Hz. Mehdinin Zühuru Yaxınlaşdı…


Axır zamanın ən əhəmiyyətli hadisələrinin başında Hz. Mehdinin ortaya çıxışı və onun liderliyində İslam Birliyinin qurulması durur. Hz. Mehdi Quran əxlaqının yaşanmasına vəsilə olacaq və öz öndərliyində İslam birliyini reallaşdıracaq. Peyğəmbərimiz (s.ə.v.) də bəzi hədislərində Hz. Mehdinin zühur tarixi olaraq açıq şəkildə Hicri 1400-cü ili (Miladi olaraq 1979-1980 illəri) vermiş və bu müqəddəs şəxsin öndərliyini müjdələmişdir. Bu hədislərdən biri belədir:

“İnsanlar 1400-cü ildə Hz. Mehdinin  yanında toplanacaqlar. “ (Risaletül Huruc-ül Hz. Mehdi, s. 108)

Bu xəbər iman edənlərin şövq və həyəcanını  artıran çox böyük müjdədir. Peyğəmbərimizin (s.ə.v.) hədisləri ilə birlikdə İslam alimləri də dövrümüzə qədər gəlib çatmış əl yazmaları ilə o zamandan günümüzə bu böyük müjdənin şövq və həyəcanını yaşayıb, inananlar üçün bu mövzunun gündəmdə tutulmasına səbəb olublar. Belə ki, yaşadığımız bu dövrdə ortaya çıxan bəzi əlamətlər bizə Hz. Mehdinin zühurunun olduqca yaxınlaşdığını göstərir.

Heç şübhə yoxdur ki, bu mövzu haqqında öyrəniləcək hər yeni məlumat müsəlmanların həyəcanını artırmağa vəsilə olacaq. Ancaq bəzi insanlar Mehdiyyət mövzusundan ictimai şəkildə bəhs edilməsini istəmirlər. Bu mövzunun üstünü bağlayaraq insanlar tərəfindən unudulmasını istəyənlər bu müjdəyə mane olmağa çalışırlar. Əlbəttə, Allah bu səylərini etibarsız edəcəyini müjdələmişdir:

Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə Surəsi, 32-33)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma