Mədəniyyətlərin ibtidaidən aliyə doğru inkişaf etməsi iddiası təkamülçülərin tarix haqqında uydurduqları yalandır.
Təkamül nəzəriyyəsinin iddialarını və yalanlarını bir kənara qoyub tarixi qaynaq və kəşfləri araşdırsaq, qarşımıza inkişaf etmiş texnologiyalardan istifadə edən mədəniyyətlər çıxar. Qədim Misir, maya və şumerlərdən günümüzə qədər qalan izlər göstərir ki, onlar elektrik, elektrokimya, elektromaqnetizm, meteorologiya, hidrogeologiya, tibb, kimya və fizika kimi elm sahələrindən geniş miqyasda istifadə ediblər.
Qədim Misirdə elektrik daha səmərəli şəkildə istehsal edilir və geniş sahələrdə tətbiq edilirdi. Bağdad batareyası və ilk ark lampaları da o dövrdə istifadə olunmuşdu. Qədim Misirdə elektrik istehsalı bununla məhdudlaşmırdı. Misir tarixinə diqqətlə nəzər salsaq, işıqlandırma sistemindəki mükəmməliyi görərik. Oxumağa davam et