Darvinistlər İnsanlara ”Məsuliyyətsizlik” Təlqini Verirlər


Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığına olan inancdan uzaqlaşdırmaq və insana maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda əsas məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu “təkamül keçirən heyvandan” başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki, məsuliyyətsizlik hissi ancaq Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan çatacaqlarına inanıb yanılırlar. Bütün həyatları boyu elə davranırlar ki, sanki Allaha qarşı heç bir məsuliyyətləri yoxdur.

Allaha ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqin etdiyi pisliklərdən çəkinmək və daima gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşacaqlarına və rahatlayacaqlarına inanırlar. Lakin rahatlıq kimi düşündükləri bu sistem əksinə, böyük sıxıntı mənbəyidir. Gözəl əxlaqdan uzaqlaşaraq rahat olacağını düşünən insan gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda daima sıxıntı içində yaşayar. Eqoist olanda güclü olacağını, ədalətsiz davrananda mənfəət əldə edəcəyini zənn edən şəxs hər zaman bu çirkin əməllərinin verdiyi əzabı yaşayır. Pis əxlaqı özünə zərər vurur. Heç kimin heç kimi sevmədiyi, heç kim üçün fədakarlıq etmədiyi, vəfa göstərmədiyi, qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömrünü hədər edir. Qısaca desək, darvinistlərin verdiyi məsuliyyətsizlik təlqini bəzi şəxslərin zənn etdiyi kimi onların həyatını asanlaşdırmır əksinə, çətinləşdirir, çirkinləşdirir, maddi və mənəvi cəhətdən onlara əzab verən vəziyyətə çevrilir. Belə ki, bu gün bir çox Qərb ölkəsinin yaşadığı sosial böhranı fikirləşəndə bu həqiqət daha da aydınlaşır.

Bütün bunlara baxmayaraq düşünməkdən qaçan bəzi insanlar Darvinizmə inanmağa daha meylli olurlar. Çünki, bu insanlar bəzən həyatlarının “adiləşdiyini”  düşünərək rahatlamaq istəyirlər. Çox insana heyvandan törəyən məsuliyyətsiz varlıq olduğunu düşünmək təhlükəli gəlmir. Darvinizm də elə bunun üçün lazım olanı edir, insanları həşərat və ya milçək ilə bərabər tutur.

Təkamülçü paleontoloq Stephen Jay Gould bu fikri belə izah edir:

“İnsan, həyatın nəhəng cəngəlliyindən çıxmış, təsadüflərlə dolu kiçik bir sürgünü təmsil edir sadəcə”.

Ateist Richard Dawkinsin də dəstəklədiyi, müxtəlif ölkələrdə olan avtobus afişaları sözügedən çirkin təbliğata çox açıq bir misaldır. Dawkinsin də dəstəklədiyi bu afişaları ateizmi təbliğ edir və beləliklə, insanlara “məsuliyyətsiz yaşamağın ləzzətini hiss etmələrini” məsləhət görür. Çox dərin düşünməyən insan bu çağırışı həqiqi hesab edir və sözügedən darvinist təlqin çox sürətlə yayılır. Hər şey o qədər bəsit izah edilir ki, insan necə böyük yalanın içinə düşdüyünü, necə aldadıldığını heç hiss etmir.

Lakin bu afişalar böyük bir saxtakarlıqdan və yalandan ibarətdir. İnsan iman gətirməsə də, Allahın uca varlığının dəlillərini daima görür, istəsə də, istəməsə də, Allahın yaratdığı qədəri yaşayır. İman dəlilləri həqiqətən görən və düşünən insanlar üçün hər yerdədir. İnsan yalnız iman və Allah sevgisi ilə xoşbəxt ola bilər, yaşadıqlarından zövq alar. Dünyadakı gözəllikləri insana nemət kimi verən Allah, əlbəttə, Onu daha çox sevənə və Ona daha yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü hiss etdirəcəkdir. İnkar edənlər neməti də, zövqü də verənin Allah olduğunu unutduqları üçün məsuliyyətsiz yaşadıqca və həddi aşdıqca xoşbəxt olacaqlarını düşünürlər. Lakin Allahdan xəbərsiz, həddi aşaraq və məsuliyyətsiz yaşamaq onlara həmişə zülm, sıxıntı və məhv gətirmişdir. Nemətlər bəlaya çevrilmiş, zövqlər uğursuzluqla nəticələnmişdir. Bu insanlar Allaha yaxın olmağın, Allaha iman gətirməyin gözəlliklərini düşünmədiklərinə, nemətlərin hamısını Allahın verdiyini qavramadıqlarına görə bu cür saxta təbliğat metodlarının uğurlu olacağını zənn edirlər. Lakin nə özləri gözəl və rahat həyat yaşayırlar, nə də ətraflarındakı insanlara təsir edə bilirlər (Dawkinsin müdafiə etdiyi ateist tərəfdarı avtobus afişalarına bir çox ölkə mənfi reaksiya vermiş, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq mənfi qarşılandığına görə avtobus sürücüləri boykot etmiş, avtobus şirkətləri bu afişalardan istifadə etməməyə qərar vermiş, xalq sözügedən afişaları cırmışdır. Bunun nəticəsində bir çox yerdə həmin afişalar qadağan edilmişdir).

Bu təlqin təhsil müəssisələrində də geniş şəkildə aparılır. Orta məktəb fənni olan “Biologiya” (Biology) şagirdlərə “həyatın təbiətini” öyrədərkən bu fikri yadda saxlamağı onlara öyrədir: “Təkamül təsadüfidir və dizayn edilməmişdir”. Universitet dərsi “Həyat: Biologiya Elmi” (Life: The Science of Biology) kitablarını oxuyan tələbələr isə bu cümlə ilə qarşılaşırlar: “Darvinist dünyagörüşü sadəcə təkamül proseslərini qəbul etmək deyil, eyni zamanda təkamül əsaslı dəyişikliyin məqsəd və ya vəziyyətlə əlaqədar olaraq nizamlanmadığını da qəbul etməkdir”. İnsanın təsadüfən, kor, şüursuz təsadüflərin nəticəsində əmələ gəldiyi yalanını öyrədən təhsil sistemi, şübhəsiz ki, beyinləri anarxiya, qarşıdurma, qırğın, zülm, mərhəmətsizlik, eqoistlik kimi zərərli düşüncələrlə doldurur və bu gəncləri sonradan istədikləri kimi yönləndirə bilirlər. Məsələn, Douglas Futuymanın “Evolutionary Biology” adlı dərsliyin tələbələrə öyrətdiyi yalan budur:

“Darvinin kor, məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər nəzəriyyəsi “nə üçün” ilə başlayan demək olar ki, bütün suallara inqilabi cavab verir. Müxtəlif orqanizmlərin var olmalarının və sahib olduqları xüsusiyyətlərinin bu cür tamamilə mexaniki, materialist izahının dərin və  narahatlıq verən mənası budur ki,  insanın davranışından başqa təbiətin hər hansı bir yerində dizayn, məqsəd və ya hədəf olduğuna dair dəlilə rast gəlmədik, buna heç ehtiyacımız da yoxdur”.

Futuyma heç bir elmi əsası olmayan izahına belə davam edir: “İlk olaraq Darvinin təkamül nəzəriyyəsi, onun ardınca Marksın materialist tarix və cəmiyyət anlayışı (qeyri-kafi və səhv olsa da) və Freudun insan davranışı ilə əlaqələndirmələri çox əvvəldən onsuzda Qərb düşüncəsini əhatə edən mexanisizmə və materializmə əsas vermişdir”.

Lakin bütün bunlar böyük bir yalandır.

İnsan hər şeyi bəsit və şüursuz şəkildə qavrayaraq məsuliyyətindən yaxa qurtara bilməz. Məsuliyyətdən yaxa qurtarmaq hissi də insanlara rahatlıq verib xoşbəxt etməz. İnsan bu hissdən uzaqlaşanda birdən-birə dünya zövqlərinə sahib olmayacaq, bütün dərdlərindən xilas olmayacaq. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etmək istəmədikləri vacib bir həqiqət var: Hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allahdır. Ona görə insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verən də Allahdır. Allah istəsə, bütün nemətlər, bolluq və rifah içində olan bir insana ən böyük bədbəxtlikləri və əzabları yaşada bilər. İnsan bütün zövqləri acgözlüklə yaşamaq üçün nə qədər cəhd etsə də, ona zövqü və xoşbəxtliyi verən yalnız Allahdır. Elə ateistlərin və darvinistlərin ən böyük səhvi də bu həqiqətdən qafil olmalarıdır.

Məsuliyyətsiz olduğunu düşünən insan hamı kimi daima sevgi, rahatlıq və etibar axtarışındadır. Amma özü kimi düşünən insanlardan ibarət cəmiyyət içində bunların heç birinə sahib ola bilmir. Məsuliyyətsiz insan həyatı boyu bir gün mütləq öləcəyini unutmağa çalışır. Lakin əslində daima ölümlə üz-üzədir. Ətrafındakıların ölümünü seyr edir, xəstəliklərə, qəzalara daima şahid olur. Hətta bir həşəratın ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaqdır. Ölümü nə qədər inkar etməyə çalışsa da, ölüm qorxusu bütün bədənini axır-əvvəl bürüyəcək. Ətrafında ölən və onun inancına əsasən yox olub gedən insanlar üçün üzülür. Öz bədəninin keçən zamana üstün gəlmədiyini, daima ölümə yaxınlaşdığını inkar etməməyə başlayır. Ölümü rədd etmək ona rahatlıq deyil, tam əksinə, qorxu,  narahatlıq və sıxıntı gətirir.

Məsuliyyətsiz yaşamaq insana əslində bütün sıxıntı və çətinliklərin qapısını açır. Hər şeyin Allahın nəzarətində olduğunu qavramayan bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu qavramayan bir insan bütün həyatında bir yerdən qazanc əldə etmək həvəsində olur və demək olar ki, bütün həyatı bu yolda hədər olur. Allahın axirətdə insan üçün gözəlliklərlə dolu tayı-bərabəri olmayan həyat yaratdığını bilməyən bir insan daima öz inandığı sistem içində əsl sevginin, əsl dostluğun, əsl vəfanın yaşanmasını gözləyir. Lakin əsl sevgiyə bu dünyada ancaq Allah üçün yaşadığı təqdirdə malik olacaq. Allah üçün yaşamadığı müddət ərzində heç vaxt bu istəyinə çatmaz. Əsl sevgi və vəfanı əldə etmədən ömrünün sürətlə keçdiyini başa düşər. Geriyə dönüş isə yoxdur. Gələcəyi dəhşətli qorxu ilə gözləyər.

Öz inancına görə ancaq bu dünyada bir neçə il ömrü var. Axirətə inanmadığına görə bir neçə ildən sonra “yox olacağını” düşünür. Yox olacağını bilə-bilə bir neçə il ərzində dünyada yaşamaq insana necə xoşbəxtlik, zövq və rahatlıq verə bilər ki? Əlbəttə, verməz. Elə buna görə də heç bir ateist iddia etdiyi kimi həyatdan zövq almır, gələcəkdə özünü nələrin gözlədiyini ancaq narahatlıq və qorxu içində gözləyir.

Belə insan həyatı başa çatanda bütün həyatının nəticəsiz qalan boş istəklərlə keçdiyini başa düşəcək. Məsuliyyətsizliyin insana gətirdiyi ancaq bunlardır. Əgər insan axirəti istəmirsə, nəzarətsiz və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələri ilə də gec və ya tez qarşılaşacaq. Belə ki, intiharlar, davalar, müharibələr, cinayətlər, qırğınlar, oğurluq, təcavüz və pozğunluqlar bu məsuliyyətsiz həyatın nəticəsidir.

Lakin Allah “Məgər insan elə güman edir ki, o, başlı-başına (nəzarətsiz) buraxılacaq?!” (Qiyamət surəsi, 36), ayəsində bildirdiyi kimi insanı məsuliyyətsiz yaratmamışdır. İnsana rahatladacaq, onu doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı hiss etməməyə yönəldəcək şey yalnız Allah qorxusu və Allah sevgisidir. Allahdan qorxan insan Allaha hesab verəcəyini bildiyi üçün vicdanına qarşı çıxmadan yaşayır. Allahdan qorxan  insan başqasına zərər verməz, pis əxlaqlı olmaz, insanları təsadüfi varlıqlar kimi qəbul etməz. Allaha güvənən insan onu yaradanın, yaşadanın, ona ruzi verənin, sağlamlıq və güc verənin Allah olduğunu və bunları ancaq Allahdan istəyəcəyini bilir. Allahdan qorxan insan Allahın yaratdığı xeyirli qədərə tabe olduğunu, bu dünyada ancaq imtahan edildiyini, əsl həyatın axirətdə Allahın verəcəyi sonsuz və gözəl həyat olduğunu bilir. Elə buna görə bu dünyada daima çalışır. Allah qarşısında məsuliyyət daşıdığını, Allaha hesab verəcəyini, Allahın onu nəzarətsiz və məsuliyyətsiz yaratmadığını bilir.

Nemətlər onun üçün sevinc vəsiləsidir, nemətlərin haqqını verən, onlardan zövq alan da ancaq iman gətirənlərdir. İnsanlar zövqlərin hamısını məhdudiyyətsiz yaşadıqda razı qalacaqlarını hesab edirlər. Ancaq bu insanı nemətlərdən bezdirir, hətta iyrənmə dərəcəsinə gətirir. Zövq almağı gözlədiyi gözəlliklər insan üçün bir anda bəlaya, narahatlığa çevrilir. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqadır. Bunu yaşayan insanın aldığı zövq qeyri-adidir və bu şüurla yaşamağın əvəzi, Allahın istəyi ilə, dünyada və axirətdə gözəl həyatdır. Allah ayələrində belə bildirir:

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! (Yunus surəsi, 62-64)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma