Bədənimizdəki İdarə Mərkəzi: Beyin


Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beyin hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içərisində üzməsidir.

Beynimizin Suyun İçində Üzdüyünü Bilirdinizmi?

Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından meydana gəlir.

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni, beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır:

Beynin daxilində bəzi boşluqlar və bu boşluqların daxilində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beynə gedən qandakı serumu süzməkdir. Serum əvvəl beyin daxilindəki boşluqları doldurur, sonra müxtəlif yollardan beynin xaricinə çıxır. Ən sonda da bu maye beynin üst hissəsində yerləşən tək istiqamətli valf sistemi (araknoid villus) sayəsində ümumi dövrana (qan dövranına) geri dönür. Bu valflarin çox əhəmiyyətli vəzifəsi var: Mayenin beynə təzyiqini nizamlamaq.

Əgər bu nizamlama olmasaydı və təzyiq artsaydı, o zaman beynə düşən təzyiq beynin funksiyalarına təsir edərdi və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı.

Buna nümunə olaraq “hidrosefali” adlandırılan xəstəliyi göstərə bilərik. Bu xəstəlik növündə dövrandakı hər hansısa bir problemə görə beyindəki maye bir müddət sonra yığılmağa başlayır və yaranan təzyiq beyin funksiyalarına təsir edir. Əgər müdaxilə olmasa, yəni əməliyyatla bu maye boşaldılmasa artan təzyiq ağıl zəifliyi, hərəkət edə bilməmə, korluq, hətta ölümlə nəticələnən narahatlıqlara səbəb olar.

Beyindəki mayenin təzyiqi normadan daha az olduğu zaman da dözülməz baş ağrıları olar və beyin ziyan görməyə başlayar.

Beyindəki bu dizayn necə meydana gəlmişdir?

Beynimizin ən funksional şəkildə işini təmin edən bu dizaynın təsadüfən ortaya çıxması, əlbəttə ki, mümkün deyil. Bütün bu funksiyaları gelə bənzər ət parçası olan beynin özü də yerinə yetirə bilməz. Bunu iddia etmək ağıl və məntiqdən tamamilə uzaqlaşmaq deməkdir.

Bütün bu həssas tarazlıqları qüsursuz nizam içində yaradan, hər şeyin yaradıcısı olan Allahdır.

Beynimiz kəllə ilə mühafizə edilmişdir. Bundan əlavə ağırlığını daşıması üçün bu kafi olmadığı üçün içində üzdüyü bir maye də var edilmişdir. Bu şəkildə ağırlığı 50 q-ma, yəni həqiqi ağırlığından otuz dəfə aşağı düşür.

Bədənimizdəki İdarə Mərkəzi: Beyin” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma