İmam Rəbbani və Mehdinin zühur etmə tarixi


İmam Rəbbani Hz. Mehdinin Peyğəmbərimizin (səv) vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirmişdir:

Ancaq gözlənilən odur ki, min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən Hz. Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Şəriətin təsdiqi, milləti tecdidi (yenilənməsi) bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Hz. Mehdinin (r.ə.) bu min içində gəlməsidir. (Məktubatı Rəbbani, 1/611)

Rəsulullahın (s.ə.v) ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullahın (s.ə.v) irtihali (vəfatı) üzərindən min il keçdikdən sonra istəsə az olsunlar. Onların çox kamallı olmaları bunun üçündür: Şəriətin möhkəmlənməsi, çox mükəmməl şəkli ilə hasil olar. Aradan min il keçdikdən sonra Hz. Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək kudumünü (gəlişini), Hatem’ür-resül Rəsulullah (s.ə.v.) müjdələmişdir. İsa (ə.s.) da aradan min il keçdikdən sonra nüzul edəcək. (Məktubatı Rəbbani, 1/440)

Peyğəmbərimizin (səv) vəfatından sonra  min il keçdikdən sonra ikinci min ilə daxil olunur. İmam Rəbbaninin yuxarıdakı izahlarına görə, Hz. İsa və Hz. Mehdi, bu min ilə ikinci min il arasında gələcəkdir.

Böyük İslam alimi İmam Sunu Peyğəmbərimizin (s.ə.v) hədislərindən çıxardığı nəticələrə görə  ümmətin ömrünün 1500 ili keçməyəcəyi xəbərini vermişdir:

Bu ümmətin ömrü min (1000) ili keçəcək lakin min beş yüz (1500) ili keçməyəcək. (Qiyamət Əlamətləri, s. 299) (Cəlaləddin Sunu İdinin “əl-Kesfu Fi Mücazeveti Qəmli əl-Ümməti Əl Elfe Ellezi Dellet Əleyh el-Asar”isimli kitabından nəql)

Buna görə İslamın hakimiyyəti hicri 1500-cü ilə qədər davam edəcək. Bu səbəbdən 1500-1600-cı illər arasında pozulma baş verəcək və sonradan isə  qiyamət gözləniləcək (ən doğrusunu Allah bilir).

Beddiüzzaman Səid Nursi də eyni şəkildə, ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirmişdir:

“… Birinci cümlə, min beş yüz (1500) ilə axır zamanda bir taifei mücahidin (din üçün çalışanların, cihad edənlərin) son zamanlarına; və ikinci cümlə, min beş yüz altı (1506) ilə qalibanə mücahedenin tarixinə…. işarə edər. (…) bu tarixə qədər (1506) zahir və aşkaranə, bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yolu ilə) eyham edir.” (Sikkəs(n)i Təsdiqi Qeybi, s. 46)

Bədiüzzaman da İmam Sunu kimi, İslam  hakimiyyətinin hicri 1500-cü illərə qədər davam edəcəyini və daha sonra da pozulmanın başlayacağına işarə etmişdir.

İmam Rəbbani isə, bu mövzunu açıqladığı digər bir sözündə də, Hz. Mehdinin zühurunun əsrin başlanğıcında olacağını qeyd etmişdir:

Çünki onun (Hz. Mehdinin) zühuru, yüz ilin başlanğıcında olacaq. (Məktubatı Rəbbani, 3/158-159))

Ümməti Məhəmmədin ömrü 1500 (min beş yüz) ili keçməyəcək. Hicri 1500-cü ilə çatmağa bir əsr  qalmışdır. O da Hicri 1400 ilin başlanğıcıdır. Bu səbəbdən Hz. Mehdinin zühuru hicri 1400-cü ilin başlanğıcı olacaqdır.

Peyğəmbərimizin (s.ə.v) hədisində bildirildiyinə görə, İslam əxlaqının hakim olduğu bir əsr keçdikdən sonra, təxminən bir əsr də zülm və imansızlıq hakim olacaq və bundan sonra qiyamət  gözləniləcək (ən doğrusunu Allah bilir):

Rəsulullah (s.ə.v.) buyurdu: Qiyamət, yer üzündə Allaha ibadət edilməyən bir yüz il keçməsə qopmayacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Hz. Mehdiiyy-il Axır Zaman, 92)

Peyğəmbərimizin (s.ə.v) hədislərində və İslam alimlərinin sözlərində xəbər verilən bu məlumatlara görə İslam ümmətinin ömrü hicri 1500-cü ili keçməyəcək. Bu səbəbdən Hz. Mehdinin, hicri 1400-cü ilin başlanğıcında gəlməsi gözlənilir.

İmam Rəbbani və Mehdinin zühur etmə tarixi” üzərinə 3 şərh

    • …. GƏLƏCƏK DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK HƏQİQƏTİ ƏSRLƏRİNDƏ KARİB (YAXIN) ZƏNN ETMİŞLƏR…. (Sözlər, s. 318)
      USTADIN BU İFADƏSİ “SÖZLƏR” RİSALƏSİNDƏ İŞLƏDİLİR. SÖZLƏR RİSALƏSİ 1926-CI (HİCRİ 1345-Cİ İL) İLDƏ TAMAMLANMIŞDIR. YƏNİ,USTADIN BÜTÜN ƏSƏRLƏRİ HİCRİ 1300-CÜ İLDƏ TAMAMLANDIĞI KİMİ ÖZÜ DƏ YENƏ HİCRİ 1300-CÜ İL İÇİNDƏ VƏFAT ETMİŞDİR. HALBUKİ USTAD BU SÖZÜNDƏ HZ. MEHDİNİN (A.S.), HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.
      Bədiüzzaman, Hz. Mehdinin, inkarçı fikir sistemini elm və mədəniyyətin imkanları sayəsində fikri mübarizə yolu ilə susduracağını xəbər vermişdir. Bu fikri üstünlüyün tarixi olaraq da 1371 tarixindən yarım əsr sonrasını bildirmişdir. Bu da Hicri 1421, yəni Miladi 2001-ci il deməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma