Alovu İzolə Edən Möcüzə: AEOROGEL


Kosmik texnologiyada istifadə edilən aerogel silika əsaslı bərk məmulatdır. Milyonlarla kiçik dəlikdən ibarət səthi süngəri xatırladır. 99.8%-i havadan ibarətdir. İşığı keçirən incə quruluşu ona “donmuş duman” adı verilməsinə səbəb olmuşdur.

Ən təkmilləşmiş şüşəlif izolyasiya materialından 39 dəfə çox izolyasiya qabiliyyətinə malikdir.

Aerogellər başqa bir silika (qum) əsaslı maddə olan şüşə ilə müqayisə edildikdə 1000 dəfə çox sıxlığa və dəlikli quruluşa malikdir. Ölçüsü millimetrin milyardda biri qədər olan dəliklər tor kimi materialın içini əhatə edir və dəliklərin ətrafı da başqa məmulat ilə örtülüdür.

Kosmosda dolaşan toz zərrəciklərini tutmaq məqsədilə göndəriləcək Speysdast (kosmik toz) gəmisinə aerogeldən ibarət panel əlavə edildi. Kosmosda böyük sürətlə hərəkət edən toz zərrəcikləri bu panel sayəsində heç bir zədə almadan Yerə gətiriləcək.

Aerogel məlum olan köpüklərdən və digər izolyasiya maddələrindən daha üstün xüsusiyyətlərə malikdir. Belə ki, oksigen mənbəyilə birbaşa verilən alovu belə izolyasiya edə bilir.

Aerogel necə əldə edilir?

Aerogellər silika əsaslı maye gelin yüksək temperatur və təzyiq altında əvvəlcədən müəyyən edilmiş kritik  dərəcəyə qədər qurudulması ilə əldə edilir. NASA-ya aid Jet Propulsion Laboratoriyalarında istehsal edilən aerogellərin sıxlığı demək olar ki, havanın sıxlığına bərabərdir…

“… yaxın keçmişdə NASA tərəfindən saflaşdırılaraq dünyanın ən yüngül bərk maddəsi kimi dəyərləndirilmişdir. Bəli, bu maddə Ginnesin Rekordlar Kitabına məlum olan ən yüngül bərk maddə kimi daxil oldu. Xüsusi çəkisi 0.00011 olan (havanın xüsusi çəkisi – 0.0004) aerogel görünüş etibarilə bir yerdə toplanaraq dondurulmuş şəffaf və çəkisiz dumana bənzəyir; ancaq bu görünüşün ardında olduqca bərk maddə durur.”

Aerogellərlə əlaqədar xərcləri Amerika hökuməti tərəfindən ödənilən bir layihə həyata keçirilir. Berkeley Laboratoriyalarında həyata keçirilən bu layihədə aerogelləri gündəlik istifadəyə təqdim etmək üçün tədqiqatlar aparılır. Aerogelin təbiətə zərər verməyən quruluşu bu işdə müsbət rol oynayır. Parçalanan aerogel nəticəsində təbiətdə hər an tapılan 100% təbii maddə əmələ gəlir: qum…

Gülləni belə dayandıran güc

Aerogellərin kinetik enerjini udan quruluşu bu maddənin qarşımızdakı illərdə təhlükəsizlik və izolyasiya sahələrində istifadə ediləcəyinə işarə edir. Gələcəkdə avtomobillərdə qəzaların təsirlərinin qarşısını alan aerogelləri görmək təəccüblü olmayacaq. Yaxın gələcəkdə noutbuklar və ya elektron təyyarə idarə mexanizmləri kimi lazımi məmulatların hazırlanmasında aerogellər mühüm yer tutacaq.

Bu gün bir çox elm adamı təbiətdəki möhtəşəm quruluşun fərqinə varmış və bu dizaynlara əsaslanmışdır. Bu sayədə bundan 50 il əvvəl ancaq elmi-fantastik filmlərdə görülən məmulatlar bu gün gündəlik həyatda yer alır.

Uca Rəbbimiz yer üzünə sonsuz sənətinin nümunələrini yaymışdır. Görə bilən bir göz üçün Rəbbimizin sonsuz ağlının, sonsuz biliyinin dəlillərilə doludur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma