Kainatın Ehtişamlı Böyüklüyü


Günəş Sisteminin quruluşu hər bir təfərruatı ilə birlikdə canlılar üçün xüsusi dizayn edilmişdir. Bir başqa sözlə, kainatın fiziki qanunları kimi Dünyanın kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün xüsusi olaraq hazırlanmış olduğunu göstərən dəlillərdəndir. Aparılan bütün araşdırmalar bu qüsursuz nizam və dizaynın sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən  yaradıldığını təsdiq edir.

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat Surəsi, 47)

Kainatda qüsursuz nizam var. Bu qüsursuz nizam içində Günəş Sistemi çox kiçik yer tutur. Ancaq kainata görə bir nöqtə qədər kiçik olan bu sistem bizə görə çox böyükdür. Günəş Sisteminin böyüklüyünü bir az daha təfərruatlı düşünək.

Ucsuz-bucaqsız kainat

Bu sistem, kainatın içindəki digər ulduzlarla müqayisədə orta boylu ulduz olan Günəşin ətrafında fırlanan doqquz planetdən ibarətdir. Dünya, sistemdə Günəşə ən yaxın üçüncü planetdir. Günəşin diametri Dünyanın diametrinin 103 misli qədərdir. Ancaq bu qədər nəhəng ölçüyə sahib olan Günəş Sistemi, Südyolu Qalaktikasına nisbətdə olduqca kiçikdir. Çünki Südyolu Qalaktikasının içində Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var.

Maraqlısı da odur ki, Südyolu Qalaktikasının özü də kosmosun içində çox “kiçik” yer tutur. Çünki kosmosda başqa qalaktikalar da var. Təxminən 300 milyarda qədər!… Corc Greenstein, bu ağla sığmaz böyüklüklə əlaqədar “The Symbiotic Universe” (Simbiyotik Kainat) adlı kitabında belə yazır:

“Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofiziki olaraq elə də fərq olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki hadisələrdə heç bir dəyişiklik olmazdı. Uzaq nöqtədən baxıldıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq, gecə otların üzərinə uzanıb izlədiyim səmada çox sayda ulduz olardı. Üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edəcək “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir.” (Corc Greenstein, The Symbiotic Universe)

Greenstein bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişikliklərin insan həyatına uyğunlaşmasını təmin edir. Bundan əlavə Dünyanın, kosmos boşluğunda gəzişən nəhəng göy cisimləri ilə toqquşmasına maneə olan faktor kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.

Qısacası, kainatdakı göy cisimlərinin yerləşməsi, qüsursuz nizam və tarazlıq insan həyatı üçün tam olması lazım olan ölçüdədir. Nəhəng boşluqlar təsadüfi deyil, məqsədli yaradılışın nəticəsidir.

(http://www.evreninyaratilisi.com <http://www.evreninyaratilisi.com> )

Günəş sistemi

Kainatdakı nizamı müşahidə etdiyimiz sahələrdən biri də Günəş Sistemidir. Günəş Sistemində 9 ayrı planet və bu planetlərə bağlı 54 ayrı peyk var. Bu planetlər Günəşə olan yaxınlıqlarına görə; Merkuri, Venera, Dünya, Mars, Yupiter, Saturn, Neptun, Uran və Plutondur. Bu planetlərin və 54 peykin içində yaşamağa əlverişli səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır.

Günəş Sisteminin quruluşunu araşdırdığımızda çox böyük tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir, Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəti” arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri çəkir, onlar da fırlanmanın verdiyi mərkəzədənqaçma qüvvəti sayəsində bu cazibədən xilas olurlar. Amma əgər planetlərin fırlanma sürəti bir az daha yavaş olsaydı, o zaman bu planetlər sürətlə Günəşə doğru çəkilər və Günəş tərəfindən böyük partlayışla udulardı.

Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətli fırlansalar, bu zaman da Günəşin gücü onları tutmağa çatmayacaq və planetlər xarici kosmosa sovrulacaqdılar. Halbuki, çox həssas olan bu tarazlıq qurulmuşdur və sistem bu tarazlığı qoruduğu üçün davam edir.

Günəş Sistemindəki fövqəladə həssas tarazlığı kəşf edən Kepler, Galilei kimi astronomlar isə bu sistemin çox açıq şəkildə bir dizaynı göstərdiyini və Allahın kainata olan hakimiyyətinin isbatı olduğunu ifadə ediblər. Günəş Sisteminin quruluşu haqqında əhəmiyyətli kəşflər edən və “ən böyük elm adamı” sayılan- Isaac Nyuton isə belə yazmışdır:

“Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem, yalnız ağıl və güc sahibi Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər… O, bunların hamısını idarə edir və bu gücünə görə ONA, “Üstün Qüvvət Sahibi Rəb” deyilir.” (Michael A. Corey, God and the New Cosmology)

Dünyanın yeri

Günəş Sistemindəki bu möhtəşəm tarazlıqla birlikdə, üzərində yaşadığımız Yer planetinin bu sistem və ümumiyyətlə kosmos içindəki yeri də qüsursuz yaradılışın varlığını göstərir.

Son astronomik kəşflər sistemdəki digər planetlərin varlığının, Dünyanın təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin yerləşməsi buna bir nümunədir. Günəş Sisteminin ən böyük planeti olan Yupiter əslində Dünyanın tarazlığını təmin edir. Astrofizik hesablamalar, Yupiterin orbitdəki varlığının sistemdəki Dünya kimi digər planetlərin orbitlərinin sabitliyini təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin Dünyanı qoruyucu ikinci bir funksiyasını isə planetetoloq Corc Wetherill “Yupiter Necə də Xüsusidir” adlı məqaləsində belə açıqlayır:

“Yupiterin olduğu yerdə əgər bu böyüklükdə bir planet mövcud olmasaydı Dünya, planetlər arası boşluqda gəzişən meteorlara və quyruqlu ulduzlara təxminən min dəfə daha çox hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasaydı, biz də Günəş Sisteminin mənşəyini araşdırmaq üçün var ola bilməzdik.” (G. W. Wetherill, “How Special his Jupiter?”, Nature, dəri. 373, 1995, s. 470)

Günəş Sisteminin quruluşu hər cür təfərruatı ilə birlikdə canlılar üçün xüsusi dizayna malikdir. Bir başqa sözlə, kainatın fiziki qanunları kimi Dünyanın kosmosdakı mövqeyi də bu kainatın insan həyatı üçün hazırlanmış olduğunu sübut edir. Aparılan bütün araşdırmalar bu qüsursuz nizamın və dizaynın sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən  yaradıldığını təsdiq edir.

İnsanların bəzilərinin bunu qavraya bilməmələrinin səbəbi isə səmimi və ön yarqısız şəkildə düşünə bilməmələridir. Halbuki, səmimi olaraq düşünən hər ağıl sahibi insan kainatda heç bir şeyin məqsədsiz və başıboş olmadığını, kainatı canlılar üçün Allahın yaratmış və təşkil etmiş olduğunu anlayar. Bu dərin qavrayış bir Quran ayəsində belə təsvir edilir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! ” (Al-i İmran Suresi, 190-191)

 

 

Kainatın Ehtişamlı Böyüklüyü” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma