Hz. İsa Necə tanınacaq? -2- (Hz. İsanın fəaliyyətləri)


Yaşadığımız axır zaman bütün iman sahibləri üçün çox müqəddəs və müjdəli bir dövrdür. Çünki, Rəbbimizin ayələrində və Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində iki min ildən sonra, axır zamanda Hz. İsanın yenidən dünyaya göndəriləcəyi xəbər verilmişdir. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində onu tanınmağımıza kömək edəcək əlamətlərdən biri də fəaliyyətləri olacaq. Hz. İsa təkrarlanmağı qeyri-mümkün olan fəaliyyətləri yerinə yetirərək Allahın icazəsi ilə Hz. Mehdi ilə birlikdə dünyada “Qızıl dövrün” yaşanmağına vəsilə olacaq.

Hz. İsa doğumu və göstərdiyi möcüzələri ilə müqəddəs bir peyğəmbərdir. Allah Hz. İsa üçün xüsusi bir qismət yazmış və bununla da inkar edənlərin Hz. İsanı öldürmək üçün qurduqları tələni pozmuşdur. Quranda açıq şəkildə bildirildiyi kimi inkar edənlər, “…İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı.”(Nisa surəsi, 157). Allah Hz. İsanı Öz Dərgahına yüksəltmişdir və Hz. İsa ikinci dəfə dünyaya gələcək. Ancaq Hz. İsa dünyaya ikinci dəfə gələndə aşağıda da açıqlayacağımız kimi əvvəllər çox az adam tərəfindən tanınacaq və camaatı az adamdan ibarət olacaq.

Hz. İsa əvvəllər çox az adam tərəfindən tanınacaq

Həm xristianlarda, həm də müsəlmanlarda Hz. İsanın ikinci dəfə gəlişi ilə əlaqədar bəzi səhv məlumatlar, əks fəaliyyətlər və təbliğatlar nəticəsində Hz. İsa dünyaya gələndə onu  tanıyan insanların sayı çox az olacaq. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi axır zamanda baş verəcək bu hadisə haqqında belə xəbər vermişdir:

“Həzrəti İsa Əleyhissalam gəldiyi vaxt hamının onun həqiqi İsa olduğunu bilməyi lazım deyil. Onun mukərrəb və havassı (dərin imanlı yaxın tələbələri) nuru-iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bədahət dərəcəsində (birdən-birə və açıq-aşkar) hər kəs onu tanımayacaq.” (Məktubat, s. 60)

Bədiüzzaman bir başqa sözündə isə Hz. İsanın insanların əksəriyyəti tərəfindən tanınmayacağını belə açıqlamışdır:

“Hətta Həzrəti İsa Əleyhissalamın nüzulu (enişi) və İsa Əleyhissalam olduğu nuru-imanın (iman işığının) diqqəti ilə bilinər. Hər kəs bilə bilməz.” (Şüalar, s. 487)

Bədiüzzamanın bu sözünə görə Hz. İsa dünyaya yeni gəldiyi vaxtlarda Hz. İsa olduğu bilinməyəcək, çox sonralar bilinəcək. Tələbələri də onu ancaq imanın nuru ilə tanıya biləcəklər. Başqa sözlə desək, hamı onun Hz. İsa olduğunu bilməyəcək.

Hətta əksinə, insanların böyük əksəriyyəti Dəccalın cəmiyyətdə müxtəlif yollarla apardığı təlqin və təbliğat nəticəsində ona düşmən olacaq və onu təsirsiz hala gətirə bilmək üçün mübarizə aparacaqlar.

Hz. İsanın camaatının sayı çox az olacaq

Quranda Hz. İsanın dünyaya ilk gəlişində ona tabe olanların sayının çox az olduğuna işarə edilmişdir. Rəvayətlərdə də xəbər verildiyinə görə Hz. İsaya çox az həvari inanmış və cəmiyyətdən bu mübarək peyğəmbərə inanan az insan olmuşdu. Bu hadisə Quranda belə xəbər verilmişdir:

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar. (Saff surəsi, 14)

Dünyaya ikinci dəfə gəlişinin ilk vaxtlarında Hz. İsaya inanıb, onu dəstəkləyənlərin sayı yenə çox az olacaq. Bədiüzzaman bu hadisə haqqında belə xəbər vermişdir:

“…Dəccalın fövqəladə böyük və minarədən daha yüksək əzəməti-heykəldə və Həzrəti İsa Əleyhissalam ona nisbətən çox kiçik olduğunu göstərir. Bunun bir şərhi də budur ki, İsa Əleyhissalamı nuru-iman (imanın işığı) ilə tanıyan və tabe olan camaatı-ruhaniyəsi mücahidinin (ruhani mücahidlər camaatının) kəmiyyəti (sayı) Dəccalın məktəbi tərəfindən və əsgəri tərəfindən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir (məqsədindədir).” (Şüalar, s. 495)

Başqa sözündə Bədiüzzaman belə söyləyir:

“Həzrəti İsa (ə) Dəccal ilə mübarizəsində on arşın yuxarıya atlayıb sonra qılıncı onun dizinə yetişdirə biləcək dərəcəsində bədən cəhətdəndən o dərəcə Dəccalın heykəli Həzrəti İsadan böyükdür.” deyə tərcüməsində rəvayət var. Deməli, Dəccal Həzrəti İsa Əleyhissalamdan on, bəlkə iyirmi misli yüksək qamətli (boylu) olmalıdır…

Birinci Cəhət: Dini İsəvinin həqiqətini (Xristianlığın həqiqətini) əsas tutan İsəvi ruhanilərin camaatı və onlara qarşı dinsizliyi tərvicə (qəbul etdirib etibarlı etməyə) başlayan camaat təcəssüm etsələr (maddələşib cisim halına gəlsələr) bir minarə yüksəkliyində bir insanın yanında bir uşaq qədər də ola bilməzlər.” (Kastamonu Lahiqəsi, s. 75)

Bədiüzzaman bu sözlərində Dəccalın sahib olacağı maddi və mənəvi güc kimi ətrafındakı insanların sayının da çox olacağını, Hz. İsanın isə Dəccala nisbətən çox az sayda adama sahib olacağını demişdir.

Hz. İsanın insanların əksəriyyəti tərəfindən tanına bilməməsində Dəccalın sahib olduğu bu geniş kütlə və geniş imkanlarla aparacağı təbliğatın böyük təsiri olacaq. (Ən doğrusunu Allah bilir).

Hz. Mehdinin ortaya çıxması Hz. İsanın gəlişinin xəbərçisi olacaq

Hz. İsanın ikinci dəfə gəlişinin bir əlaməti olan əhəmiyyətli hadisələrindən biri də axır zamanın digər müqəddəs şəxsi olan Hz. Mehdinin zühuru olacaq.

Bədiüzzaman əsərlərində də vurğuladığı kimi Hz. Mehdi üç mərhələdə vəzifəsini yerinə yetirəcək. Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi isə Allahın icazəsi ilə Hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirdiyi mərhələdə reallaşacaq. Bu dövrdə Hz. Mehdi Peyğəmbərimizin (s.ə.v.) xəlifəsi, yəni, İslam aləminin mənəvi lideri kimi dünyadakı bütün müsəlmanlar arasında İslam Birliyini təmin edəcək və lider olacaq. Hz. İsa gələndə Hz. Mehdinin bu vəziyyətində heç bir dəyişiklik olmayacaq. Hz. İsa da Hz. Mehdiyə kömək edəcək. Bu həqiqət bir hədisdə belə xəbər verilmişdir:

İmamları saleh bir insan olan Hz. Mehdi olduğu halda Qüdsə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün qabağa keçəndə baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmiştir. Hz. Mehdi Hz. İsanı önə keçirtmək üçün arxaya çəkiləcək. Hz. İsa onun çiyinlərinə əlini qoyub və ona deyəcək ki, “Keç önə namazını qıl. Çünki, qamət (fərz namazı qılmaq üçün oxunan azan, namaza başlamaq işarəsi) sənin üçün gətirilmişdir…” (Əbu Rəfidən rəvayət edilmişdir; İmam Şarani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyat, s. 495-496)

Hz. İsanın tanınmasına vəsilə olan işarələr

Yuxarıda da deyildiyi kimi Quran ayələrində Hz. İsanın dünyaya ikinci dəfə gəlişi müxtəlif şəkillərdə bizə bildirilir.

Peyğəmbər Əfəndimizin (s.ə.v.) “…Vallah, şübhəsiz ki, Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, həm də ədalətli bir hökmdar olaraq enəcək…” (Səhihi Müslim bi şərhin-Nəvəvi, cild 2, s. 192) hədisində olduğu kimi bir çox hədisdə və İslam alimlərinin şərhlərində Hz. İsa gələndə fəaliyyətləri və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Onun tanınmasına vəsilə olacaq əlamətləri bu şəkildə sadalaya bilərik :

1. Hz. İsa yeni bir din gətirməyəcək, İslamiyyətə tabe olacaq

Xristianlar da eynilə Müsəlmanlar kimi Hz. İsanın yenidən dünyaya gəlişini gözləyirlər. Ancaq Hz. İsa gələndə Xristianlarda olan bəzi səhv inancları və təhrif edilmiş batil məlumatları yox etdikdən sonra, bütün insanları Quranda bildirilən həqiqi din əxlaqına dəvət edəcək. Onun dövründə İsəvilik həqiqi din olan İslamiyyət ilə birləşəcək, mənəvi olaraq Xristianlıq İslamiyyətə çevriləcək.

Hz. İsanın xristiyanlara öz peyğəmbərləri haqda üç üqnum inancının səhv olduğunu, Allahdan başqa ilah olmadığını, kiminsə başqasının günahını yüklənməsinin mümkün olmadığını, haqq kitabın Qurani Kərim olduğunu izah etməsi Xristian dünyasında böyük təsir yaradacaq.

Hz. İsa ilə birlikdə insanlar cəm halda şirkdən və batil inanclardan xilas olacaq, Allahın icazəsi ilə birlikdə İslam əxlaqına yönələcəklər.

Peyğəmbərimizin (s.ə.v.) bu mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:

“(Hz. İsa) qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edib, vəfat edəcək.” (Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 92)

“Hz. İsa ümməti-Məhəmmədə peyğəmbər olaraq deyil, Şəriəti-Muhəmmədiyəyi (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir, deyir.” (əl-Kəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 68)

“Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa yaxın qırmızı rəngdədir. Sarı rəngli iki paltarda olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün mübarizə edəcək. Dəccalı təsirsiz hala gətirəcək, sonra dünyada düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar.” (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5.cilt, s. 380)

Bədiüzzaman Səid Nursi də ateizm və materializm kimi dinsiz ideologiyaların hakim olduğu bir dövrdə Hz. İsanın yenidən dünyaya qayıdacağını deyir. Bədiüzzamanın aşağıdakı sözlərində xəbər verdiyi kimi Hz. İsa dünyaya ikinci dəfə gəlişində Quranla hökm edəcək, Qurana tabe olacaq. Xristianlıq ilə müsəlmanlıq birləşəcək və dinsizliyə qarşı Quran əxlaqı ilə üstün gələcəklər. Risaleyi-Nurda bu mövzu ilə əlaqədar yazılanlar belədir:

“Axır zamanda Həzrəti İsa (ə) gələcək, Şəriəti-Məhəmmədiyə (ƏSM) əməl edəcək məalindəki hədisin sirri budur: Axır zamanda fəlsəfəyi-təbiiyənin (təbiət fəlsəfəsinin) yaratdığı cərəyanı-küfrüyə (inkarçı hərəkət) və inkarı-üluhiyyətə (Allahı inkara) qarşı İsəvilik dini təsaffi edərək (təmizlənərək) və xurafattan təcərrüd edib (xurafatlardan təmizlənib) İslamiyyətə inqilab edəcəyi (keçəcəyi) bir yerdə, necə ki, İsəvilik şəxsi-mənəvisi vəhyi-səmavi qılıncı ilə o müdhiş dinsizliyin şəxsi-mənəvisini yox edər; Həzrəti İsa (ə) İsəvilik şəxsi-mənəvisini təmsil edərək, dinsizliyin şəxsi-mənəvisini yox edər.. yəni inkarı-üluhiyyət fikirini yox edəcək.” (Məktubat, s. 6)

“…İsəvilik dini tasaffi edərək (təmizlənərək) və xurafattan təcərrüd (xurafatlardan təmizlənib) edib İslamiyyətə inqilab edəcəyi (İslamiyyəti qəbul edəcəyi)…” Bədiüzzaman bu hikmətli izahında Hz. İsanın İslam əxlaqına görə hərəkət edəcəyi yönündəki hədisi təfsir edir. Hz. İsanın mübarizəsi müxtəlif xurafatlar və ənənələrlə əslindən uzaqlaşan Xristianlığın əslinə dönməsi ilə başlayacaq. Hz. İsa Xristianlığı bütün batil xurafatlardan təmizləyəcək və haqq din olan İslam əxlaqını əsas götürəcək.

2. Hz. İsa Hz. Mehdi İlə birlikdə İslam əxlaqını bütün dünyaya hakim edəcək

Hz. İsa gələndə Hz. Mehdi ilə birlikdə yaşadıqları bütün çətinliklərə, sayılarının çox az olmağına, onlara kömək edənlərin olmamağına və hətta onların əleyhinə fəaliyyətlərin olmağına baxmayaraq Allahın icazəsi ilə həqiqi İslam əxlaqını dünyaya hakim edəcək. Dünya bu mübarək şəxslər gəlməzdən əvvəl necə zülm və haqsızlıqla doludursa, onlar gələndən sonra Rəbbimizin icazəsi ilə ədalət, sülh, təhlükəsizlik və bərəkətlə dolacaq. Hz. İsanın ikinci dəfə gəlişi ilə İslam əxlaqının dünyaya hakim olacağı bir hədisdə belə bildirilmişdir:

“İslamdan başqa (heç bir dini) qəbul etməyəcək… Din müctəhidi (yol göstərən) olacaq… Allahdan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək..”. (Ruhul Məani, 7/60) “Qüdrətin sahibi olan Allaha and içirəm ki, Məryəm oğlunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O, gələndə xaçı qıracaq (xaça itaət etməyi qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal-mülk o dərəcə çoxalacaq ki, heç kim onu qəbul etməyəcək.” (Sünəni Tirmizi, Fitən. 2233, İbni Macə, Fitən 33, Müslüm Fitən 23)

İman edənlər Dəccalın fitnəsindən Hz. İsa və Hz. Mehdinin vəsiləsi ilə qorunacaqlar

“Yalançı, hiyləgər, fikirlərdə və qəlblərdə yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, pisi yaxşı, yaxşını pis göstərən, hər yerə gedən pis və uğursuz adam” mənalarını verən Dəccal adı axır zamanda ortaya çıxacağı bildirilən, hər cür pisliyin və fitnənin mənbəyi olan adam kimi təsvir edilir.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Dəccalın xüsusiyyətləri ətraflı şəkildə xəbər verilmişdir. Bu məlumatlara görə Dəccal insanları doğru yoldan uzaqlaşdıracaq, yaxşını pis, pisi yaxşı kimi göstərəcək, ona tabe olanları nemətlərlə aldadacaq, ona tabe olmayanlara isə təzyiq tətbiq edəcək, dünyada xaos yaradacaq, qarşıdurmaları qızışdıracaq, din əxlaqına qarşı olacaq və insanları din əxlaqından uzaqlaşdırmaq üçün fəaliyyət göstərəcək. Dəccalın dünyada olduğu dövr səmimi olaraq iman edənlərin bir çox çətinliklə qarşılaşdığı, insanların böyük əksəriyyətinin din əxlaqından uzaqlaşdığı bir dövr olacaq.

Ancaq Hz. İsanın gəlişi və Hz. Mehdinin zühuru ilə bütün bu çətinliklərlə  dolu dövr sona çatacaq. Çünki, hədislərdə Dəccalın fitnəsinin ancaq bu iki müqəddəs şəxsin fəaliyyətləri ilə ortadan qalxacağı, Dəccalın Hz. İsanı görəndə “duz suda əridiyi kimi” yox olacağı xəbər verilir. Hz. İsanın Dəccalı təsirsiz hala gətirəcəyini bildirən hədislərdən biri belədir:

“Allahın düşməni (Dəccal) onu görəndə duz suda əridiyi kimi əriyəcək. Onu buraxsa da özbaşına həlak olana qədər əriyər, ancaq Allah Dəccalı Hz. İsanın əli ilə təsirsiz hala gətirəcək…” (Müslim, Fitən: 9, Nömrə. 2897, 4/2221)

Peyğəmbərimizin (s.ə.v.) başqa bir hədisində Hz. İsanın Dəccalın fitnəsini Hz. Mehdi ilə birlikdə yox edəcəyi  belə bildirilmişdir:

“Hz. Mehdi, İsa ilə birlikdə çıxacaq. Fələstin torpaqlarında Babı-Lüddə Dəccalı yox edəcək, Hz. Mehdinin Dəccalı yox etməsinə kömək edəcək.” (Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 105; Hz. Mehdi və Dəccal, Şaban Döğən, s. 127)

Səhabələrin və sonrakı nəsilin Hz. İsanın gəlişi iəlaqədar sözləri

Səhabələr Peyğəmbərimizin (s.ə.v.) yanında olmaq şərəfinə çatmış, şəxsən bu mübarək insan tərəfindən İslam əxlaqı ilə yetişdirilmiş çox qiymətli möminlərdir. Səhabələrin Hz. İsa ilə əlaqədar ayələr haqqında verdikləri izahlar Hz. Məhəmmədin (s.ə.v.) bu mövzuda onlara öyrətdiyi məlumatlara əsaslanır. Səhabələrin bu şərhlərinə baxanda Hz. İsanın ölmədiyinə və yenidən dünyaya gələcəyinə inandıqlarını görürük.

İbn Zeyd Ali-İmran Surəsinin 46-cı ayəsi ilə əlaqədar olaraq, “Hz. İsa beşikdə ikən insanlarla danışdı. Dəccalı yox etdikdə “kəhl” halında ikən də insanlarla danışacaq.” demişdir. 1

“Kəhl” sözü “otuz, əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə” mənasını verir. Bu söz İslam alimləri tərəfindən birmənalı olaraq “35 yaşdan sonrakı dövrə aiddir” şəklində qəbul edilir. Bilindiyi kimi Hz. İsa gənc sayılacaq bir yaşda, otuz yaşında Allah Dərgahına qaldırılmışdı. İslam alimləri Hz. İsanın yaşlılıq dövrünün, ikinci dəfə dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən də bu ayənin Hz. İsanın nüzuluna (yenidən dünyaya gəlişinə) aid bir dəlil olduğunu söyləyirlər. (Fəslul-Məqal fi Rəfi İsa Hayyən və Nüzulihi və Katlihid-Dəccal, s. 20)

Abdullah ibn Abbas Nisa Surəsinin 159-cu ayəsi haqqında bunları demişdir: “Bu ayə Məryəm oğlu İsanın ortaya çıxışına dəlildir… Bütün Əhli-Kitab Hz. İsanın ölümündən əvvəl ona iman edəcək.” 2

Məhəmməd ibn Əli Əbi Talib (İbnül Hənəffiyə kimi də tanınır) Nisa Surəsinin 159-cu ayəsini bu şəkildə açıqlamışdır: “… O, qiyamət qopmadan əvvəl enəcək. Bütün Yəhudi və Xristianlar ona iman edəcəklər.” 3

Qatadə Nisa Surəsinin 159-cu ayəsini belə açıqlamışdır: “Hz. İsa endiyi zaman bütün insanlar ona iman edəcək və o qiyamət günündə də onlara şahid olacaq. “4 Qatadə Zuxruf surəsinin 61-ci ayəsini isə, “Hz. İsanın zühuru qiyamət üçün bir işarədir” sözləri ilə açıqlayır. 5

Əbi Malik əl Qifari isə Nisa surəsinin 159-cu ayəsini, “Məryəm oğlu İsa dünyaya gələndə bütün Əhli-Kitab ona iman edəcək” deyərək açıqlamışdır. 6

Həsən Bəsri isə Hz. İsanın Allahın Dərgahında diri olmağı və yenidən gəlişi ilə əlaqədar olaraq: “Allaha and içirəm ki, Hz. İsa bu anda Allah Qatında diridir, o endiyi zaman hər kəs ona iman edəcək” izahını vermişdir. Həsən Bəsri Nisa surəsinin 159-cu ayəsini açıqlayarkən isə belə demişdir: “Allah Hz. İsanı Özünə rəf etmişdir (yüksəltmişdir). Qiyamət günündən əvvəl onu bir vəzifə ilə göndərəcək. Yaxşı və pis insanlar hamısı ona inanacaqlar.” 7 Həsən Bəsrinin Zuxruf surəsinin 61-ci ayəsi ilə əlaqədar verdiyi izah da eyni şəkildədir. Ayənin mənasının Hz. İsanın yenidən gəlişi olduğunu söyləyir. 8

İbn Abbas da bu mövzu ilə əlaqədar, “Allah Zuxruf surəsinin 61-ci ayəsində Hz. İsanın qiyamətdən əvvəl ortaya çıxacağına işarə edir.” demişdir. 9

Hz. İsanın möhtəşəm qayıdışı üçün şövqlə həyəcanla hazırlaşmaq lazımdır

Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək bütün insanlıq üçün çox böyük bir nemət, Rəbbimizdən çox böyük bir lütfdür. Hz. İsa gələndə təmiz və nurlu üzü, hikmətli, ağıllı və doğru danışıqları ilə dərhal diqqəti çəkəcək, hər kəs həyatında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib bir şəxs olan mübarək bir peyğəmbər görəcək. Onun doğumu, həyatı, Allahın Dərgahına qaldırılışı və yer üzünə ikinci dəfə gəlişi kimi gəlişindən sonrakı həyatı da Allahın icazəsi ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaq. Onun söylədiyi hər söz, etdiyi hər hərəkət hikmətli, aldığı hər qərar Allahın ilhamı ilə ən düzgün qərar olacaq.

Bütün iman edənlər kimi bizim də istəyimiz Rəbbimizin bizi Hz. İsa ilə qarşılaşdırmağı və onun gəlişindən əvvəlki dövrdə mübarək qonağımızı qarşılamaq üçün ən gözəl hazırlığı bizə nəsib etməsidir.

Bədiüzzaman Səid Nursi müsəlmanları Hz. İsanın gəlişi ilə müjdələmişdir

Bədiüzzaman əsərlərində axır zaman və Hz. İsanın dünyaya ikinci dəfə gəlişi mövzusuna çox geniş yer vermişdir.

Səid Nursinin yüzlərlə səhifəlik bu izahlarından bəzilərini belə sıralaya bilərik:

Bədiüzzaman Hz. İsanın Allahın Dərgahında əvvəlki bədəni ilə birlikdə olduğunu və elə əvvəlki bədəni ilə də dünyaya qayıdacağını bildirmişdir.

Hakimi-Zülcəlal (hər şeyə qadir olan Uca Allah) HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI İSANIN DİNİNƏ AİD ƏN VACİB HÜSNÜ-HATİMƏ (gözəl nəticə) ÜÇÜN, nəyin ki, SƏMAYİ-DÜNYADA (göylər aləmində) CƏSƏDİ İLƏ (bədəni ilə) BİRLİKLDƏ OLAN VƏ YAŞAYAN HZ. İSA BƏLKƏ ALƏMİ-AXİRƏTİN (axirət aləminin) ƏN UZAQ NÖQTƏSİNƏ DƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ DƏ BELƏ BİR NƏTİCƏYİ-AZİMƏ (bu böyük nəticə) ÜÇÜN ONA YENİDƏN CƏSƏD VERİB DÜNYAYA GÖNDƏRMƏK O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL… bəlkə də Onun hikməti belə iqtiza etdiyi üçün (lazım olduğu üçün) VƏD VERMİŞDİR VƏ VƏD VERDİYİ ÜÇÜN DƏ GÖNDƏRƏCƏK. (Məktubat, 56-57)

Bədiüzzaman, Hz. İsanın Dəccalı yox edəcəyini bildirmişdir

…HƏZRƏTİ İSA ƏLEYHİSSALAM İSƏVİLİK ŞƏXSİ-MƏNƏVİSİNİN TƏMSİLCİSİ KİMİ DİNSİZLİYİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər… (Məktubat, 6)

QEYD: Bədiüzzaman bu sözündə, “Hz. İsanın xristianlığın şəxsi-mənəvisini təmsil edəcəyini” deyir. Bədiüzzaman bu günə qədər göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi Hz. İsanın da onu dəstəkləyən, ona inanan və onun yolu ilə gedən şəxslərdən ibarət bir şəxsi-mənəvisi, yəni, mənəvi şəxsiyyətinin olacağını bildirir. Ancaq Bədiüzzaman “İsəvilik şəxsi-mənəvisini təmsil edərək” sözləri ilə Allahın adətullahına (Allahın qanununa) uyğun olaraq, “Hz. İsanın bu şəxsi-mənəvinin başçısı kimi şəxsən bir hidayət öndəri olacağını” ifadə edir. Belə ki, bir şəxsi-mənəvinin başqa şəxsi-mənəvini təmsil etməyi qeyri-mümkündür. Bir şəxsi-mənəvinin ola bilməyi üçün onun başında əvvəlcə “bir şəxs” olmalıdır. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq, Hz. İsanın bir şəxsi-mənəvi olmadığını, öz şəxsi-mənəvisinin başında olacağını və onlara şəxsən öndərlik edəcəyini açıqlamışdır.

Bədiüzzaman Hz. İsanın Hz. Mehdiyə tabe olacağını və onunla birlikdə İslam əxlaqını dünyaya hakim edəcəyini bildirmişdir

Hətta “HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLƏR HƏZRƏTİ MEHDİYƏ NAMAZDA İQTİDA EDƏR (tabe olar)” şəklində rəvayəti də BU İTTİFAQA (birləşməyə) və HƏQİQƏTİ-QURANİYYƏNİN MƏTBUİYYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə tabe olunmasına) İŞARƏ EDİR. (Şüalar, 493)

Hz. İsa ilə əlaqədar Kitabi-Sittədə olan bəzi hədislər

Kitabi-Sittə, altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatına verilən addır. Bu altı kitabda hədislərin Peyğəmbər Əfəndimizdən (s.ə.v.) bizə olduğu kimi gəldiyi bütün əhli sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Bu səbəbdəndir ki, Kitabi-Sittə əhli-sünnə etiqadına görə Qurani Kərimdən sonra gələn ən əhəmiyyətli ikinci qaynaqdır. Kitabi-Sittədə Hz. İsanın dünyaya ikinci dəfə gəlişi haqqında bir çox hədis verilmişdir. Bəşəri qaynaqlar içində ancaq Kitabi-Sittədə olması da bu mövzunun şübhəsiz doğru olduğunu göstərməyə kifayət edir.

Kitabi-Sittədəki Hz. İsa və axır zamanla əlaqədar hədislərdən bəzi nümunələrə aşağıda yer verimişik:

Səhihi Buxari

-…Səid ibnül Müseyyib Əbu Hüreyrədən (r.ə.) belə dediyini eşitmişdir:

Rəsulullah (s.ə.v.) belə buyurdu: “Nəfsim əlində olan Allaha and içirəm ki, şübhəsiz irəlidə Məryəm oğlu İsa sizin içinizə ədalətli bir hakim olaraq enəcək. O vaxt, o, salibi (xaçı) qıracaq, donuzu öldürəcək, cizyə vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Nəhayət, bir tək səcdə dünyadan və dünyadakı hər şeydən daha xeyirli olacaq.”

Səhihi Müslim

– 247- (156)……….: Cabirubnu Abdillah (r.ə.) belə demişdir:

Peyğəmbərdən (s.ə.v.) eşitdim. Buyururdu ki: “Ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq üçün mübarizə aparıb qalib olmaqda davam edəcək. “Nəhayət, Məryəm oğlu İsa enəcək və müsəlmanların əmiri ona: “Gəl bizə namaz qıldır”, deyəcək. Bundan sonra İsa: “Xeyr! Allahın bu ümmətə bir hədiyyəsi olaraq sizin bir qisiminiz digərlərinizə əmirsiniz”, deyəcək.

Sünnəni Tirmizi

– Əbu Hüreyrədən (r.ə.) edilən rəvayətə görə Rəsulullah (s.ə.v.) belə buyurdu:

“Canım, Qüdrət sahibi olan Allaha and içirəm ki, Məryəm oğlunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O, gələndə xaçı qıracaq (xaça ibadəti qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal o dərəcə çoxalacaq ki, heç kim onu qəbul etməyəcək.”

– Mücəmma ibn Nökər əl Ənsarıdan (r.ə.) eşitdim. Belə deyirdi: “Məryəm oğlu İsa Dəccalı “Babı-Lud” deyilən yerdə yox edəcək.”

Sünnəni İbni Macə

-“… Hüzeyfə ibn Əsid Əbi Sərihadan (r.ə). Belə demişdir:

(Bu) on böyük əlamət həyata keçmədikcə qiyamət qopmayacaq: Günəşin qərb tərəfdən çıxması, Dəccal, Duxan, Dabbə(tul-Arz), Yəcuc və Məcuc, İsa ibn Məryəmin (göydən enib meydana) çıxması, biri şərqdə, biri qərbdə və biri Ərəb yarımadasında olan Hufus (yəni ərzin çökməsi) və Əbyənənin Adən məmləkətinin ən uzaq yerindən çıxıb insanları Məhşərə (yerinə) göndərən elə bir od ki, insanlar gecələrini keçirdikdə o da onlarla birlikdə gecəsini keçirər və insanlar günorta vaxtı yatdıqda o da onlarla birlikdə yatar.”

Bəzi İslam alimlərinin Hz. İsa ilə əlaqədar sözləri

İslam tarixində müxtəlif dövrlərdə yaşamış İslam alimləri də əsərlərində Hz. İsanın dünyaya ikinci dəfə gəlişi ilə əlaqədar ətraflı izahlar vermişdirlər. Bu izahların bir hissəsi belədir:

İmam Rəbbani

“Bir başqa hədisi-şərifdə isə Rəsulullah (s.ə.v.) Əfəndimiz belə buyurdu:

“Əshabı-Kəhf Hz. İsanın köməkçisi olacaq.” Hz. İsa (ə) Hz. Mehdi dövründə yerə enəcək. Hz. Mehdi Dəccalın yox edilməsində Hz. İsayla (ə) razı olar. Onun dövründə Ramazan ayının on dördüncü günündə Günəş tutulacaq. O ayın ilk günündə isə Ay qaralacaq. Bunları bilinənin və münəccimlərin hesabına tərs (ixtilafına səbəb) olacaq.” (Məktubat, c. 2, 381. Məktub, s. 1169-1171)

Məhəmməd ibn Rəsul Al-Hüseyni Əl Bərzənci

“Bilindiyi kimi Hz. İsa (ə) nazil olacaq və Dəccalı yox edəcək. Buda bir həqiqətdir ki, Hz. İsa Hz. Mehdidən hakimiyyəti almayacaq. Çünki, liderlər Qüreyşdəndir. Cəmiyyətdə bu ikisi olacaqsa Hz. İsa (ə) onun əmiri yox, vəziri olacaq. Bu səbəbdəndir ki, Hz. Mehdinin ardında namaz qılacaq və ona tabe olacaq.” (Qiyamət Əlamətləri, s. 185)

Şeyx Mənsur Əli Nasif

“Daha sonra da Dəccal ortaya çıxacaq, Hz. İsa enəcək və Dəccalı yox edəcək və ya Hz. İsa ilə Hz. Mehdi birlikdə köməkləşərək Dəccalı yox edəcəklər.” Hz. Mehdi ilə əlaqədar hədisləri səhabələrin qabaqcıllarından və xeyirlilərindən bir qrup rəvayət etmişdir. Yenə  hədis rəvayət edənlərin tanınmışlarından Əbu Davud, Tirmizi, İbni Macə, Təbərani, Əbu Yala, Bəzzaz, İmam Əhməd ibn Hənbəl, Hakim həzrətləri nəql ediblər.” (Əhməd Fəruq, “Kəbə Basqını və Hz. Mehdilik”, Vəhdət Nəşriyyat, s. 21)

Qədizadə

“…Bir çox fəthlər və qənimətlərlə bütün müsəlmanları dövlətli edər. Hz. İsa ilə birlikdə olar və Hz. İsa Dəccalı yox edər və qeyri-müslimlərdən cizyəni qaldırar və İslama gələnlərin imanlarını qəbul edər.” (Qədizadə, “Əməntü Şərhi” (Sdş. M. Rəhmi) s. 358)

1 (Pəzdəvi, Əhli Sünnə Əqaidi, tərc. Şərafəddin Gölcük, İstanbul, 1998, s. 352; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)

2 (Nəsəfi, Əqaid, İstanbul, 1310/1892, s. 193-194; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)

3 (Təftəzani, Şərhul-Əqaidin Nəsəfiyyə, İstanbul, 1310/1892, s. 193-194; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)

4 İbnul Ərəbi, Fususul-Hikəm, İstanbul, 1287, s. 63; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

5 İbnul Ərəbi, Fususul-Hikəm, İstanbul, 1287, s. 63; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

6 İbnu Əbil İzz, Şərhul-Əqidətit Təhaviyyə,  Abdullah ibn Əbdil Muhsin, Beyrut, 1988, II, 402-414; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

7 Qari Davul Məalı li Bədil Əmali, İstanbul, 1302, s. 22-23; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

8 Əşari Məqalət, s. 295; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

9 Bəyazi İşarətül Məram, s. 67; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma