Peyğəmbərimizin (s.ə.v.) Göstərdiyi Yola Uyğun Hərəkət Etmək


Peyğəmbərimiz (s.ə.v.), hal-hazırda yaşadığımız dövrü əhatə edən axır zaman haqqında ətraflı şəkildə məlumat vermişdir.  Müsəlmanların bir çox çətinlik və əzabla qarşılaşmağı axır zamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Çünki, bu dövr, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi, dinsizliyin geniş şəkildə yayılacağı, materialist və Darvinist ideologiyaların hər yerdə təbliğ ediləcəyi, insanların çoxunun din əxlaqından uzaqlaşacağı, səmimi olaraq iman edənlərin sayca çox az olacağı, Allahın açıq-aşkar inkar ediləcəyi (Allahı tənzih edirik), İraq və Əfqanıstan kimi müsəlman ölkələrinin işğal ediləcəyi, Qüdsdə müsəlmanların mühasirəyə alınacağı, bir çox İslam ölkəsində höküməti zalımların ələ keçirəcəyi və xalqa zülm edəcəyi, bütün dünyanı anarxiya və terrorun bürüyəcəyi, fitnələrdən biri sona çatmamış digərinin başlayacağı,  günahsız insanların öldürüləcəyi, qadınların və uşaqların qətl ediləcəyi, insanların qorxu və dəhşət içində yaşayacaqları, bütün bunlara baxmayaraq, müsəlmanların dağınıq olacağı bir dövrdür. (Bu mövzuda daha geniş məlumat almaq üçün baxın http://www.ahirizaman.net)

Ancaq Peyğəmbərimiz (s.ə.v.), müsəlmanları, həm  qarşılaşacaqları bu çətinliklərdən xəbərdar etmiş, həm də necə xilas ola biləcəklərini göstərmişdir. Axır zamanda, müsibətlərin ən şiddətli olduğu dövrdə, Allah Hz. Mehdini (ə) göndərərək, İslam aləmini və bütün insanları bu çətin vəziyyətdən qurtaracaq. Hz. Mehdi (ə), Peyğəmbərimizin (s.ə.v.) nəslindən olan, hədislərdə və İslam alimlərinin izahlarında haqqında xəbər verilən, Hicri 1400-cü ildə, yəni bu əsrdə zühur edəcək və insanların xilaskarı olacaq mübarək bir şəxsdir. Rəsulullah (s.ə.v.), Hz. Mehdinin (ə) fiziki xüsusiyyətlərini, necə mübarizə edəcəyini, harada zühur edəcəyini, nə işlər görəcəyini ətraflı şəkildə xəbər vermişdir. Hətta möcüzəvi bir şəkildə, bu mövzuya aid hər kiçik məlumatı da açıqlamışdır. Bu məlumatlara əsasən, Hz. Mehdi (ə), vəzifəsini İstanbulda yerinə yetirəcək, Darvinizm və materializmə qarşı elmi mübarizə aparacaq, insanları din əxlaqından uzaqlaşdıran bütün fitnələri  tamamilə təsirsiz hala gətirəcək, dağınıq halda yaşayan müsəlmanları birləşdirərək Türk-İslam Birliyini quracaq, hər cür haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparacaq, insanların maddi və mənəvi cəhətdən inkişafına vəsilə olacaq, Hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını bütün dünyaya hakim edəcək. Hz. Mehdi, Allahın Hadi (hidayət verən) sifətinin sözün əsl mənasında təcəlli etdiyi, insanların Allahın əmr etdiyi gözəl əxlaqı mükəmməl şəkildə yaşadığı, hər yerdə rüzi-bərəkətin artdığı, xoşbəxtlik, sevinc və sevginin hakim olduğu bir dövrün yaşanmağına vəsilə olacaq. (Daha ətraflı məlumat üçün baxın http://www.hazretimehdi.com)

Buradan belə görünür ki, bu gün İslam aləmində yaşanan əzab-əziyyətlər, dünyada baş alıb gedən anarxiya və fitnə bu mübarək şəxsin gəlişini xəbər verən bir əlamətdir. Peyğəmbərimizin (s.ə.v.), Hz. Mehdinin (ə) zühurunu xəbər verən əlamətlər olaraq sadaladığı hadisələrin hər biri, Hicri 1400-cü ildən etibarən ard-arda həyata keçir. Xəbər verildiyi şəkildə, Fərat çayının qarşısı kəsilib, İran-İraq müharibəsi baş verib, Kəbədə qanlı basqın olub, Ramazan ayında 15 günlük fasilə ilə Ay və Günəş tutulmaları olub, Əfqanıstan və İraq işğal edilib, Bağdad alovlara bürünüb, Halley Kometası görünüb, İraqın Küveyti işğalı əsnasında neft quyularında baş verən yanğın nəticəsində şərqdən bir alov görünüb, 11 Sentyabrda Amerikada yerləşən ticarət mərkəzinə təşkil edilən terror hadisəsi nəticəsində tozlu, dumanlı, qaranlıq bir fitnə olub, Şam və Misir məlikləri öldürülüb, Azərbaycan işğal edilib, iki quyruqlu olan və digər ulduzların hərəkət istiqamətinin əksinə hərəkət edən Lulin kometası görülüb. Bu və bunun kimi yüzlərlə əlamət həyata keçib. Bütün bu hadisələr Hz. Mehdi (əs) dövründə yaşadığımızı göstərir.

Axır zamana aid əlamətlərin həyata keçdiyi bir dövrdə yaşayıb, Hz. Mehdini (ə) axtarmamaq, onun yanında İslam aləminin birliyi, bərabərliyi, xilası üçün səy göstərməmək, Peyğəmbərimizə (s.ə.v.) itaət edən, səmimi bir müsəlmanın edəcəyi hərəkət deyil. Bütün İslam aləmi, Hz. Mehdi (ə) dövründə olduğundan xəbərdar olmalı və bunun verdiyi şövq və həyəcanla birlikdə Hz. Mehdini (ə) axtarıb tapmalı və Onun vəsiləsi ilə dünyanı sülhə və əmin-amanlığa qovuşdurmaq üçün əlindən gələni etməlidir. Unutmamalıyıq ki, Hz. Mehdinin (ə) zühuru və İslam əxlaqının yer üzünə hakim olmağı Allahın verdiyi sözdür. İnsanlar Hz. Mehdiyə (ə) kömək etsələr də, etməsələrdə Allah Onu qalib edəcək, dinsizliyin bütün fitnələrini onun vəsiləsi ilə ortadan qaldıracaq və İslam əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin (ə) köməkçilərindən olmaq üçün niyyət edib, səy göstərən, Türk-İslam dünyasının birləşməsini istəyən və dünyanın hər yerində əzab-əziyyətlə qarşılaşan müsəlmanlar üçün mübarizə aparan hər kəs əslində öz nəfsi ilə mübarizə edir. Rəbbimizin Ənkəbut Surəsində buyurduğu kimi:

” Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir.” (Ənkəbut Surəsi, 6)

Peyğəmbərimizin (s.ə.v.) Göstərdiyi Yola Uyğun Hərəkət Etmək” üzərinə 4 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma