Molekulların Hiss Edilməyən Bombardmanı


Bədənimiz və bütün kainat molekullardan meydana gəlmişdir. Bu molekullar çox böyük sürətlə hərəkət edirl Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi  molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardmanın bizə  ağrı verməsi lazımdır. Çünki aparılan hesablamalar molekulların məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent bir qüvvə yarandığını göstərir. Halbuki, biz heç bir şey hiss etmədən gündəlik həyatımıza rahatlıqla davam edirik. Hətta ətrafımızda  yaranan molekulların bu sürətli hərəkətlərindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır.

Molekul bombardmanını hiss etdiyimiz bir vəziyyət: Külək

Molekulların hərəkəti bəzən bizim hiss edə biləcəyimiz ölçülərə çata bilir. Bu, bəzən bizi üşüdəcək qədər yüngül,  bəzən də  ağacları aşırdacaq, binaları yıxacaq qədər güclü və şiddətli külək ola bilər. Yaxşı, bəs küləyi necə hiss edirik? Küləyi hiss etməyimizin iki səbəbi var.

Havanın itələmə qüvvəsi

Bədənimizin bir tərəfinə hərəkət edən hava molekulları, digər tərəfinə hərəkət edənlərlə nisbətən daha çox itələmə qüvvəsinə sahib ola bilər. Beləliklə, külək istiqamətinə doğru itələnirik. Buna qarşı, əgər havada külək yoxdursa,hər tərəfimizə eyni miqdarda itələmə qüvvəsi tətbiq olunduğundan,ümumi itələmə qüvvəsi sıfırdır. Bu vəziyyətdə molekulların bədənimizə çarpmasının yeganə təsiri üzərimizə tətbiq etdiyi təzyiqdir ki, bu, bədənimizdəki xüsusi quruluş sayəsində asan hiss ediləcək bir  vəziyyət deyil.

Küləyin üşütməsi

Bədənimiz kiçik temperatur dəyişikliklərini asan qəbul etdiyindən meh kimi yüngül hava axınlarını belə qəbul edə bilirik. Açıqda qalan bədənimizin (əl, üz və s.) bir bölgəsi digərlərindən daha çox üşüdüyü üçün, hava axınının haradan gəldiyini də anlaya bilərik. Yaxşı, bəs hava axını bizi niyə üşüdür? Əgər hava axını olmazsa, bədənimizi əhatə edən hava təbəqəsindəki molekullar çox az yer dəyişdirər, biz də bu axını hiss etmərik. Çünki bir saniyə içində milyardlarla çarpma olduğu halda, molekullar ancaq bir santimetrə qədər yer dəyişdirə bilirlər. Lakin küləkdə bədənimizin ətrafındakı hava təbəqəsini meydana gətirən molekulların hamısı itələmə qüvvəsi ilə eyni istiqamətə doğru hərəkət edərək yerlərini daha soyuq havanın almasına səbəb olurlar. Bədənlə təmas edən yeni təbəqə sürətlə istilənəcəyindən, bu vəziyyət temperatur itkimizi artırar.

Digər səbəb küləyin bədənimizi əhatə edən su buxarını uzaqlaşdırmasıdır. Buxarlanma ətrafdan temperatur aldığı üçün üşüməyimizə səbəb olur. Yaş və ya tərli bədənimizdə hava axınlarını daha çox hiss etməyimiz, bədənimizin özünü soyutmaq üçün tərləməsi və  isti şorbaları üfləyərək soyuda bilməyimizin səbəbi məhz budur.

Molekulların bədənimizə çarpdığını niyə hiss etmirik?

Bunun cavabı bədənimizin yaradılış möcüzəsində gizlənib. Çünki beynimizə ağrı siqnallarını göndərən sinirlərimiz, atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə çarpması ilə yaranan təzyiqi siqnala çevirmirlər. Sinir hüceyrələri yalnız kəskin təzyiq dəyişikliyində beyinə siqnal göndərirlər.

Bununla bərabər, Uca Allah sinir hüceyrələrini xarici təsirlərə qarşı böyük bir uzlaşma içində yaratmışdır. Məsələn, qolumuza barmağımızla  davamlı şəkildə bassaq, yaranan ağrı hissinin getdikcə azaldığını və bir müddət sonra tamamilə itdiyini hiss edərik. Şübhəsiz bu, çox böyük bir nemətdir. Əks halda paltarlarımızın meydana gətirəcəyi toxunma hissi, beynimizin ayırd edə bilməyəcəyi qədər çox və lazımsız siqnal göndərər və biz də geyimlərimizdən daim narahat olardıq.

Molekulların hərəkətləri təsadüfi deyil

Mayelərdə bir-birlərinin üzərindən gəlib keçən, qazlarda bir-birlərindən uzaqlaşan, bərk maddələrdə isə bir-birlərinə möhkəm şəkildə yaxınlaşan molekullar Uca Allahın təyin etdiyi  bir nizam  içində hərəkət edirlər. Stəkanı meydana gətirən molekullar heç zaman səbəbsiz yerə dağılıb bir-birlərindən ayrılmazlar. Stəkanı molekullarından ayırmaq üçün müəyyən bir istilik lazımdır.

Suyun molekullara ayrılmasını təmin edən temperatur nisbəti də bəllidir. Amma eyni temperatur, içində su olan qazanı molekullara ayırmaz. Elə bu səbəbdən  də qazanda rahatlıqla su qaynada bilirik. Qazanda molekullarının bir-birlərindən uzaqlaşa bilmələri üçün daha yüksək temperatur lazımdır. Buxara çevrilən su, bir-birindən get-gedə uzaqlaşan molekullardan meydana gəlir. Bir-birindən uzaqlaşan bu molekullar, daim hərəkət halında olduğundan ətrafa asanlıqla yayıla bilir. Mətbəxdə bişən yeməyin qoxusunu da elə bu səbəbdən digər otaqlardan hiss edə  bilirsiniz.

Uca Allah hər şeyi bir ölçüdə yaratmışdır

Elm adamlarının “təbiət qanunu” adını verdikləri bu həssas tarazlıq olmasaydı yer üzündəki heç bir şey, hətta, öz bədənimizdəki zülalları və hüceyrələri meydana gətirən molekullar da daxil olmaqla kainatda heç nə sabit qalmazdı. Bu molekulların sahib olduğu hərəkət sürətlərini və bizə böyük bir sürətlə çarpdıqlarını hiss etsəydik həyat bizim üçün dözülməz dərəcədə çətinləşərdi. Çünki həm ətrafımızı və bədənimizi meydana gətirən molekulların dağılıb ayrılmalarına mane olmağın, həm də çarparaq bizə zərər vermələrinin qarşısını almağa çalışacaq və başqa heç nə edə bilməzdik. Ancaq Uca Allah hər şeyi nizam və  bir-biri ilə qüsursuz bir uzlaşma içində yaratmışdır. Uca Allahın qüdrətinin göstəricisi  bir ayədə belə bildirilir:

Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma