Kvant Fizikası Determinizmi Əsassız Edir


Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər.

Paradoks termini ziddiyyətli və qeyri-mümkün vəziyyətləri izah etmək üçün istifadə edilir. Məsələn, yandakı məşhur şəkil paradoksa nümunədir. Əlbəttə ki, şəkilin içindəki elementlərdən olan hər iki əlin bir-birlərini karandaşla çəkərək meydana gəlmələri mümkün deyil. Bu şəkli gördüyünüz zaman şəkilin kənarından birinin bunu çəkdiyini dərhal başa düşərsiniz. Materialistlərin, eləcə də determinizm (səbəbiyyət) fəlsəfəsinə və təkamül nəzəriyyəsinə bağlı olanların düşdüyü vəziyyət də bu şəkilə bənzəyir. Kainatda, eləcə də təbiətdə müşahidə etdiklərini ilk öncə müxtəlif siniflərə ayırır, daha sonra bunların bir-birinin yaradıcısı olduğunu iddia edirlər. Halbuki səbəb olaraq iddia etdikləri anlayışlar da müşahidə etdikləri varlıq siniflərindən biridir. Determinizmin məntiqinə görə bunun da bir səbəbi olmalıdır. Bu səbəbin də bir başqa səbəbi olması zəruridir. Bu da sonsuz ziddiyyət deməkdir.

Ancaq müasir fizika səbəbləri tanrılaşdıran anlayışı təməlindən sarsıdıb. Bu həqiqəti Lorens Sklar (Lawrance Sklar) bu sözləriylə etiraf edir:

“Kvant mexanikası bizə dünyanın ən dərin səviyyədə həqiqətən indeterminist olduğunu göstərdi. (1)

Kvant fizikasının qurucularından olan Maks Bornun bu mövzu barəsində fikirləri belədir: “Mən özüm bu fikirə meylliyəm ki, atomların dünyasında determinizmi tərk etmək zəruridir”. (2)

Determinizmə görə bir cisimin müəyyən andakı vəziyyəti və üzərindəki mexaniki təsirləri bilinsə, o cisimin gələcəkdəki vəziyyətini, yəni mövqeyini və sürətini təsbit etmək mümkündür.

Ancaq atom səviyyəsində aparılan müşahidələr çox maraqlı faktları üzə çıxarmışdır. Məsələn, təcrübə şəraiti hazırlanıb bir elektronun yerinin müəyyən edildiyini fərz edək. Bundan bir saniyə sonra yenidən ölçmələr aparaq. Bu halda bundan bir saniyə sonra elektronun harada olduğuna dair qəti heç bir məlumatımız ola bilməz. Bu qeyri-müəyyənlik determinist fəlsəfəyə bağlananlarda ciddi sarsıntıya səbəb olmuşdur. Bu halda gələcəyə dair heç bir qəti məlumatımız yoxdur.

Mikrodünyada aparılan müşahidələr bunun mühüm həqiqət olduğunu göstərmişdir. Allah hər şeyin yaradıcısıdır, Onun elmi hər şeyi əhatə etmişdir. Ancaq bizim məlumatımız Allahın bizə verdiyi qədərdir.

Bu şəkil klassik mexanika ilə kvant mexanikasını müqayisə edir. Klassik fizikada müəyyən bir təsir nəticəsində müvafiq nəticə əldə edilirsə, kvant fizikasında belə bir vəziyyətdən söhbət getmir. Səbəblər müəyyən bir nəticəni əldə etməkdə çarəsizdir. Eyni səbəblər olduğu halda bir çox fərqli nəticələr müşahidə etmək mümkündür. Bu da səbəbnəticə əlaqəsi olaraq bilinən səbəbiyyət qanunun (determinizmin) artıq etibarlı olmadığını göstərir.

Materialistlər Allahın yaratdığı səbəb-nəticə prinsipini sanki ilahlaşdırmışdılar. Halbuki səbəbləri və nəticələri də Allah yaradır. Kainatın başlanğıcından sonuna qədər bütün səbəb-nəticə əlaqələrini Allah əzəldən təqdir etmişdir. Kvant fizikasındakı nümunələrdən aydın olduğu kimi səbəblərin nəticələri meydana gətirməkdə birbaşa təsirli olmadığını yenə Allah bizə göstərmişdir. Artıq bu mövzu texniki həqiqətdir. Materialist alimlər də istəmədən bunu qəbul etmək vəziyyətində qalıblar.

Materialist bir fizikin aşağıdakı sözləri təəccüblü etirafı ifadə edir:

“Necə olar bilər ki, sonrakı hadisələri hal-hazırkı andan dəqiq olaraq təyin etmək olmur? Bir səbəbin mümkün iki və ya daha çox nəticəsi necə baş verir? Əgər sonrakı hadisələrin seçkimi təbiət qanunlarıyla təyin olunmursa, bu halda kvant hadisəsinin olduğu hər yerdə fövqəltəbii bir gücün (Tanrı) məsələyə müdaxilə etdiyi mənasını verir? Belə suallar müəyyən elmi təhsillə şərtləndirilmiş “təbiət belədir” kimi nəzəri problemlərə vərdiş edən, doğru və yanlış cəhətinə fikir vermədən kvant fizikasının fikirlərini öz fəaliyyətinə və ya araşdırmalarına tətbiq edən fizika tələbələrinin hamısını olmasa da çoxunu narahat edir.”  (3)

Bu sitatdan da göründüyü kimi səbəbiyyət qanunun süqutu nəticəsində materializm ilə ağılı bulanan insanlar belə Allahın varlığını qavramağa başlayırlar. Yenə unutmamaq lazımdır ki, sitatdakı “müəyyən elmi təhsillə şərtləndirilmiş” ifadəsi əslində materialist fəlsəfənin qeyri-şərtsiz qəbul edildiyini göstərir.

Verner Heyzenberq də fizika dünyasında əldə edilən bu nəticəsi belə ifadə edir:

“Son illərdə həmişə bu məsələ üzərində dayanılıb və deyilib ki, müasir atom fizikası səbəbiyyət qanununu aradan götürdü, ən azından gücünün bir hissəsini əlindən aldı. Belə ki, təbiət qanunlarına əsasən dəqiq şəkildə proseslərin təyin olunmasından söhbət gedə bilməz.” (4)

Materializmin və determinizmin qarşılaşdığı qaçınılmaz vəziyyəti isə Pier Russo bu sözləriylə etiraf edir:

“Nəticə etibarilə maddi aləm silinir və yerini qarabasmalar mühitinə verir. Sanki təbiətin təməl cövhərinə barmağımızla toxunmaqdan zövq alırdıq, lakin bu toxunduğumuz şeyin cövhər olmaqdan uzaq olduğunu və daha çox qarmaqarışıq bir geyim olduğunu kədər hissi ilə dərk etdik. Maddə tədqiqat nəzərimizdən qaçır və onu kiçik nöqtələr yığını şəklində təsəvvür edərək yenidən tutmağa çalışırıq. Lakin bu halda da nöqtələrin hər birinin hərəkətini bilməyin qeyri-mümkünlüyü ilə qarşılaşırıq. Bu məğlubiyyətimiz də elmi mümkün edən determinizmi də aparır. Determinizmi yenidən əldə etməyə çalışdıqda bu halda isə maddə geridə ehtimal dalğalarından ibarət iz buraxaraq itir.” (5)

Göründüyü kimi elm dünyası təəccüblü şəkildə əsrlərdir izah edilən ən fundamental həqiqəti əldə edib. Digər tərəfdən cəmiyyətdə yayılan yanlış təsəvvürlər üçün də zəmin qalmayıb.

Mənbələr:

(1)   Philosophy of Physics, Lawrence Sklar, Westview Press, Inc. , 1992, page 213

(2)   Twentieth Century Pyhsics Volume 1, Edited by Laurie M. Brown, Abraham Pais, Sir Brian Pippard, Institute of Physics Publishing Bristol and Philadelphia and American Institute Of Physics Press New York; Chapter 3 Quanta and Quantum Mechanics Helmut Rechenberg, page 199

(3)   Alastair I. M. Rae, Kuantum Fiziği: Yanılsama mı Gerçek mi, Evrim Yayınevi, Sayfa 43

(4)   Çağdaş Fizikte Doğa, Werner Heisenberg, Çan Yayınları, 1968, 37

(5)   Atomlar ve Yıldızlar, Pierre Rousseau, Bilgi Dünyası Koleksiyonu 1. Sayısı, Üçler Basımevi, Sayfa 84

Kvant Fizikası Determinizmi Əsassız Edir” üzərinə 17 şərh

  1. Onlar elmde cevrilis etmek istedikler halda,vaxt israfi ve umidsizliyle qarsilasmalarina sebeb tecrubelerinin birterefli aparilmasindan elave ISLAMdan ve onun KITABindan melumatsiz olmaqlari(ve yaxud etimad gostermemeleri) idi…bes goresen biz bu nemetden laziminca ve qederince istifade ede bilmirik?

  2. Insanin bu heqiqeti butun dunyaya hayqirmagi gelir…
    Belke de peygemberlerin bir cox mocuzelerinin arxasinda da bele heqiqetler dayanir..Axirzaman yaxinlasir, bu heqiqetler askar olunca Quranin esl heqiqetleri de , onu ise bize Agamiz teqdim edecek..insaALLAH

  3. kainatda bas verenleri izah etmek ucun ilahi quvve axtarmaginiz sizin hele kvant fizikasinin heqiqetlerini derk etmekde cetinlik cekdiyinizi belke zekanizin buna imkan vermediyini ve yaxud hele de umumi pisixoloji cercivelerde sixildiginizi aydin edir.her halda meqaleden bu qenaete gelmek olur.hesab edirem kainatda bas verenlerin sebeblerini ele onlarin ozlerinde axtarmaq lazimdir/onlarin izahini ilahi quvveye soykenen meyarlarla izah etmek ise sadece agila sigmazdi

  4. 1 Yaradan Rəbbinin adı ilə oxu!
    2 O, insanı qan laxtasından yaratdı.
    3 Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
    4 O, qələmlə (yazmağı) öyrətdi.
    5 İnsana bilmədiklərini öyrətdi.
    6 Xeyr! İnsan, doğrudan da, həddini aşır,
    7 özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
    8 Axı son dönüşün Rəbbinədir!
    (Ələq surəsi.1-8)

    • Özünü və kainatı dərk etmək istəyən insan ilk növbədə QURANi-KƏRİMi oxuyub fəhm edərək dərk etməlidir.Çünki O, bütün elmlərin açarı və ALLAHa aparan yeganə əsas yoldur.

  5. Eger dediyiniz kimidirse dünyanı yaradan ve idare eden biri varsa, onda onu kim yaratdı. Buna İslami, dini yönden baxmayın xahiş edirem . Eger Tanrı varsa o nece yarandı? Onun da tanrısı var idi? bes o nece yarandı. Axı her şeyin mütleq bir başlanğıcı, bir qığılcımı olmalıdır. Bes o qığılcım nece? Dünyanın sonsuzluğunu bir kenara qoyaq, Başlanğıcı düşünmek daha çetindir.

    • Allah var. Allah yaradılmayıb. Allah sonsuz əvvəl və sonsuz sonra da olacaq. Zaman bizə görə var. Allah üçün zaman yoxdur, bu səbəbdən Allah üçün əvvəl və sonra da yoxdur. “Allahı kim yaradıb?” sualı, Allahı zamanın içinə daxil edərkən ortaya çıxır. Halbuki Allah zamana və məkana bağlı deyil. Əksinə insan üçün zamanı və məkanı yaratmışdır. İnsan isə zamandan, maddədən və məkandan kənar bir şey düşünə bilmir. Daha ətraflı bu məqalədən oxuya bilərsiniz. http://dusunek.net/2010/04/23/zamansizliq-ve-qeder-gerceyi/

      • Burda zamana aid bir şey yoxdur. Bir şeyin var olması üçün başlanğıc nöqtəsi lazımdır. Tanrı o gücü necə qazandı necə tanrı oldu. Sonsuz başlanğıc kelimesi qaranlıq qalır. Başlanğıc olmalıdır. meselen götürek reqemleri. reqemlerin sonu yoxdur sonsuza qeder saya bilersen amma başlanğıcı var 0. ( bildiyiniz kimi elmde (-) anlayışı yoxdur). Ola biler menim zekam o qeder infişaf etmeyib amma men sonsuz başlanğıcı derk ede bilmirem. Başlanğıc olmalıdır fikrimce. Amma nece? hardan gelir bu başlanğıc? Zamana geldikde ele zaman özü de insan ixtirasıdır. Yer güneş ve öz etrafında fırlanır bütün planetler kimi. ve biz buna zaman ( ay, il) adı vermişik. Bu fikre dayanaraq zaman yolculuğunun ( keçmişe ve ya geleceye getmek) da mümkünsüz olduğunu düşünürem bu ise başqa mövzudur :))… Diqqetiniz ve cavabladığınız üçün minnetdaram.

    • Kvant nezeriyyesi her sheyde eyni sebeb ve eyni netice axtarmagi inkar edir. Bu elifba deyilki bir sualin bir cavabi olsun yaxud 2+2 nece eliyir. Bizim məlumatımız Allahın bizə verdiyi qədərdir. Bele suallara cavab axtarma.

  6. Düwündüklerinizi yazdiqiniz üçün saq olun Teessüf ki, ne Quranin, ne de kvant mexanikasinin mahiyyetini bilirsiniz. Bu Sizin yox, akademiklerin günahidir.
    Kvant mexanikasinin qanunlarini o zaman tetbiq etmek olar ki, t-müwahide mûddetinin T-zerrenin reqs perioduna nisbeti vahidden böyük olsun. Bu werti Heyzenberq özü qoyub, müasir akademikler ise buna göz yumduqlari üçün inanilmaz naqillar daniwirlar.

  7. Sohbet onda doyl ki Allah yaradib ya yaratmiyib. Allah yaradib ama fikirlesh ki dunyani saat kimi yaradib her shey ozu idare olunur. Bu mukemmelliydi yoxsa her bir sheyin Allah terefinnen idaresi mukemmelliydi? Bir az ferqli fikirleshin her sheye din terefden baxmax cahilliydi. Chunki hele dinin achiglamasi bes elemir. Dini ancag elmin komeyiynen achiglaya bilersen.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma