Dəccaliyyətin Fitnə Və Qətliamlara Səbəb Olacağı Hədislərdə Bildirilmişdir


Allah Hz. Adəmi yaratdığı gündən bu yana, Dəccalın fitnəsindən daha böyük bir fitnə olmayıb. (Məhəmməd ibn Rəsul əl-Hüseyni əl Bərzənci, Qiyamət Əlamətləri, Pambıq Nəşriyyat, 8-ci nəşr, s. 225)

Bir fitnə görünər. Bunu digər fitnələr təqib edər və əvvəlki fitnələr nəticəsində sonrakı fitnələr müharibələrə çevrilər. Bundan sonra bütün haramların halal sayılacağı bir fitnə olar. Sonra da xəlifəlik, dünyanın ən xeyirlisi olan Mehdiyə evdə oturduğu zaman gələr. (İbn Əbi Şeybə, C. VII, s. 531)

Məndən sonra fitnələr görüləcək. O fitnələrdən qurtuluş yoxdur. Orada müharibə və mühacirət olar. Sonra ondan daha şiddətli bir fitnə gələr. “Qurtardı” deyilən vaxt daha da şiddətlənər. Fitnənin girmədiyi bir ev və toxunmadığı bir müsəlman qalmaz. Bu vəziyyət, nəslimdən bir şəxs (Hz. Mehdi (ə)) zühur edənə qədər davam edər. (Nuaym ibn Hammad, vr, 75b)

Qiyamətdən əvvəl anarxiya və qarışıqlıq yaşanan günlər vardır. (Sunu idi, Cami’üs Sagir, 3/211)

Günahsız insanlar qətl edilənə qədər Hz. Mehdi (ə) zühur etməyəcək. Qətliamlara yerdə və göydə olanlar dözə bilmədiyi bir vaxtda zühur edəcək… (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-əl Hz. Mehdi (a.s.) əsr-əl Müntəzər, s. 37)

Çox kədərli vəziyyətlər və mənzərələr görünər. Fitnələr ard-arda davam edər və qadına, kişiyə, qıza, oğlana baxmadan hamını öldürər. Bunların içində fitnə, güc tətbiqi, ölüm və mühacirət olar. “Qurtardı” deyilər, yenə də davam edər. (Kitab-ül Burhan fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl Axır Zaman, s. 36)

Əbu Hüreyrə (rə) izah edir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: “İnsanlar elə günlər görəcəklər ki, qatil niyə öldürdüyünü, ölən də niyə öldürüldüyünü bilməyəcək.” (Müslim, Fitən: 56, (2908))

Qardaş qardaşı öldürənə qədər qiyamət qopmaz. (Qiyamət əlamətləri, s. 141)

Bundan əmin olun ki, yaxın gələcəkdə fitnələr, ayrılıqlar və ixtilaflar (çıxaran bəzi insanlar) olacaq. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, s. 376, nömrə. 685)

Bundan əmin olun ki, yaxın gələcəkdə (ard-arda) bəzi fitnələr olacaq. Sonra yenə olacaq. Daha sonra yenə olacaq. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, s. 375, nömrə. 684)

(O dövrdə) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar. Hansı ki, insanlar bir-birini öldürər. İnsanlar intihar edərlər və dünyanı bəlalar bürüyər. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, s. 482, nömrə. 901; Kitabın-Nihayə, İbni Kəsr, 1/131)

İnsanlar üçün elə bir vaxt gələr ki, onların üzləri insan üzü, ürəkləri şeytan ürəyidir. Qan tökəndirlər. Çirkin hərəkətlərdən çəkinməzlər. Əgər sən onlara tabe olsan, səni güdərlər. Əgər onlara inansan, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri həyasız olar. Yaşlıları isə yaxşılığı əmr etməz, pis olandan çəkindirməzlər. Sünnə onlar üçün bidət, bidət isə sünnə kimidir. Başçıları pozğundur. Məhz bu dövrdə, Allah onlara şər verər. Xeyirxah olanlar da dua edər, ancaq duaları qəbul edilməz. (Hz. Abdullah ibni Əmr (rə), 502/11)

Heç bir tərəfin qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə sürətlə hər tərəfə yayılacaq və bu vəziyyət bir nəfərin səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Hz. Mehdidir (ə)” deyənə qədər davam edəcək. (əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Hz. Mehdi (ə) əsr-əl Müntəzər, s. 23)

Hz. Mehdidən (ə) əvvəl kütləvi qırğınlara səbəb olan böyük bir fitnə görünəcək. (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl Muntazar, s. 37)

Qiyamət yaxınlaşdığı və möminlərin qəlbi; ölüm, aclıq, fitnə, sünnələrin yox olması, bidətlərin ortaya çıxması, yaxşılığı əmr edib, pislikdən uzaqlaşdıranların olmaması və bu kimi digər səbəblərlə əzildiyi zaman Allah  mənim övladlarımdan olan Hz. Mehdi (ə) vəsiləsi ilə sünnələri geri qaytarar. Onun ədaləti və bərəkəti ilə möminlərin qəlbi rahatlayar,  Yad (Ərəb olmayan)  və Ərəb olan millətlər arasında dostluq və mehribanlıq bərqərar olar. (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 66)

Dünya hərci-mərclik (qarışıqlıq, zülm) içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bir qism insan digər insanlara  hücum etdiyi, böyük kiçiyə mərhəmət göstərmədiyi, kiçik böyüyə qarşı hörmətli davranmadığı zaman Allah, ədavətin (düşmənliyin) kökünü kəsərək, dinsiz (imandan və İslamdan uzaq, azğın) qalaları fəth edəcək və mənim kimi axır zamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq bir şəxsi (Hz. Mehdini (ə)) göndərəcək. (Kitab-ül Burhan Fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl Axır Zaman, s. 12)

Cinayətlər artacağı vaxta qədər qiyamət qopmaz.” (Ölüm, Qiyamət və Diriliş, s. 468)

Haqq olan Allaha and içirəm ki, məndən sonra bir müddət ümmətim səltənətdən uzaq qalacaq. O dövrdə hamı halala-harama baxmadan mal qazanmaq istəyəcək, qan axacaq və Quran şeirə bərabər sayılacaq. (Deyləmi; Gələcəyin Tarixi I, s. 50)

“… İnsanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman… ” (Ramuz-Əl Əhədis, 7/7)

Dəccaliyyətin Fitnə Və Qətliamlara Səbəb Olacağı Hədislərdə Bildirilmişdir” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma