Cənnətin Möhtəşəm Gözəlliklərindən Bəziləri


İnsanın ruhu gözəllikdən, təmizlikdən, nizamdan, zövq alacaq şəkildə yaradılmışdır. Allah bütün bu gözəllikləri fövqəladə bir mükəmməlliyin və ehtişamın hökm sürəcəyi Cənnətdə, dünyadakı əməllərindən razı olduğu qullarına nəsib edəcək.

Bizlər Cənnətdəki mükəmməlliyi təfəkkür etmək istədiyimizdə dünyanın ən gözəl mənzərələrini, ən dəbdəbəli məkanlarını zehinimizdə canlandırarıq. Amma şübhəsiz  ki, dünyanın ən gözəl məkanlarının da bir sıra qüsurları vardır və dünyadakı ən gözəl şəhər belə  gözəl və ehtişamlı olan Cənnət şəhərlərinin yanında son dərəcə bəsitdir. Belə ki, qüsursuzluq ancaq Cənnətə məxsus bir xüsusiyyətdir.

Cənnət dünyada bildiyimiz və narahatlığını hiss etdiyimiz heç bir əskikliyin, qüsurun, acizliyin olmadığı mükəmməl bir məkandır. İnsanın yatmağa ehtiyacı qalmayacaq, təmizlənməyə lüzum qalmayacaq, idman edib müxtəlif fəaliyyətlərdə olsa belə yorğunluq hiss etməyəcək, aclıq hiss etmədiyi kimi istədiyi qədər sevdiyi şeylərdən yesə də toxluq hiss edib yediklərində görə narahatlıq hiss etməyəcək, heç kimdən narahat olacağı rəftar və söz eşitməyəcək, qısqanclıq, hirs, kin, yalan kimi heç bir çirkinliyin olmadığı, hara baxsa gözəllik, nemət, hara baxsa ancaq rahatlıq və gözəllik olduğu bir məkan olacaq.

Rəbbimiz Allahın

(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.” (İnsan surəsi, 20)

ayəsiylə təsvir etdiyi Cənnət, qiymətli daşlarla bəzənmiş köşklər, saraylar və yaşıllıqlarla bərabər, çiçəklərlə bürünmüş bağçalar, arxlar və çaylar formasında sularla bəzənmiş son dərəcə gözəl şəhərlərdən ibarətdir. Bu həqiqəti Peyğəmbər Əfəndimiz (s.ə.v) bir hədisində belə ifadə etmişdir:

“Cənnətdə qızıldan bir dirək və üzərində zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) şəhərlər vardır ki, onlar Cənnətə ulduzlar kimi işıq verərlər…” (Ramiz əl-Ehadis-1, s. 125/6)

Halbuki, bəzi insanlar Cənnətin yalnız ucsuz-bucaqsız yaşıllıq ərazilərdən, ağır-ağır axan şəlalələr və ya axar sulardan ibarət olduğunu düşünürlər. Halbuki Cənnətdəki gözəlliklər yalnız bunlardan ibarət deyil. Necə ki, Quranda və Peyğəmbər Əfəndimizin (s.ə.v) hədislərində Cənnətin xəyallarımızın fövqündə sonsuz gözəllikdə bir yer olduğu xəbər verilir. Bu təsvirlərdən aydın olduğu kimi Cənnət zənginliyin, texnologiyanın, ehtişamın və bir çox nemətin ən çox  var olduğu bir yer olacaq. Ayədə bildirildiyi kimi

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.… ” (Ali-İmran surəsi, 133)

Cənnət, dünyadakına bənzər, yeri, göyü, hətta başqa hədislərdə ifadə edildiyi kimi küçələri, bazarları və normal bir həyat axımı olan, amma dünyadan fərqli olaraq tam qüsursuz şəkildə yaradılmış bir yerdir.

Cənnətdə dünyadakına bənzər nemətlər olacaq, ancaq bu nemətlər dünyadakıyla müqayisə edilə bilməyəcək şəkildə qüsursuz və mükəmməl olacaq. Məsələn, Cənnət yeməkləri və içkiləri dünyadakılarla müqayisə edilə bilməyəcək qədər ləzzətli, son dərəcə möhtəşəmdir. Bundan əlavə burada aclıq, susuzluq kimi acizliklər yoxdur və Cənnət əhlinə hər istədiklərində nəfslərinin xoşuna gələcək fövqəladə ləzzətli yeməklərlə və sərxoş etməyən son dərəcə xoş dadı olan içkilərlə ruzi veriləcək. Cənnət yeməkləri və içkiləri heç zaman tükənməyəcək, sonsuza qədər böyük bir bolluq və bərəkət hökm sürəcək.

Rəbbimiz Allahdan başqa bir lütf olaraq Cənnət əhli bu yemək və içkiləri heç bir şəkildə narahatlıq hiss etmədən, dilədiyi qədər yeyə biləcək. Digər yandan yeməyin bişməsini və ya meyvənin yetişməsini gözləmək, meyvələri, tərəvəzləri yemədən əvvəl yumaq məcburiyyətində olmaq kimi dünyəvi əskikliklər də Cənnətdə mövcud deyil. Cənnətdə bir yeməyi yemək istəyən insan, onu ağılından keçirdiyi anda ikən yeməyi ən mükəmməl halıyla qarşısında görəcək, meyvələri tərtəmiz olaraq budaqdan qoparıb yemək, qopardığı meyvənin yerində isə dərhal yenisini görəcək.

(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (İnsan surəsi, 21)

ayəsiylə xəbər verdiyi kimi, Cənnət əhlinin geyəcəkləri müxtəlif rənglərdə atlas və ipək kimi ən keyfiyyətli parçalardan olacaq. Peyğəmbər Əfəndimizin (s.ə.v) Cənnət geyimlərinin bu xüsusiyyətlərinə diqqət çəkdiyi bir hədisi belədir:

“… Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötəri narahat olsun. Sözünün sonu gəlmədən üzərinə daha gözəl bir paltar bürünər…” [Təzkirəti’l Kurtubi, s. 325-326/563]

Uca Allah, Quranda

(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,.” (Vaqiə surəsi, 15) və

Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.” (Fatır surəsi, 33)

ayələriylə Cənnətdə müxtəlif ləl-cəvahirat və qiymətli daşların bolluğundan xəbər verir.

Cənnət neməti olaraq incidən bəhs edilən hədislərdən biri belədir:

“Cənnətliklərin başlarında taclar vardır. Tacdakı tək inci, məşriq (Şərq) ilə məğrib (Qərb) arasını işıqlandırar.” [(Tirmizi), Kutubu Sittə-14, s. 451/6]

Heç şübhəsiz burada qeyd edilənlər Cənnət nemətlərinin ancaq çox az bir qisimidir. Allah Uca Kitabımız Qurani Kərimdə Cənnətə və Cənnət nemətlərinə dair bir çox ayə bildirmiş, bu ayəsində də möminlərə Cənnət üçün yarışmalarını əmr etmişdir:

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. (Ali-İmran surəsi, 133)

Cənnətin Möhtəşəm Gözəlliklərindən Bəziləri” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma