İnsanın Bir Damlasını Belə Meydana Gətirə Bilmədiyi Nemət: Su


İnsanın əlində bütün xammallar olmasına baxmayaraq, meydana gətirə bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su, insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir. Suyun meydana gəlməsini bir laboratoriyada müşahidə edə bilməz, onu meydana gətirə bilmərik. Su, dünyanın meydana gəlişi əsnasında xüsusi olaraq meydana gəlmiş və canlılara təqdim edilmişdir. O vaxtdan bu vaxta kimi canlıların həyatda qalmasını təmin edən su, həmin o sudur.

Susuz həyatın mövcud olması mümkün deyil. Su, həyatın əsas ünsürü kimi Allahın xüsusi olaraq yaratdığı, hər növ fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün var etdiyi bir maddədir. Yer üzündəki milyonlarla növ canlı bu su sayəsində həyatlarını davam etdirir, həyat üçün lazımi  tarazlıqlar da suyun varlığı sayəsində davamlılığını qoruyur.

Su, bilindiyi kimi iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan molekuldur. Təbiətdə oksigen və hidrogen atomlarına çox miqdarda rast gəlinir. Amma bunlar heç zaman bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirməzlər. Hidrogen və oksigen atomlarının biryerə gələrək suyu meydana gətirmək üçün sürətlə toqquşmalıdırlar.  Toqquşma əsnasında hidrogen və oksigen atomlarını meydana gətirən bağlar zəifləyir və bu atomlar yeni bir molekul olan suyu meydana gətirmək üzrə birləşirlər. Suyu meydana gətirmək üçün zəruri olan bu toqquşma, ancaq çox yüksək temperaturda və yüksək enerji səviyyəsində baş verir. İndi yer üzündə suyu meydana gətirəcək qədər yüksək istilik yoxdur. Bu səbəbdən də yeni su molekullarının meydana gəlməsi qeyri-mümkündür. Dünyada hal-hazırda mövcud olan, içdiyimiz, istifadə etdiyimiz, dənizləri, okeanları meydana gətirən su, dünyanın yaradılışı dövründəki yüksək istilik nəticəsində  yaranan sudur. Ancaq suyun möcüzəvi xüsusiyyətləri bunlarla məhdud deyil.

Suyun heyran edici xüsusiyyətləri

Suyun xüsusilə istiliklə əlaqədar (termal) xüsusiyyətləri dünyada həyatın davamlılığında böyük rol oynayır. Bunlardan bir neçəsini  belə qeyd edə  bilərik:

Üstdən Donma Xüsusiyyəti: Bizə məlum olan bütün mayelər istilikləri azaldıqca sıxılır, həcmini itirir. Həcm azalınca sıxlıq artır, bu sayədə soyuq olan hissə daha ağır hala gəlir. Buna görə maye maddələrin bərk-qatı halları, maye hallarına görə daha ağırdır. Amma su, bizə məlum olan bütün mayelərin əksinə, müəyyən bir istiliyə (+4°C-yə) enənə qədər sıxılır, daha sonra birdən-birə genişlənməyə başlayır. Donduğunda isə daha da genişlənir. Bu səbəblə suyun qatı halı, maye halından daha yüngüldür. Yəni buz, əslində “normal” fizika qanunlarına görə suyun dibinə batmalıykən, əksinə buz su üstündə üzür. Suyun bu xüsusiyyəti dünyadakı dənizlər üçün çox əhəmiyyətlidir. Əgər bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, dünya üzərindəki suyun böyük hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə heç bir həyat qalmayacaqdı.

Gizli istilik xüsusiyyəti: Buz əridiyində ya da su buxarlaşdığında, ətrafdan istilik çəkilir. Bunun tərsi reallaşdığında isə, çölə istilik verilir. Bu, “gizli istilik” olaraq tanınan anlayışdır. Bütün mayelərin gizli istilikləri vardır. Ancaq suyun gizli istiliyi, bildiyimiz bütün mayelərin ən yüksəyi sayıla bilər. Bundan əlavə suyun “termal tutumu”, yəni suyun istiliyini bir dərəcə artırmaq üçün lazım olan istilik miqdarı, bildiyimiz digər mayelərin bir çoxundan yüksəkdir.

İstilik fərqini  tarazlıqlama xüsusiyyəti: Suyun gizli istiliyinin və termal tutumunun digər mayelərə görə çox yüksək olması da dənizlərin quru sahələrə görə daha gec istilənib daha gec soyumalarını təmin edir. Bu səbəblə Dünyada quru üzərindəki temperatur fərqi ən isti yer ilə ən soyuq yer arasında 140°C-yə qədər olarkən, dənizlərin istilik fərqliliyi ən çox 15-20°C arasında dəyişir. Eyni vəziyyət gecə-gündüz arasındakı istilik fərqində də yaşanır. Quruda gecə ilə gündüz arasındakı fərq quraqlıq ərazilərdə 20-30°C-ye qədər yuksələrkən, dənizlərdə ən çox bir neçə dərəcəlik bir istilik fərqi olur. Sırf dənizlər deyil, atmosferdəki su buxarı da böyük tarazlıq yaradır. Gecə ilə gündüz arasındakı istilik fərqinin, su buxarının çox az olduğu səhra və çöllərdə daha çox, dəniz iqlimi olan yerlərdə isə daha az olması bu səbəblədir.

İstilik çatdırmaq xüsusiyyəti: Bundan əlavə suyun termal keçiriciliyi, yəni istiliyi ötürmək qabiliyyəti də bizə məlim olan bütün mayelərdən ən az dörd qat daha yüksəkdir. Buzun və qarın termal keçiricilikləri isə aşağıdır. Suyun bu xüsusiyyəti də çox böyük əhəmiyyət kəsb edir. Buz, havadakı soyuğu altındakı su təbəqəsinə çox az ötürür. Beləcə çöldəki hava -50°C olsa belə  dənizin üstündəki buz təbəqəsinin qalınılığı 1-2 metri keçməyəcək. Morjlar, pinqvinlər və digər qütb heyvanları bu sayədə dənizin üstündəki buzu deşib altdakı suya çata bilirlər.

Suyun bu özünə xas termal xüsusiyyətləri sayəsində, qış ilə yaz ya da gecə ilə gündüz arasındakı istilik fərqi daim insanların və digər canlıların yaşaya biləcəyi sərhəddədir. Dünya üzərindəki su miqdarı quruya nisbətlə daha az olsaydı, gecə ilə gündüz temperaturlar arasındakı fərq çox artacaq, yerin böyük qisimi səhralığa- çölə dönəcək və yaşamaq qeyri-mümkün hala gələcək, ya da  çox çətinləşəcəkdi.

Okeanların varlığını düşünək. Okeanlar günəş şüalarını qurudan daha az əks etdirir, beləcə qurudan daha çox günəş enerjisi alır, amma bu istiliyi öz içində balanslı şəkildə paylayır. Bu sayədə okeanlar daha isti olan ekvator bölgələrini sərinləşdirərək həddindən artıq isti olmalarına, qütb bölgələrinin soyuq sularını da istilədərək həddindən artıq soyuq olmalarına və bunun nəticəsində də tamamilə donmalarına mane olur. Əgər belə olmasaydı nə olardı?

Su “Normal” davransaydı nə olardı?

Su “normal” davransaydı, bütün digər mayelər kimi onun da istilik itkisinə paralel olaraq sıxlığı artsaydı, yəni buz suyun dibinə batsaydı nə olardı?

Bu vəziyyətdə okeanlar, dənizlər və göllərdə, donma altdan başlayacaqdı. Altdan başlayan donma, səthdə soyuğu kəsəcək buz təbəqəsi olmadığı üçün, yuxarı doğru davam edəcəkdi. Bu halda dünyadakı göllərin, dənizlərin və okeanların böyük hissəsi nəhəng buz kütləsi halına gələcəkdi. Dənizlərin səthində yalnız bir neçə metrlik bir su təbəqəsi qalacaq və havanın istiliyi artsa belə, dibdəki buz əsla əriməyəcəkdi. Belə bir Dünyanın dənizlərində heç bir canlı yaşaya bilməzdi. Dənizlərin ölü olduğu bir ekoloji sistemdə quru canlılarının varlığı da mümkün ola bilməzdi. Qısacası Dünya, əgər su “normal” davransaydı, ölü bir planet olacaqdı.

Suyun niyə “normal” davranmadığı, yəni 4°C-yə qədər sıxıldıqdan sonra niyə birdən-birə genişlənməyə başladığı isə, heç kimin cavablandıra bilmədiyi bir sualdır. Bir neçəsini sadaladığımız bu xüsusiyyətlər, bu mayenin insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərməkdədir. Başqa heç bir planetdə belə bir su kütləsinin olmaması, bunun yalnız Dünyada olması əlbəttə ki təsadüfi deyil. İnsan həyatı üçün xüsusi olaraq yaradılan Dünya, yenə xüsusi olaraq yaradılmış suyla canlandırılmışdır. Bütün canlılar üçün böyük bir nemət olaraq suyu yaradan Allahdır.

Allah Vaqiə surəsində belə buyurur:

Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə Surəsi, 68-70)

Suyun mövcudluğu üzərində düşünməyin əhəmiyyəti

Günəş sistemindəki digər 63 göy cisimindən heç birində həyatın təməl şərti olan su yoxdur. Halbuki yer səthinin böyük hissəsi sularla örtülüdür. Okeanlar və dənizlər, Yer səthinin cəmi dörddə üçünü tutur. Digər tərəfdən qurularda da çox sayda göl və çaylar vardır. Yüksək dağların zirvələrini örtən qar isə suyun donmuş halıdır. Dünyadakı suyun əhəmiyyətli bir hissəsi də səmadadır. Buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir qisimi də bir mddət sonra damlalar halında yerə enir, yəni yağış olur. Bu an tənəffüs etdiyimiz havanın içində də müəyyən miqdarda su buxarı vardır.

Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, kranı açdığınızda axan içdiyimiz su… İnsanların böyük qismi suyun varlığına o qədər vərdiş edib ki yer üzünün böyük hissəsinin sularla əhatəli olmasının əhəmiyyətini bəlkə də heç düşünmür. Halbuki su kosmosda həqiqətən də çox nadir halda rast gəlinən bir tərkibdir. Bu səbəblə bizə məlum olan bütün göy cisimlərinin içində yalnız Dünyada suyun mövcud olması, həm də bu suların içilməyə yararlı xüsusiyyətdə olması son dərəcə möcüzəvi bir haldır.

İnsan qidasız 1-2 həftə yaşaya bildiyi halda su içmədən 3-4 gündən daha çox yaşaya bilməz. 55-75%-i sudan ibarət olan insan bədənində, tərləmə və tənəffüs kimi fəaliyyətlərlə gündə 2-3 litr su itirilir. İtirilən su, susama hissinindən sonra içilən su ilə kompensasiya edilir.

Bədənimizdəki su dedektivi hipotalamus

Bədənimizdə, insan orqanizmi üçün bu çox əhəmiyyətli olan suyun miqdarında gün ərzində reallaşan ən kiçik dəyişiklikləri də hiss edən sistemlər var. Bunların ən əsası, beynimizin noxud dənəsi böyüklüyündə olan hipotalamus deyilən hissədir. Hipotalamus, qanda su nisbəti azaldığında bunu dərhal hiss edir və buna qarşı hipotalamusun alt hissəsində yerləşən 1 sm3 böyüklüyündəki hipofiz adlı vəz, “ADH” adlı bir hormon ifraz edir.

Bu hormon qan dövranı ilə uzun bir səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir kilidin bir açara uyğunluğu kimi məhz bu hormona uyğun xüsusi qəbuledicilər var. Hormonlar bu alıcılara çatdıqları anda böyrəklərdə dərhal suya qənaəti maksimum həddə çatdırılır və suyun ifrazı aşağı səviyyəyə endirilir.

Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi “su istehlakını azaldın” əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içmək məcburiyyətində qalardıq.

Su, bütün canlılar üçün olduğu kimi insanlar üçün də ən əhəmiyyətli həyat qaynağıdır. Bədən istiliyinin nizamlanması, qida maddələri və oksigenin daşınması, tullantı maddələrin hüceyrələrdən uzaqlaşdırılması və həzmin asanlaşdırılması kimi insan bədənində reallaşan demək olar ki hər prosesdə iştirak edir. Bundan əlavə orqan və hüceyrələrin qorunmasını təmin edir. Məsələn hüceyrələrimizi əhatə edən suyun yalnız iki faizini itirdiyimizdə təxminən 20%-lik bir enerji itkisinə məruz qalarıq və bu da əldən düşməyimizə, yorğunluq hiss etməyimizə səbəb olar. Yalnız bu belə suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.

 

İnsanın Bir Damlasını Belə Meydana Gətirə Bilmədiyi Nemət: Su” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma