Hər İşimizdə Necə Allaha Yönələ Bilərik?


Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng,  zənginliklərlə dolu, həmişə davam edəcəkmiş hissi oyandıran, bir hadisə bitdiyində yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklər içində yaratmışdır. Əlbəttə dünya həyatının bu cür geniş görünməsi, Allahın sonsuz müxtəliflikdəki yaratma sənətinin bir təzahürüdür.

Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan, Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə bir imani dərinliyə çatmış insan hər işində, hər danışdığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehnində mütəmadi olaraq, “Hansı rəftarı göstərsəm Allahı razı edərəm?” düşüncəsi var.

İnsanın diqqəti hər an dağılmağa, lazımsız fikirlərə məşğul olmağa, boş və mənasız xəyallarda boğulmağa meyillidir. Mömin şüurunu və diqqətini hər zaman Allahı düşünərək, Allahın ən razı olacağı əxlaqı göstərməyə çalışaraq açıq saxlamağa cəhd göstərməlidir. Bir çox insanın, Allahın yaxınlığını unutduğu anlarda belə (Allahı tənzih edirik), Allah sonsuz güc və qüdrətiylə hər şeyi ən incə təfərrüatına qədər ehtiva edir. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

Müsəlman, həyatının hər mərhələsində, Allahın qarşısına sınaq olaraq çıxardığı bütün hadisələrdə, insanların və ya digər səbəblərin yaratdığı xırdalıqlarda ilişib qalmağı deyil, Allaha yönəlməyi hədəfləməlidir. Uca Rəbbimiz Allah, Quranda insanların sınanması üçün leyhimizə və ya əleyhimizə kimi görünən müxtəlif hadisələr yaratdığını bildirir. Çətinliklər Allahdan bir sınaq olduğu kimi, gözəlliklər və nemətlər də eyni şəkildə insan üçün bir imtahandır. İnsan necə çətinlik və çətinliklərin Allahdan xüsusi hikmətə əsasən verildiyini bilib Allaha yönəlirsə, eyni şəkildə Allahın verdiyi nemətlər və gözəlliklər qarşısında da eyni rəftarı göstərməli və Allaha yönəlməlidir. Uca Rəbbimiz Allah Qurani Kərimdə hər hadisədə Ona yönəlməyin üstün  əxlaq olduğunu belə bildirir:

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Sad Surəsi, 30)

Allah Quranda bizi çətinliklərlə sınayacağını bildirir. Belə anlarda təqva sahibi  müsəlman, ixlasla, şövqlə Allaha yönəlməlidir. Allahın onu sınadığını bilməklə onun Allaha olan sevgisi daha da artar, səbrin və əxlaqın ən gözəlini yaşayaraq Allaha olan sevgisini yenidən göstərər. Allah insana, müxtəlif xeyir və hikmətlərlə, fiziki və ya mənəvi çətinlik verə bilər. Müsəlman Allah üçün səbr etməyin rahatlığıyla bundan da böyük mənəvi həzz alar. Kənardan baxıldığında bəlkə dözülməz çətinlik kimi görünən vəziyyət, şiddətli Allah sevgisiylə, coşğun Allah eşqiylə müsəlman üçün nemətə çevrilər.

Eynilə xəstəliklər də müsəlman üçün imtahanın bir hissəsidir. Allah  insanı xəstəliklə sınadığında, müsəlmanın etdiyi hər hərəkət, bunu səbr edərək etdiyi üçün daha da dəyər qazanar. Xəstəliklə birlikdə, müsəlman bütün səmimiyyətiylə Allaha sığınar, Allahın gücünün hər şeydən üstün olduğunu və Allahın sonsuz gücü qarşısındakı acizliyini bir daha anlayar. Daha dərin və Allahın qüdrətini düşünərək dua edər, səmimiyyətlə Allaha olan yaxınlığı artar. Səbr etdiyi hər an Allahın onu çox sevdiyini, Allahın razı olduğu  insan olmağı ümid edərək yaşayar.

Eynilə yoxluq və var-dövlətin azaldılması kimi imtahanlarla qarşılaşan bir müsəlman da bu vəziyyəti Allahın bir çox hikmət və xeyirlə yaratdığını bilir. Allahın bu vəziyyəti yaratdığı andan etibarən, o anda özü üçün varlığın deyil, yoxluğun gərəkli olduğunu anlayır. Bütün şərtləri yaradanın Allah olduğunu və yenə  istəsə bütün bunları ancaq Allahın dəyişdirəcəyini bilir. Allahın köməyini ümid edərək yenə Allaha sığınır.

İnsan həyatı boyunca bir çox mənfi münasibət, söz və hərəkətə də məruz qala bilər. Müsəlman eşitdiyi hər sözü Allahın diləməsiylə eşitdiyini, daha o doğulmadan nələri eşidəcəyinin hər hərfinə qədər qədərində təyin olunduğunu, bunların kamilləşməsi üçün Allahdan xüsusi olaraq verildiyini düşünər. Və bütün bunlar Allaha olan yaxınlığının artmasına səbəb olar.

Ani və gözlənilməz hadisələr ilə qarşılaşdığında da mömin daim Allaha təvəkküllü, reallaşan hər şeyin Allahın mütləq idarəsi altında olduğunu bilərək hərəkət edər. Bunun kimi hadisələrdə dərhal Allahı düşünüb, Allahın sonsuz qüdrətini xatırlayıb, Allaha yönəlməsinə səbəb olar.

İnsan belə vəziyyətlərdə hər şeyi ən incə xırdalıqlarına qədər Allahın yaratdığını, hər şeyin Onun o an gördüyü və ya görə bilmədiyi bir çox hikmətlərlə dolu olduğunu mütləq bilməlidir. Təqva sahibi müsəlman belə vəziyyətdə “Allah belə bir hadisə yaradaraq mənim bu hadisədəki hikmətləri görməyimi, imanımın artmasını, yetkinləşməyimi, Allaha daha güclü və səmimi bir təslimiyyətlə bağlanmağımı istəyir” deyərək Allaha yönələr.

Gün ərzində də Allah qarşımıza bir çox müxtəlif hadisə və insan çıxarır. İnsanın planlaşdırdığı işlərin gedişatı dəyişib başqa cür ola bilər, istədiyi işlər reallaşmaya bilər, çox əhəmiyyətli bir yerə çox sadə səbəbə görə gecikə bilər ya da getməyə bilər. Çox əhəmiyyətli əşyanı ya da sənədi itirə bilər, tapşırdığı işi həyata keçməyə bilər. Gün ərzində yaşanan bu və digər hadisələrdə Allaha yönələrək, Allahdan hər işin və hər hadisənin ən xeyirli şəkildə nəticələnməsini istəmək, Allahın bizdən istədiyi bütün səbəblərəri nəzərə alaraq, hər işin nəticəsini mütləq Allaha buraxmaq lazımdır. Müsəlman belə anlarda da Allahın sonsuz ağılına, mərhəmətinə, şəfqətinə və yaratmadasındakı sonsuz qüdrətinə təslim olar, Allahın yaratdığı hər hadisənin öz qədərində ən mükəmməli olduğuna inanıb güvənər. Allah insanları çətinliklər və xəstəliklərdən başqa nemətlərlə də sınağa çəkə bilər. İmtahan zamanı insana mal, mülk, gözəllik, sağlamlıq və hər cür neməti verə bilər. Müsəlmanın gözəlliklər qarşısındaki rəftarı da eynilə çətinliklər qarşısında olduğu kimi Allahın onu sınadığından xəbərdar şəkildə hərəkət edər. Allahın verdiyi nemətlərə ən gözəl şəkildə şükr etməyə, bütün nemətlər üçün Allaha təşəkkür etməyə, nemətlər ilə Allahın gücünü, yaratma sənətini, şəfqətini, mərhəmətini həmişə xatırlamağa cəhd göstərər. Qarşılaşdığı hər gözəllikdə daim Allaha yönələr. Nemətlər ona həmişə Allahı düşündürər, Allahın sonsuz rəhmət sahibi olduğunu xatırlayar.

Dərin bir imana, güclü bir Allah qorxusuna və Allah sevgisinə sahib olan bir müsəlman, ürəyinin daim Allah ilə birlikdə olmasından qaynaqlanan bir ruh halı içindədir. İşlərində, söhbətlərində, hərəkətlərində Allahın gücünə sığınaraq, Allahın sonsuz ağılına təslim olaraq və Allah eşqini hiss edərək yaşayar. Ürəyində və dilində daim Allah vardır. Ruhu Allaha eşqilə, şövqlə və istəyərək yönələr.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma