Ağacdələnin Başındakı Mexaniki Sistem Allahın Sonsuz Yaratma Gücünün Bir Nümunəsidir


Bir insan başını möhkəm bir betona dalbadal, saniyədə 10-15 dəfə, sürətli bir şəkildə vurduğunda bunun nə nəticə verəcəyini təxmin edə bilərik. Böyük ehtimalla beyində ciddi bir zədə, beyin qanaması, ciddi bir zədələnilmə meydana gələcək, hətta bu vəziyyət ölümlə nəticələnəcək. Zehnimizdə canlandırıldığımızda son dərəcə təhlükəli olan bu hadisə, bu əməliyyatı hər zaman icra edən ağacdələn üçün son dərəcə normal qarşılanır. Və bunu icra edənin bir ağacdələn olduğunu bilərkən, mövzunun bütün təfərruatında Allahın sonsuz və mükəmməl ağılının təcəllilərini görürük. Əgər Uca Rəbbimiz Allah, ağacdələni başındakı özünəməxsus, möhtəşəm mexaniki sistem ilə yaratmasaydı, eyni hadisə onun üçün də öldürücü dərəcədə təhlükəli ola bilərdi.

Bilindiyi kimi ağacdələnlər, yuva qurmaq və yemək tapmaq üçün, ağac qabıqlarına ardıcıl vuruşlar edərlər. Bəziləri bir saniyədə 15-20 vuruş edir. Quşun iki vuruşu arasındakı zaman fərqi, bir saniyədən daha azdır. Quşun dimdiyi hər dəfə ağaca çarpdığında başı böyük bir sarsıntıya uğrayar. Buradakı qeyri-adilik isə, bu şiddətli sarsıntıya baxmayaraq beynin ən kiçik bir zərərə məruz qalmamasıdır. Bəs bu, necə mümkün ola bilər? Belə şiddətli və dalbadal davam edən bir sarsıntı nəticəsində necə olur ki, beyin kiçik də olsa zərər görməz?

Burada Allahın sərhədsiz, sonsuz ağılı və sonsuz şəfqətiylə dolu bir yaratma sənəti ilə qarşılaşarıq.

Ağacdələnin gilas böyüklüyündə bir beyni vardır və bu sarsıntılardan təsirlənməməsinin sirri boyun əzələlərindədir. Vurmağa başladığı anda, baş və dimdiyi tam bir istiqamət üzərinə doğru gəlirlər. Burada meydana gələcək ən kiçik bir hadisə, quş üçün həyati təhlükə meydana gətirə bilər və beynində cırılma-dağılma meydana gətirə bilər. Ancaq yaranan bu mükəmməl düzgünlük, quşun zərər görməməsinin səbəblərindən biridir. Quşların çoxusunda kəllə sümükləri bir-birinə yapışıqdır, dimdik isə çənənin hərəkətiylə açılır. Halbuki ağacdələnlərdə vəziyyət fərqlidir. Dimdik və kəllə vuruş əsnasında yaranan süngərvarı bir maddə ilə bir-birindən ayrılmışdır. Hətta bu maddəyə “şok əmici” deyilir. Bu şəkildə adlandırılması, çox qısa fasilələrlə yaranan şokları əmə bilməsindən irəli gəlir. Bu maddə, hər vuruşda yaranan bir maddəni əmib bir sonrakı maddəni qarşılayacaq vəziyyətə gələ bilir. Üstəlik bunu saniyədə 15-20 vuruşun edildiyi şərtlərdə bacarır.

Açıq aşkar görünür ki, bu maddə müasir texnologiyanın nail olduğu bütün analoqlardan üstündür. Ağacdələnin kəllə və üst dimdiyinin fövqəladə bir üsulla bir-birinə bağlanması, hər vuruşda beyninin olduğu hissənin dimdikdən uzaqlaşmasını və beləcə şok əmici ikinci bir mexanizmin meydana gəlməsini təmin edir.

Buradakı bütün təfsilat, iman edən bir adamın imanının daha da dərinləşməsinə, bir çox adamın da Allahın gücünə şahid olaraq iman etməsinə səbəb olan yaradılış dəlilləridir. Ağacdələnin var olduğu ilk gündən bəri bu xüsusiyyətləriylə, quruluşundakı bu mükəmməl sistemlə yaradan, sonsuz güc sahibi olan Allahdır. Allahın yaratdığı ilk ağacdələn də, bu an hələ də yaşayan bir ağacdələnlə də eyni xüsusiyyətlərə malikdir. Bütün bu məlumatlar, insanları Allahın qüsursuz, çox müxtəlif, təfərruatlarla dolu, mükəmməl yaratma sənətini düşünməyə təşviq edir. Allah Quranda iman edənlərin göylərdə, yerdə, ikisinin arasında və öz nəfslərində yaradılan bu mükəmməllikləri düşünmələrini bildirmişdir. Mömin bunları düşünməklə imanıda dərinləşir, hər işində Allaha yönəlir, sonsuz qüdrət sahibi olan Rəbbimiz Allahın hər şeyi bənzərsiz yaratdığına, yaratmaqda tayı-bərabəri və bənzəri olmadığına bir daha şahid olar.

Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. (Casiyə surəsi, 3-4)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma