlir, səhraya daxil olduqlarında əvvəldə və sonda olanlar batar, ortadakılar da xilas olmaz.” (Hənbəl, Tirmizi, İbni Macə, Əbu Davuddan; Gələcəyin Tarixi 4, s. 30)

2003-cü ildə baş verən İraq Müharibəsi əsnasında İraq ordusunun böyük bir hissəsinin birdən-birə yoxa çıxması  müharibənin ən diqqəti cəlb edən hadisələrindən biri olmuşdur. Bir çox qəzet və televiziyada, “Respublika Mühafizəkarları” kimi tanınan təxminən 60.000 nəfərdən ibarət ordunun və “fədailər” kimi tanınan təxminən 15.000 İraqlı əsgərin itməsi xəbəri verilmişdir. Hədislərdə göstərilən  Hz. İsanın və Hz. Mehdinin çıxış əlamətlərinidən biri olan “bir ordunun batması” hadisəsinin reallaşmış olmasıdır. (Ən doğrusunu Allah bilir.) Həmçinin son  günlərdə  döyüş təyyarələrinin bir qisminin səhra qumları altından tapılması, hədisdə bəhs edilən səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını bir daha təsdiq edir.

İraqın Yenidən Qurulması (2003)

“…İraqa hücum olmasa qiyamət qopmayacaq. Və İraqdakı günahsız insanlar Şama doğru sığınma yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular.” (Kenzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, c. 5, s. 254)

Hədisdə İraqın yenidən tikiləcəyinə diqqət çəkilmişdir. Əvvəl İran-İraq Müharibəsi, daha sonra Körfəz Müharibəsi, son olaraq da 2003-cü ildə İraq Müharibəsindən sonra, İraqda bir çox şəhər yerlə yeksan olmuşdur. Bu müharibələrdən sonra  xarabaya çevrilən İraqın yenidən tikilməsi məcburiyyəti yaranmışdır. Buna kütləvi informasiya vasitələrində geniş yer verilmişdir.

Şam, İraq və Ərəbistanda Qarışıqlığın Meydana Gəlməsi (2003)

Rəsulullah (səv) belə buyurmuşdur: “…Elə bəla və müsibətlər olacaq ki, heç bir kimsə, sığına biləcəyi bir mövqe tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdə rədd etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq.” (Kenzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, c. 5, s. 38-39)

Şərqdə  Tsunami (2004)

“On əlamət görülmədən qiyamət qopmayacaq; … Biri şərqdə, biri qərbdə, bir başqası da Ərəb Yarımadasında meydana gələcək yerə batma hadisəsi…” (Müslim, Fiten, 39)

Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi qiyamət əlamətlərindən bir də, “şərqdə meydana gələn yerə batma” hadisəsidir.

Bu əlamət, böyük quru parçasının ya da insan kütləsinin məhv olması, yer üzündən silinməsi ola bilər. (Ən doğrusunu Allah bilir.) 2004-cü ilin son ayında Cənubi Asiyada reallaşan böyük tsunami fəlakəti bu əlamətlə çox bənzəyir. Bu səbəbdən Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi “şərqdəki yerə batış” əlaməti, bu böyük tsunami fəlakətinə işarə edir. (Heç şübhəsiz ən doğrusunu Rəbbimiz bilir.)

Tarix boyunca Asiyada, Uzaq şərqdə müxtəlif fəlakətlər, zəlzələlər və qasırğalar olmuşdur. Bu fəlakətlərdə çox böyük uçqunlar reallaşmış, çox sayda insan həyatını itirmişdir. Ancaq 26 dekabr 2004-cü ildə Cənub Asiyada reallaşan və 400 minə  yaxın insanın ölümü ilə nəticələnən tsunami, bu fəlakətlərin ən böyüyü olmuşdur. Bu böyük fəlakət əsnasında, yerin altındakı böyük lövhələrin hərəkəti nəticəsndə yaranan 1000 kvadrat kilometrlik qırılmalar və qitələrin yer dəyişdirməsinin yaratdığı böyük enerji, okeanlarda meydana gələn çox böyük enerji ilə birləşib, Cənubi Asiya ölkələrindən İndoneziya, Sri Lanka, Hindistan, Malaziya, Tayland, Bangladeş, Myanmar, Maldiv Adaları və Seyşel Adalarını hətta 5 min km uzaqlıqdakı Afrika ölkəsi olan Somali sahillərinə də çatmışdır.

Bu tsunami fəlakəti, çox geniş sahəyə təsir etmiş, şəhərlərin dəniz sularının altında qalıb yox olmasına, dünya xəritəsinin dəyişməsinə səbəb olmuşdur. Buna görə də “şərqdəki yerə batış” ifadəsi ilə Cənub Asiyada reallaşmış bu fəlakətə işarə edə bilər. (Ən doğrusunu Allah bilir.)

Qərbdə  Katrina Qasırğası (2005)

“On əlamət olmadan qiyamət qopmayacaq; … Biri şərqdə, biri qərbdə, bir başqası da Ərəb Yarımadasında  “On “On əlamət olmadan qiyamət qopmayacaq; … Biri şərqdə, biri qərbdə, bir başqası isə Ərəb Yarımadasında meydana gələn yerə batma hadisəsi…” (Müslim, Fiten, 39)

ABŞ-ın Meksika Körfəzində yaranan Katrina Qasırğasının meydana gətirdiyi böyük dağıntılar, Hz. Məhəmmədin (s.ə.v) xəbər verdiyi bir başqa qiyamət əlamətini, “Qərbdəki Yerə Batmanı”ı xatırladır.

Peyğəmbərimizin (s.ə.v) axır zamanda meydana gələcəyini bildirdiyi bu “yerə batmanın”, tarixdəki oxşar hadisələrdən fərqi, onun daha böyük, daha təsirli olmasıdır. Katrina Qasırğası  keçmişdəki oxşarlarından  daha  çox ziyan vurmuşdur.

“İnsanlara ölüm çatanda və  evlər məzar olduğunda halın necə olar.” (ölüm-qiyamət-Axirət və Axır zaman Əlamətləri, s. 392, nömrə. 726)

New Orleans Şəhərinin Yerə Batması

Katrina Qasırğası bir çox şəhərə böyük ziyan vurmaqla yanaşı, New Orleansı yaşana bilməyəcək hala gətirmişdir. ABŞ-ın turizm və mədəniyyət mərkəzlərindən biri olaraq qəbul edilən New Orleansın 80 faizi su altında qaldı. Bəzi yerlərdə suyun yüksəkliyi 6 metrə çatdı. Bu səbəbdən New Orleans suların altına qalaraq, sanki yoxa çıxdı. Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi “Şərqdəki yerə batma” əlaməti İndoneziyada yaşanan tsunami fəlakətinə bir işarə ola biləcəyi kimi, “Qərbdəki yerə batma” hadisəsi də New Orleans şəhərinin yoxa çıxmasına bir işarə ola bilər. Heç şübhəsiz ən doğrusunu Allah bilir.

Böyük və Heyrətləndirici Hadisələrin Olması

“Onun zamanında böyük hadisələr baş verəcək.” (əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)

“Onun zamanında çoxlu heyrətləndirici hallar zühur edəcək.” (Məktubatı Rəbbani, 2/258)

“Onun zühur mebdeleri və müqəddimələri (çıxış əlamətləri) Rəsulullahın (s.ə.v) irhasatına (peyğəmbərliyinə dəlil olan əlamətlərə) bənzər.” (Məktubatı Rəbbani, 2/258)

Hz. Məhəmməd (s.ə.v) anadan olmamışdan  əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmiş, doğulduğu gecə yeni ulduz doğulmuş, atəşpərəst olan İran Padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1000 ildir yanan Atəşpərəst alovu sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu…

Rəvayətlərdə işarə edildiyi kimi, Hz. Mehdinin ortaya çıxması da, Peyğəmbərimizin (s.ə.v) doğulmasına bənzəyəcək. Onun çıxışı zamanı böyük və möcüzəvi hadisələr olacaq.

1979. 2500 illik İran şahlığı dağıldı və İran Şahı Rıza Pəhləvi öldü.

1980.   1980-ci ilin əvvəllərində ilk AIDS xəstəliyi təsbit edildi. Bu ana qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin Vəbası” adı verildi. AIDS 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi sərbəstliyi gətirmiş “Seks İnqilabı”nı sona çatdırdı.

1985.   Şimali Kolumbiyadakı Nevada Deş Ruiz yanardağı 400 ildə ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq Armero şəhərini xəritədən sildi. 20.000 insan həlak oldu.

1989.   Soyuq Müharibənin simvolu olan Berlin Divarı tikilməsindən 28 il sonra söküldü.

1990.   Sovetlər Birliyi dağıldı və Gorbaçovla birlikdə Müstəqil Dövlətlər yarandı.

1991.   İraqın Küveyti ilhak etməsindən sonra illər boyu davam edən Körfəz Müharibəsi başladı.

1993.   Avropanın mərkəzində olan Bosniya və Hersoqovinadakı qırğında yüz minlərlə müsəlman öldürüldü və yurdlarından çıxarıldı.

2003.   60.000  ildən bir meydana gələn hadisə baş verdi. Mars planeti Yer Kürəsinə ən yaxın mövqeyə gəldi.

Dünyanın ən quraq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 adam həyatını itirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma