Təkamül Yalanı

Təkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. Oxumağa davam et