İnsanlıq Tarixi Və Haqq Dinin Başlanğıcı


Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), qiyamətdən öncə reallaşacaq olan hadisələri 1400 il bundan əvvəl hədislərdə hər tərəfli olaraq təsvir etmişdir. Hədislərə əsasən müharibələr, anarxiya, yoxsulluq, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Dünya tarixi Allahın yaratdığı qədərə əsasən davam edəcək və Allah, axır zamanda zühur edəcək Hz. Mehdi və ikinci dəfə yer üzünə gələcək Hz. İsanı, Qızıl dövrün yaşanması üçün lazım olan şərtlərin meydana gəlməsinə səbəb edəcək.

İnsanlıq tarixi Hz. Adəmlə başlamışdır. Allah Qurani Kərimdə Hz. Adəmin ilk insan olduğunu, dünyada xəlifə təyin etdiyini (Bəqərə Surəsi, 30) onu “Ol” əmri ilə torpaqdan yaratdığını (Ali- İmran Surəsi, 59), adların hamısını özünə öyrətdiyini (Bəqərə Surəsi, 31) bildirmişdir. Hz. Adəmin dünyaya gəlməsi və onun soyundan insan nəslinin çoxalması ilə birlikdə haqq din də həmişə mövcud olmuşdur. Hz. Adəmdən dövrümüzədək keçən müddət ərzində yaşayan peyğəmbərlər və elçilər haqq dinin əsaslarını təbliğ etmişlər. Hər elçi, göndərildiyi cəmiyyəti bir olan Allaha iman etməyə, axirət günündən qorxub çəkinməyə, yaxşı və gözəl əməllərə dəvət etmişdir.

İnsanlıq tarixinin bir başlanğıcı olduğu kimi əlbəttə bir sonu da olacaq: QİYAMƏT…

Hədislərdə qiyamətlə bağlı bir çox əlamətlər xəbər verilir. Bu məlumatları dünyanın yaxın tarixi və indiki vaxtda yaşananlarla müqayisə etdikdə bir çox əlamətin baş verdiyini və baş verməyə davam etdiyini görərik. Əxlaqsızlıq, fitnə və müharibələr, zülmlər hədislərdə xəbər verilən hadisələrdəndir. Bu hadisələrin yaşanması isə, Peyğəmbərimizin (s.ə.v.)  müjdələdiyi Hz. İsa və Hz. Mehdinin gəlişinin dəlillərindəndir. Bu, Allahın bizlər üçün yaratdığı qüsursuz qədərin reallaşmasıdır. Kainatın yaranmasından bu günədək keçən müddət ərzində  bu qədər, qüsursuz şəkildə işləyir. İnsanlar, səbəblər, ölkələr, hadisələr, şərtlər bu qədərin bir parçasıdır. Axır zaman və ya dünyanın sonu dediyimiz indiki vaxtda da bütün bu faktorların xüsusi bir dövr üçün zəmin hazırladığını  görərik.

Müasir dövrdə müsəlmanlar arasında həqiqi mənada birliyin olmamasını, əxlaqsızlığın artmasını, materialist və Darvinist ideologiyaların insanlarda meydana gətirdiyi maddi və mənəvi təxribatı bir-birindən müstəqil şəkildə meydana çıxmış hadisələr kimi qiymətləndirmək olmaz. Ənam Surəsinin 59-cu ayəsində xəbər verildiyi kimi Rəbbimizin icazəsi olmadan bir yarpağın belə düşməsi mümkün deyilkən, Onun yaratmış olduğu varlıqlar olan insanların müstəqil şəkildə qərarlar alıb, müharibələri, degenerasiyaları, materialist ideologiyaları meydana gətirdiklərini iddia etmək ağılsızlıq və məntiqsizlikdi.

Keçmişdə yaşanmış, hal-hazırda yaşanan və gələcəkdə yaşanacaq bütün hadisələr Allahın izni və bilgisi daxilində olub hələ dünya yaranmadan əvvəl təqdir edilmiş olan qədərin hissələridir. Bu qədərin əhəmiyyətli hissəsi də İslam əxlaqının dünya hakimiyyətidir.

Unutmamaq lazımdır ki, insan sahib olduğu şüur, düşünmə, qərar vermə kimi bütün xüsusiyyətlərini bizi yaradan Rəbbimizə borcludur. Beynindəki milyardlarla hüceyrənin saniyənin mində biri qədər qısa bir vaxtda bir-biri ilə xəbərləşərək beyinə çatdırılması ilə həyatını davam etdirə bilir. Bu qədər aciz olan insanların, Allahın diləməsi xaricində heç bir şeyə gücü çatmaz. İnsanı yaradan Allah, tarixi də ən gözəl şəkildə təqdir etmiş və bir qədər içində yaratmışdır.

Ümmətimdən Hz. Mehdi çıxacaq. Allah, insanları zəngin etmək üçün onu göndərəcək. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərşin nəbatatı çox olacaq, Hz. Mehdi, insanlara bərabər şəkildə bol-bol mal paylayacaq.

(əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma