Məsih Dəccal Fəaliyyətdə…


Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir.

Peyğəmbərimiz (s.ə.v.) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.”(2) hədisi ilə bütün müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində var gücü ilə hiss edilir. Bir çox ölkədə müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırda da yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. Yer üzündə dinsizliyin yayılması üçün mübarizə aparanların özlərinə ən böyük dayaq olaraq istifadə etdikləri təkamül nəzəriyyəsi və Darvinizm düşüncəsinin ortadan qaldırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu həqiqətə baxmayaraq bəzi insanlar Darvinizmə qarşı aparılan fikri mübarizəni də əhəmiyyətsiz göstərməyə çalışır, hədislərdə axır zamanın ən böyük fitnəsi olaraq təsvir edilən Dəccalın bu fitnəsini təkamül nəzəriyyəsi ilə fəaliyyətə keçirdiyini anlamırlar.

Digər tərətdən, hal hazırda dünya miqyasında əxlaqi degenerasanın mövcud olduğu da hər kəs tərəfindən qəbul edilən aşkar fakt olmasına baxmayaraq, bu pozulmanın  arxasında gizlənən səbəblərin bəzi insanlar tərəfindən qətiyyən gündəmə gətirilməyib örtbasdır edilməyə çalışılması da Dəccaliyyətin təsiri baxımından diqqətimizi cəlb edir. Halbuki, hər kəsə zərəri toxunan bu əxlaqi pozulmanın ortadan qaldırılması ancaq və ancaq problemin mənbəyindəki Dəccaliyyət təsirinə qarşı mübarizə aparmaqla mümkün ola bilər.

Dünyadakı mövcud siyasi-iqtisadi, əxlaqi-sosial mənzərə Dəccalın fəaliyyətlərinin başladığını göstərir. Bu vəziyyət Hz. Mehdinin  çıxışının olduqca yaxınlaşmasına işarə edir. (Ən doğrusunu Allah bilir)

Hz. Mehdinin reallaşan yüzlərlə çıxış əlamətlərindən bir neçəsi bunlardır:

1) ƏFQANISTANIN İŞĞALI

2) İRAN-İRAQ MÜHARIBƏSİ

3) FƏRAT ÇAYININ SUNUNUN KƏSİLMƏSİ

4) RAMAZANDA AY VƏ GÜNƏŞ TUTULMALARI

5) QUYRUQLU KOMETANIN DOĞMASI

6) KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI

7) ŞƏRQ TƏRƏFDƏN BİR ALOVUN GÖRÜNMƏSİ

8) İRAQIN İŞĞALI

9) SƏHRADA BATAN ORDU

10) HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏL QIRĞINLARIN     MEYDANA GƏLMƏSİ

11) DÜNYANIN HƏR YERİNİN ÇAXNAŞMALARLA DOLMASI

12) HƏTTA QADIN VƏ UŞAQLARIN QƏTL EDİLDİYİ FİTNƏLƏRİN YAŞANMASI

13) BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI

14) ZƏLZƏLƏLƏRİN ÇOXALMASI

Hz. Mehdinin çıxışı ilə əlaqədar hədislərin ardıcıl olaraq reallaşması müəyyən bir dövrə işarə edir. Aydındır ki, bütün əlamətlərin Hicri təqvimlə XIV əsrin əvvəlindən  (1979-1980) etibarən tam ardıcıllıqla meydana çıxması, içində olduğumuz dövrün Hz. Mehdinin artıq yer üzündə mövcud olduğunu çox dəqiq şəkildə ortaya qoyur. (Ən doğrusunu Allah bilir.)

Məsih Dəccal Fəaliyyətdə…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma