Diqqətlə Qorunan Qala: İnsan Bədəni

Nə qədər təmiz mühitdə olsaq da yaşadığımız yerləri bir çox mikroorqanizmlə bölüşürük. İndi oturduğunuz otağı bir mikroskopla tədqiq etmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını rahatlıqla görə bilərdiniz.

Belə vəziyyətdə insan bu mənada “əhatə edilmiş qala” kimidir. Şübhəsiz ki, ətrafı saysız düşmənlə əhatə olunmuş qalanın qorunması da tam və planlı olmalıdır. İnsan ehtiyacı olan bu mükəmməl müdafiə ilə birlikdə yaradılmışdır, yəni düşmənlərə qarşı müdafiəsiz deyil. Uca Rəbbimizin insan bədənində yaratdığı “mikro” mühafizə sistemləri, insanları hər cür zərərli orqanizmlərdən qoruyur və bir neçə cəbhədə mübarizə aparır.

Bədəni işğal etmək istəyən düşmən hüceyrələr əvvəlcə onların qarşısını alan ön cəbhələri keçmək məcburiyyətindədirlər. Bu cəbhələrdə bəzən çətin vəziyyətlər olsa da düşmənə rahat keçməyə imkan verilməz. Oxumağa davam et

Qızıl Nisbətlə Əlaqədar Əhəmiyyətli Məlumatlar

QIZIL NİSBƏTİN SAYI 1,618-DİR.

” Allah hər şey üçün bir nisbət (hədd, müddət) təyin etmişdir. “(Talaq Surəsi, 3)

… Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk Surəsi, 3-4)

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir. (Furqan Surəsi, 2)

İNSAN ÜZÜNDƏ QIZIL NİSBƏT Oxumağa davam et