Qövmlərin Həlakı


Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır! (İsra surəsi, 58)

Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.  (İsra surəsi, 16)

Firon ordusu, Ad, Lut, Səmud, Nuh qövmləri və qeyriləri. Bəzilərini ildırım vurdu, bəziləri suda boğuldu, bəziləri fırtınaya düşdü. Ortaq xüsusiyyətləri – Allahı inkar etmələri, azğınlıq içində olmaları, fitnə fəsad çıxarmaları idi. Onlara gələn əzab isə etdiklərinin qarşılığı olaraq Allahın təqdiri və əmri idi. Tufan, adi bir təbiət hadisəsi, təsadüf olmadığı kimi, Allahın dilədiyi zamanda və dilədiyi yerdə “Ol” əmri ilə yaratdığı hadisə idi. Əlbəttə ki, Allah tufanı yaradarkən səbəbləri ilə birgə yaratmışdır. Ancaq burada vacib olan, həlakı meydana gətirən səbəblərin də bir qədər çərçivəsində meydana gəlməsidir ki, şübhəsiz bu səbəbləri də yaradan Allahdır.

Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Furqan Surəsi, 45) Bütün bunlar Allah üçün çox asandır.

Bununla yanaşı, qövmlərin  həlak edilməsinin bir çox tarixi nəticəsi də var. Məsələn, Firon ordusu suda boğulmuş və bu sayədə Hz. Musa və ətrafındakı İsrail oğulları Fironun zülmündən xilas olmuş və başqa bir bölgəyə yerləşmək üçün yola düşmüşdür. Daha sonra Qüdsə çatan İsrail oğulları, burada bir çox tarixi hadisə yaşamış və bir çox hadisəyə şahidlik etmişdir. Eyni ilə, Hz. Nuh və ətrafındakı möminlər də tufanın həlak etdiyi ölkədən xilas olmuş, beləliklə Hz. Nuhun soyundan bir çox peyğəmbər dünyaya gəlmişdir.

Bütün bunlar bizə göstərir ki, tarixdə yaşanan ən əhəmiyyətli hadisələrdən olan qövmlərin həlakları da Allahın sünnətidir:

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!) And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!  (Qəmər surəsi, 49-53)

Hz. Adəm ilə başlayan insanlıq tarixi Allahın təqdir etdiyi qədər daxilində müəyyən istiqamətdə hərəkət edir. İnsanlar, səbəblər, ölkələr, daha əvvəl yaşanmış, hazırda yaşanan və gələcəkdə yaşanacaq olan bütün hadisələr qədərin parçasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma