Tarixin hər dövründə yaşananlar sünnətullahın tələbidir


Quran ayələrində yaxşı insanlarla pis insanların daima fikri mübarizə içində olduqları xəbər verilir. Tarixin hər dövründə yaxşılıq edən, imana və xeyrə çağıran bir birlik olmuş, bu birliyin qarşısında isə pisliyi yayan, təxribat törədən və fitnə çıxaranlar olmuşdur. Bu iki tərəf arasındakı elmi mübarizə Hz. Adəmdən etibarən mövcud olmuş və qiyamətə qədər də davam edəcək. Tarixdə baş verən bütün hadisələrin çıxış nöqtəsi də əslində budur; yaxşılarla pislərin fikri mübarizəsi… Hər dövrdə bu mövcud olmuş, Allahın izni və köməyi ilə qalib gələnlər hər zaman Allahın tərəfdarları olmuşdur:

Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun! (Muminun surəsi, 44)

Dünyanın yaranmasından etibarən bu hadisələr, Allahın təyin etdiyi qədərin (Sünnətullahın) tələbidir. Unutmaq olmaz ki, zülm edən, ədalətsizlik edən, fitnə çıxaran şər qüvvələrin varlığı, onların etdikləri də Allahın izni ilədir, onlar da Allahın təqdiri ilə reallaşan hadisələrin səbəblərini meydana gətirirlər. Bu vəziyyət bir Quran ayəsində belə xəbər verilir:

Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar. (Ənam surəsi, 123)

Yaxşılıqda ittifaq edənlərin, Allaha təslim olanların hər zaman qalib gələcəkləri isə Allahın qullarına vədidir:

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadələ surəsi, 21)

Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə surəsi, 56)

Bugünkü gündə bunları  müşahidə edə bilərik; dünya tarixinin finalı olaraq xarakterizə edə biləcəyimiz axır zaman başlamışdır, qiyamət əlamətləri ardıcıl olaraq baş verir, Dəccaliyət sistemi Allahın izni ilə sürətlə çökməyə və təsirini itirməyə başlamışdır. Bütün dünya xalqlarının yeni dövrü qarşılamağa hazırlaşmasının vaxtı gəlmişdir: Qızıl dövr…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma