Axır Zamanda Unutdurulmağa Çalışılan Axır Zaman Mövzuları


Axır zamanda gələcək şəxslər və bu dövrdə yaşanacaq hadisələr insanlığın əsrlərdir böyük maraqla gözlədiyi əhəmiyyətli mövzulardandır. Ancaq son dövrdə bəzi insanlar tərəfindən axır zamanla bağlı əlamətlər, xəbər və müjdələr qulaqardına vurulur, bu gerçəklər insanlardan gizlədilməyə və ya unutdurulmağa çalışılır.

Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) hədislərində ətraflı şəkildə bildirilən axır zaman əlamətlərinə görə axır zaman iki dövrdən ibarətdir. Bu müqəddəs zamanın ilk dövrü pozulmaların, degenerasiyanın, fəlakətlərin, qarşıdurmaların, müharibələrin, yoxsulluqların yaşanacağı  dövrdür. Axır zamanın ikinci dövrü isə Hz. İsanın yenidən yer üzünə gəlişi və Hz. Mehdinin ortaya çıxması ilə birlikdə yer üzünə sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür.

Hədislərdə axır zamanın nə vaxt və hansı şəkildə başlayacağını ortaya qoyan yüzlərlə əlamətdən xəbər verilir. Yaşadığımız dövrdə Peyğəmbərimizin (s.ə.v.) 14 əsr əvvəl xəbər verdiyi əlamətlərin bir-birinin ardınca reallaşması, axır zamanın ilk dövrünün yaşanmağa başlandığını aşkar şəkildə göstərir. Bu əlamətlərin bir-birinin ardınca reallaşması ilə İslam aləmi çox müqəddəs bir gözləyiş içinə girmişdir: Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi və Hz. Mehdi ilə birlikdə Dəccalın fitnəsini ortadan qaldırıb İslam əxlaqını bütün dünya üzərində hakim etmələsi.

Axır zaman əlamətlərinə şahidlik edən insanlar, Allahın iznilə, Hz. İsanın və Hz. Mehdinin zühurunun yaxınlaşdığını ümid edə bilərlər. Hər bir əlamət bizə çox müqəddəs bir dövrdə yaşadığımızı xatırladır. Əsrlərdir gözlənilən bu tarixi müjdə -Allahın iznilə- reallaşmaq üzrədir.

Bu müqəddəs dövr sevimli Peyğəmbərimizin (s.ə.v.) hədislərində də açıq-aşkar vurğulanaraq axır zamanda yaşayan bütün iman sahiblərinə müjdələnmişdir:

“Hz. Mehdi mənim Əhli Beytimdən və mənim nəslimdəndir. O, yer üzünü ədalətlə dolduracaq. Şübhəsiz ki, o İsa Əleyhissalam ilə birlikdə yola çıxaraq Fələstin ərazisindəki Babı-Lut deyilən yerdə Dəccalı yox etməsi üçün Həzrəti İsaya kömək edəcək. “

Ancaq bütün müsəlmanların şövqlə gözlədikləri bu müjdəli hadisələri bəzi insanlar eyni həyəcanla gözləmirlər. Doğruluğu mövzusunda böyük İslam alimlərinin həmfikir olduğu axır zaman hədislərinə qarşı müsəlmanların bu mövzunu unutmalarını istəyirlər. Şübhəsiz ki, Peyğəmbərimizin (s.ə.v.) əxlaqını öz əxlaqına bənzətdiyi, bir çox üstün xüsusiyyəti ilə təriflədiyi Hz. Mehdi kimi müqəddəs bir şəxsi və həyatı möcüzələrlə dolu peyğəmbər olan Hz. İsanı gözləmək maraqsız və ya unudula biləcək bir məsələ deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma