Kvant Fizikası Determinizmi Əsassız Edir

Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. Oxumağa davam et

Doğru Yola Yönəlmənin Sirləri

Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa əməl edərək Allahın yoluna gələnlər cənnətlə mükafatlanan qullardır.

Hər bir insanın özünə görə doğruları və səhvləri olur. Hər bir doğrunun təsbit edilmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəzisi ətrafında gördüyü insanı, bəzisi hər hansı bir siyasətçini, bəziləri də hər hansı bir filosofu özünə rəhbər edir. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa aparacaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərirlər. Quranda bildirilən gözəl əxlaqa tabe olmamaq isə insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək ümidsizliyə, bədbəxtçiliyə və əzaba aparır. Oxumağa davam et

İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir?

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

Bu izlər çılpaq ayaqqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyətli daşıyan bir insanın 20 ədəd və daha kiçin bir insanın 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

Heç şübhəniz olmasın… Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Oxumağa davam et

Təkamülün Mexanizmləri Xəyalidir

Bu gün təkamül nəzəriyyəsi olaraq təyin etdiyimiz neo-Darvinist modeli canlıların iki əsas mexanizm sayəsində təkamülləşdiklərini ortaya qoyur: “Təbii seleksiya” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seleksiya və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamüllü dəyişikliklərin qaynağı canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seleksiya mexanizmi vasitəsilə seçilir, bununla da canlılar təkamülləşir. Çox məqbul bir nəzəriyyə kimi izah edilən bu hekayəni bir az araşdırdığımızda, əslində ortada heç bir təkamül mexanizminin olmadığını görərik. Çünki nə təbii seleksiya, nə də mutasiyalar növlərin təkamülləşmələri və bir-birlərinə çevrilmələri iddiasında ən kiçik rol belə oynamırlar. Oxumağa davam et

Bakteriyalar Danışır!

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün SONARa bənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar.Paket yollayaraq ünsiyyət qurma Oxumağa davam et

Alovu İzolə Edən Möcüzə: AEOROGEL

Kosmik texnologiyada istifadə edilən aerogel silika əsaslı bərk məmulatdır. Milyonlarla kiçik dəlikdən ibarət səthi süngəri xatırladır. 99.8%-i havadan ibarətdir. İşığı keçirən incə quruluşu ona “donmuş duman” adı verilməsinə səbəb olmuşdur.

Ən təkmilləşmiş şüşəlif izolyasiya materialından 39 dəfə çox izolyasiya qabiliyyətinə malikdir.

Aerogellər başqa bir silika (qum) əsaslı maddə olan şüşə ilə müqayisə edildikdə 1000 dəfə çox sıxlığa və dəlikli quruluşa malikdir. Ölçüsü millimetrin milyardda biri qədər olan dəliklər tor kimi materialın içini əhatə edir və dəliklərin ətrafı da başqa məmulat ilə örtülüdür.

Kosmosda dolaşan toz zərrəciklərini tutmaq məqsədilə göndəriləcək Speysdast (kosmik toz) gəmisinə aerogeldən ibarət panel əlavə edildi. Kosmosda böyük sürətlə hərəkət edən toz zərrəcikləri bu panel sayəsində heç bir zədə almadan Yerə gətiriləcək. Oxumağa davam et

Ağaclar Nə Qədər Uzana Bilir?

Şimali Arizona  Universitetindən tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqatda ağacların böyüməsini tənzimləyən faktorları üzə çıxardılar. (Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 April, 2004, sf. 807 – 808), (George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 April 2004, sf. 851 – 854)

Ağacda açıq-aydın dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su sütunları, budaqlar və yarpaqları əmələ gətirəcək formada təşkil olunmuşdur. Hüceyrələr ağacın yaşaması üçün lazımi funksiyaları yerinə yetirən hissələri əmələ gətirir, bu hissələr arasında da sistemli uzlaşma var. Oxumağa davam et